"Onlara səhv etmək imkanı verməliyik" - Nazir
"Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı verməliyik".
BiG.AZ "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda innovasiya və sahibkarlıq mədəniyyətinin formalaşması erkən yaşlardan başlamalıdır:
"Sahibkarlıq yalnız ali təhsillə məhdudlaşmır, bunun təməli uşaq bağçasından və ibtidai sinifdən qoyulmalıdır. Risk götürmək, innovativ düşünmək – bunlar bilik və bacarıq deyil, münasibət məsələsidir. Bu münasibət valideynlərdən, məktəbdən, dostlardan, ümumi mühitdən formalaşır. Mənim şəxsi təcrübəm də bunu göstərir. Xaricdə magistr təhsili alanda ilk günlərdə fərqli düşüncə tərzinə uyğunlaşmaq çətin idi. Bu, bilik deyil, münasibət problemidir. Əgər insan belə mühitdə böyüməyibsə, birdən-birə ondan innovasiya gözləmək olmaz", - nazir əlavə edib.
E.Əmrullayev qeyd edib ki, məktəb səviyyəsində uşaqlara funksional savadlılıq – riyazi və verbal bacarıqlar, eyni zamanda fikir bildirmək, səhv etmək və səhvlərdən öyrənmək imkanı verilməlidir:
"Bizdə mədəniyyət olaraq səhv üçün çox az yer var. Halbuki sahibkarlıqda səhv etmək təbiidir və bu, qorxulu olmamalıdır. Əgər məktəbdə müəllimlər şagirdlərə belə bir mühit yaratsalar, bir neçə ildən sonra risk götürən gənclər universitetlərdə özlərini göstərəcəklər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 720 Tarix: 29 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Kibertəhlükəsizlik Agentliyi yaradıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərma
02.06.2026 204 Tramp İranla danışıqların davam etdiyini bildirib
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Tehranın hərbi əməliyyatlara son qoymaq üçün ABŞ ilə dolayı danışıqları dayandırdığı barədə xəbərə baxmayaraq, İranla danışıqların davam etdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp Truth Social-da paylaşım edərək bildirib ki, "İra
02.06.2026 179 Günəşdə güclü M sinifli partlayış baş verib
Günəşdə növbəti güclü alışma qeydə alınıb. xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun yaydığı məlumata görə, iyunun 2-si səhər saatlarında M sinfinə aid partlayış baş verib. Məlumatda qeyd olunub ki, hadisə Moskva vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə 08:45-də) qeydə alınıb. M1.2 gücünd
02.06.2026 218 "Azərlotereya" 2025-ci ildə 100.7 milyon vergi ödəyib
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83.3 milyon manat təşki
10:53 1 ABŞ Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlar aparır
ABŞ Avropanın daha bir neçə ölkəsində öz nüvə silahını yerləşdirmək məqsədilə danışıqlar aparır. Trend xəbər verir ki, bu barədə "Financial Times" danışıqların gedişi ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb. Hazırda belə silahlı təyyarələr altı ölkədə yerləşdirilib. Rusiya sərhədlərin
02.06.2026 230 Tarixi birləşmə planına MOSKVA ƏNGƏLİ - Rusiyanın hədəfindəki növbəti iki ölkə BƏLLİ OLDU
Son zamanlar Moldovada Rumıniya ilə birləşmək istəyi yenidən aktuallaşıb. Ölkənin Prezidenti Mariya Sandu və xarici işlər nazirinin timsalında Kişinyov növbəti dəfə Rumıniya ilə birləşmənin vacibliyini önə çəkib. Bu da onu göstərir ki, Kişinyov həmin məsələdə qətidir. Amma burada hələ də bir proble
02.06.2026 262 Filippində bina çöküb
Anxeles şəhərində inşası davam edən doqquzmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata görə, bu gün dağıntılar altından daha 3 nəfərin meyiti çıxarılıb. Hadisə zamanı ümumilikd
02.06.2026 209 Merkz: Almaniyanı çox yaxşı günlər gözləyir
Almaniya kansleri Fridrix Merkz hesab edir ki, ölkəsi bütün iqtisadi çətinliklərə baxmayaraq, qarşıda çox yaxşı günləri yaşayacaq. xəbər verir ki, bu barədə "Phoenix" telekanalı məlumat verib. "Pessimizmə əsas yoxdur və ölkəmizin gələcəyini qaranlıq rənglərlə təsvir etməyə ehtiyac yoxdur,"
02.06.2026 227 Altı ölkə su altında qala bilər - Daily Express
"Daily Express" qəzetinin məlumatına görə, dünyanın ən böyük buzlağı olan Thwaites buzlağı (sözdə "Qiyamət buzlağı") Antarktida sahillərindən qoparılarsa, altı ölkə ən çox zərər çəkə bilər . Vətəninfo.az xəbər verir ki, qeyd olunur ki, buzlağın daha da əriməsi ən ciddi şəkildə Böyü
02.06.2026 284