Atasını öldürüb oğlunu yaraladı - Küçədə QƏTL

Atasını öldürüb oğlunu yaraladı - Küçədə QƏTLTürkiyədə küçədə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Seyhan qəsəbəsi, Gülbaxçası məhəlləsində qeydə alınıb.

24 yaşlı Fərdi Şənol küçədə ədavətli olduğu qonşuları 63 yaşlı Abidin və onun 39 yaşlı oğlu Saleh Taktaşla qarşılaşıb. Bu zaman tərəflər arasında dava yaranıb. Saleh əvvəlcə Fərdini döyüb. Bundan sonra Fərdi evə qaçıb və xilasedicilərə zəng edərək kömək istəyib. Sonra isə evdən tapança götürərək yenidən dava yerinə qayıdıb. O, odlu silahdan atəş açaraq, ata və oğulu, eləcə də onları ayırmaq istəyən iki nəfəri güllələyib.

Gələn həkimlər yaralıları xəstəxanaya aparıblar. Sinəsindən güllə yarası alan Abidin Taktaşı xilas etmək mümkün olmayıb. Başından yaralanan oğlu və digər iki nəfər isə əməliyyat olunub.

Fərdi Şənol polis tərəfindən saxlanılıb. Onun sözlərinə görə, davaya onun barəsində məhəllədə yayılan şayiələr səbəb olub.

Araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 733   Tarix: 03 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meyvə bazarında qiymət fərqlərinin səbəbi açıqlandı

"Hava şəraiti ilə əlaqədar olaraq bazarda bəzi meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə oluna bilər. Lakin bu bahalaşmanın bütün məhsullara aid olduğunu söyləmək düzgün olmaz. Çünki iqlim dəyişiklikləri və qeyri-sabit hava şəraiti müxtəlif meyvə ağaclarına fərqli təsir göstərir"

02.06.2026 331
.

İmtahan ballarının artırılması sosial bərabərsizliyi dərinləşdirə bilərmi?

"İmtahan ballarının artırılması məsələsi həm təhsil ekspertləri, həm valideynlər, həm də şagirdlər arasında həmişə böyük rezonans doğuran, çoxşaxəli və kifayət qədər həssas bir mövzudur. Bu addımın nə dərəcədə düzgün olub-olmaması məsələsinə birdəfəlik "bəli" və ya "xeyr" cavab

02.06.2026 210
.

Tarixi birləşmə planına MOSKVA ƏNGƏLİ - Rusiyanın hədəfindəki növbəti iki ölkə BƏLLİ OLDU

Son zamanlar Moldovada Rumıniya ilə birləşmək istəyi yenidən aktuallaşıb. Ölkənin Prezidenti Mariya Sandu və xarici işlər nazirinin timsalında Kişinyov növbəti dəfə Rumıniya ilə birləşmənin vacibliyini önə çəkib. Bu da onu göstərir ki, Kişinyov həmin məsələdə qətidir. Amma burada hələ də bir proble

02.06.2026 257
.

Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: "makler" DANIŞDI

Bakı Ağır Cinayətlər Məhkəməsinə eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən "Star-M", "ŞANS" və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəmin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, şahid İ.R təqsirləndirilən M.Məhərrəmov

02.06.2026 245
.

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Tanınmış vəkil Pərviz Məmmədovla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında maraqlı məhkəmə çəkişməsi baş tutub. "Qafqazinfo" xəbər verir ki, vəkilin şikayətçi olduğu işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Pərviz Məmmədov Bakı şəhərinin BülBül prospektində avtomobilini saxlayara

02.06.2026 358
.

"İlham Əliyevin çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi yer tutdu" - BƏHRUZ QULİYEV

"Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi" çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın son 30 ildə enerji sahəsində qazandığı uğurların, həyata keçirdiyi uzaqgörən strategiyanın və formalaşdırdığı etibarlı tərəfdaşlıq modelinin növbəti dəfə beynəlxalq auditoriyaya təqdimatı oldu

02.06.2026 229
.

Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı

Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızı Seda Sayanın proqramında qonaq olub. Axşam.az-ın məlumatına görə, aparıcı uşaqlıq illərindən danışarkən göz yaşlarına hakim ola bilməyib. "İmtahana vermək üçün atam məni universitetə apardı. Müharibənin ən pis vaxtları idi. Atam bulağın başını göstəri

02.06.2026 438
.

Telefonda "bəli" demək niyə təhlükəlidir?

Naməlum nömrələrdən gələn bezdirici zənglər rəqəmsal dövrün ən ciddi problemlərindən birinə çevrilib. Bir çox istifadəçi hər gün onlarla arzuolunmaz zənglə qarşılaşır və bu çağırışların əhəmiyyətli hissəsinin arxasında peşəkar dələduz şəbəkələri və qeyri-qanuni çağrı mərkəzlərinin dayandığı bildirilir

02.06.2026 285
.

Tramp İranla danışıqların davam etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Tehranın hərbi əməliyyatlara son qoymaq üçün ABŞ ilə dolayı danışıqları dayandırdığı barədə xəbərə baxmayaraq, İranla danışıqların davam etdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp Truth Social-da paylaşım edərək bildirib ki, "İra

02.06.2026 179
.

TOP MP3