Moldova seçkiləri: Qərb istiqaməti gücləndi, Rusiya təsiri zəiflədi
"Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 99.47%-i sayıldıqdan sonra PAS 49.9% səs toplayıb. Əsas rəqibi, keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi "Vətənpərvər blok" isə 24.28% səs alıb. Digər partiyalar arasında "Alternativ" 7.99%, "Bizim Partiya" 6.22% və "Demokratiya evdədir" 5.63% səs toplayıb".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, PAS parlamentdə 51 yer qazanaraq təkbaşına hökumət formalaşdırmaq imkanı əldə edib. Bu qələbə Moldovanın siyasi sabitliyi və idarəetmə effektivliyi baxımından əhəmiyyətlidir. Eyni zamanda, qələbə Rusiya-Qərb qarşıdurması kontekstində açıq mövqe deməkdir və ölkənin Qərbə inteqrasiya meyillərinin cəmiyyət tərəfindən dəstəkləndiyini göstərir:
"Maya Sandunun administrasiyası son illərdə korrupsiyaya qarşı mübarizə aparıb, Avropa İttifaqı ilə əlaqələri dərinləşdirib və Rusiyanın təsirindən uzaqlaşmağa çalışıb. PAS-ın uğuru isə xalqın bu kursa inam bəslədiyini göstərir. Əsas rəqibi olan Rusiya meyilli "Vətənpərvər blok"un səsi isə 24.28% ilə məhdud qalaraq ideoloji xəttin təsirinin zəiflədiyini ortaya qoyur.
Seçkilərin nəticələri həm region, həm də Rusiya üçün əhəmiyyətlidir. Moldova coğrafi baxımdan kiçik olsa da, Şərqi Avropada strateji mövqedədir, Ukrayna ilə sərhəddə yerləşir və Dnestryanı separatçı bölgənin varlığı Rusiya maraqları üçün kritikdir. Sandunun qələbəsi Moskva üçün strateji itkidir.
Moldova indi həm daxili, həm də xarici çətinliklərlə üzləşəcək: iqtisadi zəiflik, enerji asılılığı və separatçı təhdidlər hökumətin qarşısında durur. Dodon və rəsmi Moskva nüfuzlarını itirdikcə daha radikal addımlar ata bilər, xüsusilə Rusiyanın separatçılıq kartından istifadə etməsi istisna deyil. Xüsusilə Qaqauz bölgəsi bu kontekstdə diqqət mərkəzində olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 830 Tarix: 30 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930