Məktəblini soyundurub videoya çəkiblər?

Məktəblini soyundurub videoya çəkiblər?Sosial şəbəkələrdə 281 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin soyundurularaq videoya çəkilməsi ilə bağlı iddialar yayılıb.

Axşam.az xəbər verir ki, həmin məktəbin şagirdləri məsələ ilə bağlı Baku TV-yə danışıblar.

"Deyilənə görə, onun özü soyunub. Deyəsən videonu sinfin adını batırmaq üçün çəkiblər. İndi də həmin sinif dağılır, uşaqlar sinifdən çıxır. Uşaqda çatışmazlıq var, gələn-gedənə sataşır. İndi də həmin uşaq dərsə gəlmir", - şagirdlər bildirib.

Valideynlər isə bu hadisədən narahat olduqlarını qeyd ediblər. Onlar məktəb tərəfindən uşaqlara bu məsələ ilə bağlı danışmağa qadağa qoyulduğunu və təhsil müəssisəsində bu cür hadisələrin bir neçə dəfə yaşandığını deyib.

Məsələ ilə bağlı 281 nömrəli tam orta məktəbin rəhbərliyindən bildiriblər ki, sözügedən 7-ci sinif şagirdi davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv hərəkətlər edir. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib. Sentyabrın 18-də tənəffüs vaxtı 7-ci sinif şagirdləri davranış qaydalarını mütəmadi pozan şagirdə qarşı təzyiq göstəriblər. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, qurum tərəfindən məktəbdə sağlam psixoloji mühitin möhkəmləndirilməsinə dəstək üçün əlavə psixoloq cəlb olunub. Bu kimi hallarda təhsil alanların psixoloji zərər görməməsi və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır, şagird davranış qaydalarına uyğun olmayan hallara qarşı qanunauyğun tədbirlər görülür.

Daha ətraflı videomaterialda:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 995   Tarix: 30 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

15.11.2026 200
.

İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk

15.11.2026 166
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 146
.

"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl

15.11.2026 231
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15.11.2026 195
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

15.11.2026 396
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

15.11.2026 195
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 201
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

15.11.2026 369
.