5 il ərzində yeni dişləriniz çıxa biləcək - Dərman hazırlandı
Yaponiyada stomatologiyanı tamamilə dəyişə biləcək elmi irəliləyiş baş verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Osaka şəhərindəki Kitano xəstəxanası və Kioto Universiteti alimləri orqanizmin öz dişlərini yenidən böyütməsinə imkan verən eksperimental preparat hazırlayıblar.
Alimlərin kəşfi necə işləyir?
Araşdırmaçılar uzun illər USAG-1 adlı geni öyrəniblər. Məlum olub ki, bu gen insan orqanizmində yeni dişlərin formalaşmasını "dayandıran təbii əyləc" rolunu oynayır. Komanda həmin geni müvəqqəti olaraq bloklayan preparat yaradıb. Nəticədə bədən siqnal alır və mövcud diş cücərtilərindən yeni diş formalaşdırmağa başlayır.
Araşdırmaya rəhbərlik edən Katsu Takahashi bildirib: "Biz dişlərini itirən insanlara kömək etmək istəyirik. Daimi nəticə verən müalicə üsulu hələ mövcud deyil, amma yeni dişlərin böyüdülməsi ilə bağlı insanların gözləntilərinin çox yüksək olduğunu hiss edirik".
Klinik sınaqlar və ilkin nəticələr
Preparatın ilk klinik sınaqları sentyabr 2024-də başlayıb və 11 ay davam edəcək. Sınaqlarda 30 nəfər kişi iştirak edir (30-64 yaş arası), onların hər biri ən azı bir dişini itirib. Dərman damardaxili (intravenoz) üsulla yeridilir. Məqsəd – onun insan üçün təhlükəsiz və effektiv olduğunu sübut etməkdir.
Əhəmiyyətli məqam odur ki, əvvəlki heyvan tədqiqatlarında heç bir mənfi yan təsir müşahidə edilməyib.
Gələcək planlar və stomatologiyada inqilab
Əgər bu mərhələ uğurla nəticələnərsə, növbəti sınaqlar 2-7 yaşlı uşaqlar üzərində aparılacaq. Bu uşaqlar bir neçə dişin anadangəlmə olmaması problemini yaşayırlar.
Elm adamlarının hədəfi 2030-cu ilə qədər dərmanı geniş ictimaiyyət üçün əlçatan etməkdir. İlkin mərhələdə o, anadangəlmə diş çatışmazlığı olan insanlara təyin olunacaq, lakin alimlər gələcəkdə dişini travma və ya xəstəlik səbəbindən itirən hər kəsin bu müalicədən yararlana biləcəyinə ümid edirlər.
Mütəxəssislər hesab edirlər ki, bu kəşf diş implantları və protezlərinin yerini tamamilə dəyişə, stomatologiyada yeni dövr aça bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 870 Tarix: 30 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBalıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard
15.11.2026 200 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı
15.11.2026 146 "Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl
15.11.2026 231 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15.11.2026 195 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15.11.2026 396 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
15.11.2026 195 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 201 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15.11.2026 369