Bu şəxslərin pensiyası DAYANDIRILIR
Azərbaycanda pensiya alanlarla bağlı yeni problem ortaya çıxıb. Bəzi vətəndaşlar bildirirlər ki, qeydiyyatda olduqları ev söküldükdə şəxsiyyət vəsiqələri deaktiv olur və bu səbəbdən təqaüdlərin karta köçürülməsi çətinləşir. Bu məsələnin qanuni əsaslarının olub-olmaması isə müzakirə mövzusudur.
Qeydiyyat problemi pensiya ödənişlərinin dayanmasına səbəb ola bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, bu məsələ tamamilə qanunsuz və özbaşına xarakter daşıyır.
"10‑15 il əvvəl Daxili İşlər Nazirliyinin yerli idarələrində sənədsiz vətəndaşların rəsmiləşdirilməsinə başlandı. Halbuki həmin şəxslər faktiki olaraq qeydiyyata alındıqları ünvanda yaşamırdılar. Bu da düzgün deyildi. Lakin həmin vaxt heç olmasa onlara şəxsiyyət vəsiqələri təqdim edilirdi. Bir neçə il əvvəl polisdə müəyyən şəxslər sistemdən çıxarıldı. Hazırda isə qeydiyyatsız vətəndaşlara belə şəxsiyyət vəsiqəsi verilir. Məhz bu səbəbdən qeyd edilən problemlər ortaya çıxır və bu hallar tamamilə qanunsuzdur".
İqtisadçı bildirib ki, Konstitusiyaya görə vətəndaşın şəxsiyyət vəsiqəsi və xarici pasport almaq hüququ var:
"Qeydiyyatın olmaması bu hüququ ləğv etmir. Ona görə də sözügedən məsələ hüquqi baxımdan yolverilməzdir. Təəssüf ki, mövcud problem bir neçə ildir davam edir. Hesab edirəm ki, bununla bağlı məhkəməyə, xüsusilə də aidiyyəti komissiyaya rəsmi şəkildə müraciət olunmalı və şikayət təqdim edilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 944 Tarix: 05 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı-Vyentyan əməkdaşlığı: yeni perspektivlər və imkanlar
"Azərbaycanla Laos arasında siyasi dialoq və ikitərəfli əməkdaşlıq son dövrlərdə yeni inkişaf perspektivləri qazanır. Ötən əsrin sonlarında qurulan diplomatik əlaqələr illər ərzində qarşılıqlı maraq və hörmət əsasında inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Laos Xalq Demokratik Respublikasını
11:43 148 Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə
10:39 150 QIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri
Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir
14:12 105 Kimisi yemək səsinə dözə bilmir: Bunun səbəbi nədir?
Bəzi insanlar üçün adi səslər, məsələn, kiminsə yemək çeynəməsi, burnunu çəkməsi, nəfəs alması və ya qələmlə masaya toxunması dözülməz ola bilər. Bu hal misofoniya adlanır. BİG.AZ xəbər verir ki, araşdırmalara görə, misofoniya yaşayan insanlarda müəyyən səslər qəzəb, narahatlıq, ikrah və güclü gərginli
14:54 30 ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati
13.10.2026 316 Azərbaycan-Laos münasibətləri inkişafdadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında
12:36 139 Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13.10.2026 261 Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və vahid məktəb mühitinin əsas göstəricisidir
"Vahid məktəbli forması ətrafında müzakirələrin mərkəzində ilk növbədə təhsilin keyfiyyəti, şagirdlər arasında bərabərliyin təmin olunması, məktəb intizamının möhkəmləndirilməsi və uşaqların sağlam sosial mühitdə yetişməsi dayanmalıdır. Məktəbli forması sadəcə geyim seçimi deyil, məktəbdə ümum
11:40 161 Sergey Lavrov sabah Bakıya gəlir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu
13:08 146