"Fəst fudu gündəlik qidalanma vərdişinə çevirmək ciddi təhlükə yaradır" - Qida eksperti

"Fəst fudu gündəlik qidalanma vərdişinə çevirmək ciddi təhlükə yaradır" - Qida ekspertiSon illər sürətli həyat tərzi ilə bağlı olaraq fəst fud istehlakının artması müşahidə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür qidalanma uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.

Hüseyn Kərimov BiG.AZ-a bildirib ki, fəst fud məhsullarının tərkibində yüksək miqdarda trans yağ, duz və şəkər olur:

"Fəst fud yeməkləri tez doyumludur, lakin orqanizm üçün faydalı qida maddələrindən məhrumdur. Bu qidalar artıq çəki, yüksək qan təzyiqi, şəkərli diabet və ürək-damar xəstəliklərinin yaranma riskini artırır. Hətta gənclərdə belə, davamlı şəkildə fəst fud qəbulu metabolik sindrom və piylənməyə səbəb ola bilər.

Fəst fud məhsullarında istifadə olunan çoxqat qızardılmış yağlar və emal olunmuş ət məhsulları xərçəng riskini də artırır. Gündəlik rasionda bu tip yeməklərdən imtina etmək və təzə tərəvəz, meyvə, balıq və tam taxıllı qidalara üstünlük vermək vacibdir.

Vaxta qənaət naminə sağlamlığı qurban vermək düzgün deyil. Fəst fud nadir hallarda istehlak oluna bilər, lakin onu gündəlik qidalanma vərdişinə çevirmək ciddi təhlükə yaradır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 626   Tarix: 29 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

16.09.2026 173
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16.09.2026 164
.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: 5 nəfər öldü, sərnişin qatarına da zərbə endirildi

Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Sentyabrın 16-da Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhəri yaxınlığına endirdiyi dron zərbəsi nəticəsində sərnişin mikroavtobusuna zərbə dəyib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə

16.09.2026 196
.

Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir

Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd

16.09.2026 246
.

31 yaşlı pişiyin uzunömürlülük sirri - hansı suyu içir?

Tısbağa rəngli pişik ailədə hələ 1995-ci ildə peyda olub. Leslinin mərhum həyat yoldaşı balaca pişiyi üç aylıq olanda alıb. xarici mediaya istinadən xəbər verir ki, ev heyvanları arasında qeyri-adi uzunömürlülük hadisəsi bütün dünyada zooloqların və pişiksevərlərin diqqətini çəkib. Böyük Mançesterd

16.09.2026 190
.

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd

16.09.2026 171
.

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

Milli Məclisin deputatı Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ü.Quliyev "Şöhrət"

16.09.2026 190
.

Yasda qadınlarla yazışan kişi arvadını vəhşicəsinə döydü - Masallıda

Masallıda kişi arvadını döyüb. xəbər verir ki, hadisə Lürən kəndində qeydə alınıb. Marketlərin birində kassir işləyən 41 yaşlı Elbrus Dadaşov (şərti adla) sosial şəbəkələrdə qadınlarla yazışdığı üçün arvadı onu izləməyə başlayıb. Həmkəndlilərin yas mərasimində Elbrus çadırın arxa tərəfində yenə qadınlarl

16.09.2026 259
.

ADİL NƏBİYEV: "Yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır"

Şəhər yollarındakı sıxlıq və tıxac artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin problemin səbəbi yalnız avtomobillərin sayının çoxluğu deyil. Bəs tıxacların azalması üçün yalnız yol infrastrukturu kifayətdirmi, yoxsa yol mədəniyyətimizi də dəyişməliyik? Süni intellekt tıxac problemin

16.09.2026 260
.