İctimai nəqliyyatda gedişhaqqı artırıldı

İctimai nəqliyyatda gedişhaqqı artırıldı"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.

"Qafqazinfo" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək.

Avtobus

Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur.

Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say 280-ə çatdırılacaq.

2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq.

Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib - 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib.

Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli avtobus gətiriləcək.

Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. "Böyük Qayıdış" planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır.

Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19 elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur.

Metro

Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır.

Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır.

Qərar

İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqləndi:

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik;

Bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gedişhaqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gedişhaqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək.

Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1084   Tarix: 29 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yəməndə riskli bəyanat: Qlobal ticarət təhlükədə

Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) hərəkatının informasiya nazirinin müavini Məhəmməd Mənsur Bab əl-Məndəb boğazı vasitəsilə Süveyş kanalına gedən yolun bağlana biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu, neftin qiymətini bir barel üçün 200 dollara qədər yüksəldə və Avrop

12:44 220
.

ABŞ və İsrail İranın polad sənayesini bombaladı

ABŞ və İsrail qüvvələri İranın mərkəzi və cənub-qərb bölgələrində yerləşən bir neçə poladtökmə kompleksinə zərbə endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, İsfahan əyalətində fəaliyyət göstərən və ölkənin ən böyük polad şirkətlərindən biri sayılan Mobarakeh Stee

15:32 176
.

Abşeronda bir məktəbdə TƏDRİS DAYANDIRILDI

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib. BİG.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini

13:24 310
.

"Google Translate"yə süni intellekt əlavə edildi

Texnologiya nəhəngi Google uzun müddətdir gözlənilən addımı ataraq Google Translate xidmətini yeni səviyyəyə yüksəldib. xarici mediaya istinadla xəbər verir ki, sistemə Gemini adlı böyük dil modeli inteqrasiya olunub. Bu yenilik sayəsində əvvəlki kimi sözbəsöz və bəzən süni səslənən tərcümələrdən imtin

18:45 1
.

Robot Deyir ‘Cavab Verə Bilmirik’: Alfanet Müştəriləri Taleyin Ümidinə Buraxdı - ARAŞDIRMA

Martın 27-29-u tarixlərində ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar kommunal və telekommunikasiya sahəsində ciddi problemlərə səbəb olub. Xüsusilə Alfanet şirkətinin Sumqayıt şəhərində fəaliyyəti zamanı yaranan vəziyyət isə açıq şəkildə narazılıq doğurur və ciddi suallar yaradır. Belə ki

12:04 510
.

Nizami rayonunda aparılan tikinti narazılığa səbəb oldu - Video

Nizami rayonunda piyada səkisinin dağıdılaraq böyük tikinti işinin aparılması narazılığa səbəb olub. -a bu barədə məlumat verən sakinlər bildirib ki, rayonun Elşən Süleymanov küçəsində bir müddətdir tikinti işləri aparılır. Sakinlərin narazılığına səbəb olan tikinti piyada səkisinin bir hissəsinin dağıdılmas

16:26 179
.

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

Əməkdar artist Elnarə Abdullayeva oğlundan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında övladının qız seçiminə qarışmadığını bildirib. O qeyd edib ki, oğlu ailə quracağı xanımı özü seçməlidir:. "Oğluma niyə qız tapıram ki? Özünün gözü və ağlı var. Neçə ildir yaşayır

16:06 255
.

AzTV-nin aparıcısına vəzifə verildi

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Qaynarinfo xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AZTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Təran

10:58 301
.

London Yaxın Şərqdə hərbi hazırlığı artırır

Böyük Britaniya İranın mümkün hücum risklərinə qarşı Yaxın Şərqdə müdafiə tədbirlərini genişləndirir. Müdafiə naziri Con Hili bildirib ki, bölgəyə əlavə hərbçilər və hava hücumundan müdafiə sistemləri göndəriləcək. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveytd

15:51 167
.

TOP MP3