Dövlətin qadağasına görə körpəni diri-diri basdırdılar
Hindistanın Madhya-Pradeş ştatında valideynlər üç günlük oğullarını diri-diri basdırmağa cəhd ediblər, lakin körpə möcüzə nəticəsində sağ qala bilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ailənin dördüncü övladı olan körpəni valideynləri motosikletlə meşəyə apararaq daşların altında gizlədiblər və onu tək buraxıblar. Lakin yerli sakinlər təsadüfən daşların altından gələn körpə səsini eşidib "improvizə olunmuş məzarı" açaraq onu xilas ediblər. Uşaq təcili şəkildə xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanları hər iki valideyni 38 yaşlı Bablu Dandoliyanı və onun 28 yaşlı həyat yoldaşı Racqumarini saxlayıb. İlkin istintaq versiyasına görə, körpəni öldürməyə cəhdin səbəbi dövlət qulluqçularına iki övladdan çox sahib olmağı qadağan edən yerli qanunvericilik olub.
Qeyd olunur ki, körpənin atası dövlət təhsil müəssisəsində çalışır və dördüncü uşağın dünyaya gəlməsi ilə bağlı işini itirməkdən qorxub. Bununla yanaşı, ailə daha əvvəl üçüncü övladının doğum faktını rəsmi qurumlardan gizlədə bilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 906 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"NATO artıq şərq cinahında hava və raket hücumundan müdafiəni gücləndirdiyini bildirir" - BƏHRUZ QULİYEV
"Rusiya-Ukrayna müharibəsinin Avropa ərazisinə daha geniş şəkildə yayılması ehtimalını artıq yalnız nəzəri ssenari kimi qiymətləndirmək düzgün olmaz. Çünki son hadisələr müharibənin bilavasitə NATO sərhədlərinə yaxınlaşdığını göstərir. Litva hava məkanında PUA-nın vurulması və Baltik dənizində Rusiy
16.09.2026 199 Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:
16.09.2026 281 Xames Rodriqesdən sürpriz QƏRAR: Kameralar qarşısında pis xəbəri verdi
Kolumbiyalı futbol ulduzu Xames Rodriqes 35 yaşında milli komandadan ayrıldığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiya millisində 114 oyun keçirən və 28 qol vuran veteran oyunçu azarkeşlərə emosional bir mesajla vida edib. Ulduz milli komanda karyerası ilə bağlı əlamətdar bi
16.09.2026 180 31 yaşlı pişiyin uzunömürlülük sirri - hansı suyu içir?
Tısbağa rəngli pişik ailədə hələ 1995-ci ildə peyda olub. Leslinin mərhum həyat yoldaşı balaca pişiyi üç aylıq olanda alıb. xarici mediaya istinadən xəbər verir ki, ev heyvanları arasında qeyri-adi uzunömürlülük hadisəsi bütün dünyada zooloqların və pişiksevərlərin diqqətini çəkib. Böyük Mançesterd
16.09.2026 190 Messi milli komandada vida oyununa çıxacaq
Argentina milli komandası qarşıdan gələn yoldaşlıq oyunları üçün heyətini açıqlayıb. Baş məşqçi Lionel Skaloni 26 oyunçunu heyətinə çağırıb. xarici mediaya istinadən bildirir ki, Argentina Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, 39 yaşlı "İnter Mayami"nin hücumçusu və kapitan
16.09.2026 157 Rusiya-Ukrayna müharibəsində son vəziyyət: 5 nəfər öldü, sərnişin qatarına da zərbə endirildi
Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Sentyabrın 16-da Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhəri yaxınlığına endirdiyi dron zərbəsi nəticəsində sərnişin mikroavtobusuna zərbə dəyib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə
16.09.2026 196 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16.09.2026 238 Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir
Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd
16.09.2026 246 ABŞ-İran müharibəsində son vəziyyət: Vaşinqtonda müharibənin dayandırılması ilə bağlı yeni addım
ABŞ-İran müharibəsi davam edərkən, Vaşinqtonda münaqişənin dayandırılması ilə bağlı siyasi təzyiqlər artır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatası sentyabrın 15-də prezident Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin qarşısın
16.09.2026 233