Yoxsulluq artacaq, 2 milyondan çox insan öləcək

Yoxsulluq artacaq, 2 milyondan çox insan öləcəkİqlim dəyişikliyi bəşəriyyəti yanğınlar, daşqınlar və qida qıtlığı ilə müşayiət olunan distopik gələcəyə aparır. Hətta bu kataklizmlərdən sağ çıxanlar belə, qlobal iqtisadi böhran və yoxsulluq riski ilə üz-üzə qalacaqlar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kembric Universitetinin alimləri xəbərdarlıq edir ki, əsrin sonuna qədər orta statistik insan 24 faiz daha kasıb ola bilər.

Hesablamalara görə, Böyük Britaniyada həyat şəraiti inkişaf etməkdə olan ölkələrin reallığına bənzəyə bilər.

"Biz göstərdik ki, iqlim dəyişikliyi həm isti, həm soyuq, həm zəngin, həm də kasıb ölkələrdə gəlirləri azaldır. Bu, təkcə kənd təsərrüfatı ilə məhdudlaşmır. Nəqliyyat, istehsal, pərakəndə ticarət kimi bütün sahələrə təsir göstərəcək", – tədqiqat müəllifləri bildirirlər.

Qlobal iqtisadi təsirlər
Təədqiqatçıların fikrincə, temperatur hər il 0,04°C artmağa davam etsə, əsrin sonuna qədər dünya üzrə adambaşına ümumi daxili məhsul 10–11 faiz azalacaq. Yüksək emissiyalı ən pis ssenaridə itki 20–24 faizə çata bilər.

Fəsadların qarşısının alınması üçün təcili tədbirlər
Alimlər iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün fosil yanacaqlardan imtinanın sürətləndirilməsini və uyğunlaşma tədbirlərinin həyata keçirilməsini zəruri hesab edirlər.

Onlar 2015-ci il Paris Sazişinin əhəmiyyətini xatırladaraq bildirirlər ki, temperatur artımının ildə 0,01°C-dək azaldılması belə qlobal gəlirləri 0,25 faiz artırmağa imkan verərdi.

"Dünyada elə bir ölkə yoxdur ki, iqlim dəyişikliyinin təsirlərindən tam qorunmuş olsun. Əgər emissiyalar azaldılmasa, heç kim təhlükəsiz deyil", – alimlər xəbərdarlıq edirlər.

İnsani itkilər də artacaq
London Gigiyena və Tropik Tibb Məktəbinin proqnozuna görə, XXI əsrin sonuna qədər Avropada 2,3 milyon insan istixana qazlarının yaratdığı ekstremal istilərin qurbanı ola bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 749   Tarix: 29 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İşçilərin diqqətinə: Əmək müqaviləsi hansı halda dəyişdirilə bilər?

"Əmək müqaviləsinin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfl

16.09.2026 194
.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

16.09.2026 165
.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

16.09.2026 173
.

Türk dünyası və İslam həmrəyliyi güclənməkdədir

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi. Ölkə rəhbərinin səsləndirdiyi fikirlə

16.09.2026 180
.

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd

16.09.2026 171
.

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

Milli Məclisin deputatı Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ü.Quliyev "Şöhrət"

16.09.2026 190
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16.09.2026 202
.

"NATO artıq şərq cinahında hava və raket hücumundan müdafiəni gücləndirdiyini bildirir" - BƏHRUZ QULİYEV

"Rusiya-Ukrayna müharibəsinin Avropa ərazisinə daha geniş şəkildə yayılması ehtimalını artıq yalnız nəzəri ssenari kimi qiymətləndirmək düzgün olmaz. Çünki son hadisələr müharibənin bilavasitə NATO sərhədlərinə yaxınlaşdığını göstərir. Litva hava məkanında PUA-nın vurulması və Baltik dənizində Rusiy

16.09.2026 199
.

Bakıdakı ŞOK qiymətlər - 1,5 milyona mənzil, 7 min manatlıq kirayə ev

Bakıda evlərin və kirayə mənzillərin qiyməti ildən-ilə artır. Bəs görəsən, paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilər harada yerləşir? Orada qiymətlər neçəyədir?. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc -a açıqlamasında bildirib ki, paytaxtın ən bahalı mənzilləri 1 milyo

16.09.2026 202
.