Nazir müavini: "UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır"
"UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır".
Oxu.Az "Trend"ə istinadla xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda çıxış edərkən deyib.
O bildirib ki, təhsil cəmiyyətin inkişafında əsas rol oynayır.
"Ölkəmizin sosial sahədə inkişafından biri də insan kapitalının inkişafıdır. Təhsil hər bir dövlətin iqtisadiyyatının formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bir sıra sahələrdə islahatlar aparılıb ki, bunlardan biri də təhsil sahəsidir. Bu sahədə bir sıra addımlar atılıb və işlər görülüb, görülməkdə də davam edir. Bu gün təhsildə də yeni çağırışlar formalaşıb. Gənclərdən də bu tələblərə uyğunlaşmaq tələb olunur. Digər ölkələr kimi bizdə də rəqəmsal iqtisadiyyatın qurulmasına çalışılır. Bu yerdə də gənclərin rəqəmsal inkişafına ehtiyac var. Təhsildə bəzi bacarıqların əldə edilməsində süni intellektdən bir alət kimi istifadə olunur".
Nazir müavininin sözlərinə görə, ölkəmizdə peşə təhsili ilə bağlı statistika 10%-in üzərindədir.
"Bu, digər ölkələrdə müqayisədə aşağıdır. Bu sahədə inkişafa ehtiyac var. Amma son 5 ildə biz peşə təhsilində qəbulu artırmışıq. Ali təhsildə isə əhatəlilik yüksək dərəcədə artırılıb. Artıq ali təhsildə qəbul səviyyəsi 75 min nəfərin üzərindədir. Növbəti illərdə də bu artırılacaq. Eyni zamanda dövlət sifarişli yerlərin sayı artmaqda davam edilir. Ali təhsildə bu, 50% həyata keçirilib. Növbəti illərdə də dövlət sifarişli yerlərin artırılması ilə bağlı işlər davam edəcək", - deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 641 Tarix: 05 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini
15.11.2026 187 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 154 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
15.11.2026 205 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 149 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
15.11.2026 169 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
15.11.2026 191 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 201 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
15.11.2026 211 ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 201