Stress, siqaret və fast-food gənclərin ürəyini hədəfə alır

Stress, siqaret və fast-food gənclərin ürəyini hədəfə alır"Əvvəllər ürək-damar xəstəlikləri əsasən yaşlı insanlarda müşahidə olunurdu. Lakin bu gün sürətli həyat ritmi, gərgin iş rejimi, yuxusuzluq və davamlı stress gənclərdə də ürək-damar sisteminə ciddi ziyan vurur".

Bunu BiG.AZ-a açıqlamasında həkim-kardioloq Aytən Yüzbaşıyeva bildirib.

O, qeyd edib ki, siqaret, elektron siqaret, nargilə və alkoqol kimi zərərli vərdişlər gənclər arasında daha geniş yayılıb. Bu isə damarların erkən yaşda sərtləşməsinə və tıxanmasına səbəb olur:

"Qidalanma da böyük rol oynayır. Fast-food, qazlı içkilər, şirin və çox yağlı yeməklər damar divarlarında xolesterinin yığılmasına gətirib çıxarır. Artıq çəki və piylənmə də ürək infarktı riskini artıran əsas amillərdəndir.

Hərəkətsiz həyat tərzi də sağlamlığa mənfi təsir göstərir. Telefon və kompüter qarşısında uzun müddət oturmaq, idmandan uzaq qalmaq qan dövranını zəiflədir və ürək-damar sağlamlığını pozur.

Bundan başqa, genetik faktorlar da nəzərə alınmalıdır. Ailəsində erkən yaşda ürək xəstəliyi olan şəxslərdə risk daha yüksəkdir. Buna görə də gənc yaşlardan müayinələrə diqqət etmək vacibdir.

Əvvəllər yalnız yaşlılara aid hesab olunan şəkərli diabet və yüksək təzyiq bu gün gənclərdə də tez-tez rast gəlinir. Bu isə infarktın daha erkən yaşda baş verməsinə şərait yaradır.

Artıq "ürək xəstəliyi yalnız yaşlılarda olur" fikri keçərli deyil. Gənclərin də vaxtında profilaktik müayinələrdən keçməsi, sağlam qidalanması, aktiv həyat tərzi sürməsi və zərərli vərdişlərdən uzaq durması ürək-damar sağlamlığının qorunması üçün əsas şərtdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 01 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb

Gözəllik məqsədilə geniş istifadə olunan kirpik uzatma proseduru ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Alimlər uzun müddət və müntəzəm şəkildə kirpik uzatdıran şəxslərdə göz ətrafında parazitlərin və digər qalıqların toplanması riskinə diqqət çəkiblər. Qaynarinfo xəbər verir ki

16.09.2026 155
.

AB-də yeni təhlükəsizlik mexanizmi yaradılması təklif olunur

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı dron insidentləri, kiberhücumlar və sabotaj halları kimi hibrid təhdidlərə qarşı yeni Avropa təhlükəsizlik mexanizminin yaradılmasını təklif edib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Ursula fon der Lyaye

16.09.2026 214
.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

16.09.2026 173
.

İşçilərin diqqətinə: Əmək müqaviləsi hansı halda dəyişdirilə bilər?

"Əmək müqaviləsinin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfl

16.09.2026 194
.

Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir

Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd

16.09.2026 246
.

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə

16.09.2026 238
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16.09.2026 202
.

Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər

Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv

16.09.2026 121
.

Bu zabitlərin hərbi rütbədə olma müddəti - Azaldılır

Zabitlərin hərbi rütbədə olma müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Qanuna təkli

16.09.2026 227
.