"Rusiya və İran kimi böyük qonşularla əməkdaşlığın gücləndirilməsi siyasi və iqtisadi təhlükəsizliyi təmin etmək baxımından önəmlidir" - RƏY
Oktyabrın 13-14-də Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək. Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, İrandan isə Yol və Şəhərsalma naziri Fərzanə Sadiqi bu görüşə rəhbərlik edəcəklər. Görüşün əsas müzakirə mövzuları nəqliyyat-logistika, energetika və gömrük sahələri olacaq.
Politoloq Rəcəb Həsənov BiG.AZ-a bildirib ki, bu görüş bir neçə mühüm tendensiyanın və geostrateji siyasətin simvoludur.Azərbaycan yerləşdiyi regionun mürəkkəb geosiyasi mənzərəsində çoxsaylı tərəfdaşlarla əlaqələri aktiv idarə etmək istəyir:
"Rusiya və İran kimi böyük qonşularla əməkdaşlığın gücləndirilməsi siyasi və iqtisadi təhlükəsizliyi təmin etmək baxımından önəmlidir. Nəqliyyat-logistika və gömrük məsələləri toplantının əsas mövzularındadır. Bu, Azərbaycan üçün tranzit potensialının artırılması, ticarət xərclərinin və proseduraların sadələşdirilməsi, gömrük və sərhəd keçidlərində vaxt və resurs itkisi azalması anlamına gəlir. Regionun nəqliyyat qovşağı kimi rolunun güclənməsi Azərbaycan üçün həm iqtisadi, həm də siyasi dividendlər gətirə bilər.
Energetika sahəsi Azərbaycanın xarici siyasətində mərkəzi rola malikdir. Rusiya və İranla enerji əlaqələri, tranzit yolları, qaz və neft layihələri, eləcə də bəlkə alternativ enerji mənbələri ilə bağlı koordinasiya ölkənin enerji təhlükəsizliyini və strateji sərhədini genişləndirmək üçün əhəmiyyətlidir.
Azərbaycan üçün Rusiyaya və İrana yaxınlaşmaq, həmçinin Qərb, Avrasiya və regionun digər aktorları ilə mövqelərini saxlamaq üçün balanslı siyasət yürütmək vacibdir. Bu cür üçtərəfli görüşlər, Azərbaycan üçün sanki "geosiyasi sığorta" rolunu oynaya bilər.
İran və Rusiya arasında da müxtəlif sahələrdə qarşılıqlı maraqlar və münaqişə nöqtələri var. Azərbaycan üçün bu ikisi ilə tənzimləyici siyasət tələb olunur. Məsələn, enerji bazarlarında qiymətlərin, tranzit layihələrinin və beynəlxalq sanksiyalar kontekstindəki risklərin idarə olunması kimi məsələlərdə ehtiyatlılıq tələb olunur.
Belə görüşlər Azərbaycanın regional liderlik və tranzit ölkəsi kimi rolunu gücləndirmək perspektivini nümayiş etdirir. Hər üç dövlətlə iqtisadi, logistika və energetika istiqamətlərində əməkdaşlıqın genişlənməsi Azərbaycanın dirçəliş strategiyası baxımından vacibdir. Eyni zamanda, bu əməkdaşlıqların davamlı və effektiv olması üçün institusional islahatlar, şəffaflıq, beynəlxalq standartlara uyğunluq və rəqəmsal imkanların gücləndirilməsi kimi sahələrdə siyasətin gücləndirilməsi tələb olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1030 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447