Marketlərdən bu məhsulları almayın - Ekspertdən xəbərdarlıq
Marketlərdə satılan "fit", "eko" və "şəkərsiz" kimi etiketli məhsullara aldanmayın.
Milli.Az xəbər verir ki, bunu rusiyalı qidalanma mütəxəssisi Veronika Qusakova söyləyib.
Onun sözlərinə görə bu cür "sağlam" hesab edilən məhsulların çoxunda gizli şəkər var.
"Ümumdünya Səhiyyə Təşkilatı gündəlik şəkər qəbulunun ümumi kalori miqdarının 10 faizindən çox olmamasını tövsiyə edir. Lakin araşdırmalara əsasən, insanlar düşündüklərindən 20-30 faiz artıq şəkər qəbul edirlər. Bunun səbəbi isə istehsalçıların şəkəri başqa adlarla gizlətməsidir, məsələn, aqava siropu, meyvə şirəsi konsentratı, maltodekstrin və ya kokos şəkəri kimi...
Ən çox aldanılan məhsullar meyvəli yoqurtlardır. Belə yoqurtların 100 qramında 6-12 qram şəkər olur. Yəni, kiçik bir yoqurt, uşağın gündəlik şəkər normasına bərabərdir", - deyə o bildirib.
Ekspert həmçinin "şəkərsiz" batonçiklərə və "dənəli" çörəklərə də diqqətli yanaşmağı məsləhət görür. Bu məhsulların çoxunda da şəkər siropu və ya şirinləşdirici maddələr olur. Məsələn, dənəli çörəyin bir dilimində təxminən 3-4 qram şəkər var.
Qusakova qeyd edib ki, soya sousu, ketçup və hazır salat sousları da çoxlu gizli şəkər ehtiva edir. Bəzi ketçuplarda 100 qramda 20 qramadək şəkər olur.
Bundan əlavə, meyvəli smuzilər və bitki südləri də düşündüyünüz qədər sağlam deyil. "Yulaf südü ilə hazırlanan soyuq latte içkisində 25 qramadək şəkər ola bilər və bu, bir banka koladan da çoxdur," - deyə o bildirib.
Qusakova məsləhət görür ki, məhsul alarkən qablaşdırmada yazılan "şəkərsiz" ifadəsinə deyil, tərkib siyahısına baxmaq lazımdır. "Əgər "sirop", "nektar" və ya "konsentrat" kimi sözlər varsa, bu, şəkərin gizli şəkildə əlavə edildiyini göstərir," - deyə mütəxəssis əlavə edib.
O sonda bildirib ki, ən doğru seçim təbii və emal olunmamış məhsullardır: meyvələr, giləmeyvələr, qoz-fındıq və sadə süd məhsulları. Bu qidalarda şəkər təbii olur və orqanizmə zərər vermir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 797 Tarix: 05 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBTQ dəmir yolu xəttinin rəsmi açılışı keçirilir
Bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilir. "Report"a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmi
02.06.2026 205 Günəşdə güclü M sinifli partlayış baş verib
Günəşdə növbəti güclü alışma qeydə alınıb. xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun yaydığı məlumata görə, iyunun 2-si səhər saatlarında M sinfinə aid partlayış baş verib. Məlumatda qeyd olunub ki, hadisə Moskva vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə 08:45-də) qeydə alınıb. M1.2 gücünd
02.06.2026 211 İmtahan ballarının artırılması sosial bərabərsizliyi dərinləşdirə bilərmi?
"İmtahan ballarının artırılması məsələsi həm təhsil ekspertləri, həm valideynlər, həm də şagirdlər arasında həmişə böyük rezonans doğuran, çoxşaxəli və kifayət qədər həssas bir mövzudur. Bu addımın nə dərəcədə düzgün olub-olmaması məsələsinə birdəfəlik "bəli" və ya "xeyr" cavab
02.06.2026 206 Katz: Hizbullaha qarşı əməliyyatlar davam edəcək
İsrail ordusunun Livanda Hizbullaha qarşı əməliyyatları bütün hallarda davam edəcək. "Al Jazeera" xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib. O bildirib ki, İsrail ordusu Livanda daha çox əməliyyatların aparılması ehtimalını nəzərdən keçirir və hücumlar sərhəddəki vəziyyətdə
02.06.2026 197 Təkcə 1 ölkədə yetişir, cəmi 3 gün qalır: Qırmızı limon görənləri təəccübləndirir
İtaliyanın Siciliya bölgəsində yetişən nadir qırmızı limon öz qeyri-adi görünüşü və çox qısa saxlanma müddəti ilə diqqət çəkir. xarici KİV-ə istinadən xəbər verir ki, "Citrus limonimedica pigmentata" adlı bu sitrus meyvəsi qırmızıya çalan qabığı və çəhrayı rəngli iç quruluşu ilə adi sarı limonlarda
02.06.2026 238 Barselonada 700 il sonra İspan kraliçasının meyiti tapıldı
Barselonada qazıntılar zamanı İspan kraliçasının qalıqları tapılıb. xarici mediaya istinadla xəbər verir ki, XIV əsrdə əsası qoyulmuş Santa Maria de Pedralbes Monastery monastırının ərazisində aparılan qazıntılar aparılıb. Tapılan skeletlər arasında Elisenda de Monkadanın qalıqları da olub. Araqon v
02.06.2026 241 Dünyanın ən bahalı casus proqramları hansılardır - Bakıda varmı? - ARAŞDIRMA
Son 10 ildə casus proqramlar (spyware) yalnız "kompüterə virus düşdü" səviyyəsində texnologiya olmaqdan çıxaraq dövlətlərarası rəqəmsal kəşfiyyat alətinə çevrilib. Bu proqramlar adi istifadəçi üçün nəzərdə tutulmur və əsasən hökumətlər, xüsusi xidmət orqanları, hüquq-mühafizə və bəzi hallard
02.06.2026 221 Tramp İranla danışıqların davam etdiyini bildirib
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Tehranın hərbi əməliyyatlara son qoymaq üçün ABŞ ilə dolayı danışıqları dayandırdığı barədə xəbərə baxmayaraq, İranla danışıqların davam etdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp Truth Social-da paylaşım edərək bildirib ki, "İra
02.06.2026 177 Altı ölkə su altında qala bilər - Daily Express
"Daily Express" qəzetinin məlumatına görə, dünyanın ən böyük buzlağı olan Thwaites buzlağı (sözdə "Qiyamət buzlağı") Antarktida sahillərindən qoparılarsa, altı ölkə ən çox zərər çəkə bilər . Vətəninfo.az xəbər verir ki, qeyd olunur ki, buzlağın daha da əriməsi ən ciddi şəkildə Böyü
02.06.2026 237