Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imişUşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəlik ödəniş etməyi nəzərdə tutan təşəbbüs irəli sürüb. Bu addım özəl sektorun doğum səviyyəsinin artırılmasına və ailələrin dəstəklənməsinə yönələn təşəbbüslərdə iştirakını gündəmə gətirib.

Azərbaycanda da özəl şirkətlər əməkdaşlarının uşağı dünyaya gəldikdə belə təşəbbüslə çıxış edə, onlara böyük məbləğdə birdəfəlik ödəniş verə bilərmi? Bunun üçün qanunvericilikdə hər hansı məhdudiyyət varmı?

Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, uşağın dünyaya gəlməsi münasibətilə özəl şirkətlər tərəfindən maddi dəstək göstərilməsi təcrübəsi var:

"Belə təşəbbüslər ayrı-ayrı şirkətlər tərəfindən həyata keçirilir. Şirkətlər yalnız uşağın doğulması ilə bağlı deyil, digər özəl günlərdə də əməkdaşlarını müxtəlif hədiyyə və yardımlarla sevindirə bilirlər. Bu, toy, uşağın dünyaya gəlməsi, ad günü və digər əlamətdar günlərlə bağlı ola bilər. Bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Şirkətin maliyyə dayanıqlığı və gəlirliliyi varsa, bu cür xərclər onun maliyyə dövriyyəsinə problem yaratmırsa, eləcə də əməkdaş şirkətin fəaliyyətində uğurla iştirak edirsə, belə təşəbbüslər həyata keçirilə bilər. Azərbaycanda da bu cür hallar var və bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb".

İqtisadçı bu dəstəyin daimi xarakter daşımadığını bildirib:

"Şirkətin əməkdaşa uşağın doğulması münasibətilə verdiyi birdəfəlik yardım dövlət tərəfindən uşağın müəyyən yaşına qədər aylıq ödənilən müavinətlə, yəni uşaqpulu ilə eyniləşdirilməməlidir. Bu, birdəfəlik maddi yardım ola bilər. Məbləğ isə, əlbəttə ki, şirkət rəhbərliyinin qərarından asılıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 393   Tarix: 18 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədən növbəti dəstək dalğası: "Azərbaycan xalqının yanındayıq" - Foto

"X" platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" həştəqi ilə çoxsaylı paylaşımlar edirlər. -ın məlumatına görə, Azərbaycan dilinə tərcümədə "Ərəbləşməyəcəyik" mənasını verən həştəq altında istifadəçilər türk kimliyi, mədəniyyəti və adət-ənənələri il

18.10.2026 269
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18.10.2026 206
.

Çörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı

Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün

18.10.2026 217
.

20 min manata yaxın aliment borcu olan ata həbs edildi

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikah

18.10.2026 151
.

İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib

İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. "Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasını

18.10.2026 207
.

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib

Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"

18.10.2026 198
.

Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe

18.10.2026 189
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18.10.2026 206
.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18.10.2026 162
.