Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındıRusiyanın Leninqrad vilayətində saxta spirtli içkilərdən növbəti ölüm dalğası qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz "Telegram" kanalında məlumat verib.

Məlumata görə, bu dəfə Slantsevski rayonuna bitişik olan Kinqiseppski rayonunda bir neçə nəfər metil spirtindən həyatını itirib. Daha əvvəl isə Volosovski rayonunda ölüm halları qeydə alınmışdı.

"Sentyabrın 10-dan 17-dək qonşu iki rayonda - Kinqiseppski və Volosovskidə həyatını itirən bir neçə yerli sakinin ölüm faktı ilə bağlı tibb müəssisələrindən ekspertizaların nəticələri tələb olunub", - deyə Volk vurğulayıb.

Son məlumatlara görə, Leninqrad vilayətində saxta alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 25-ə çatıb. Volosovski rayonunda altı ölüm faktı qeydə alınıb. İlkin məlumata görə, ölənlərin hamısı ölümcül surroqatı bir nəfərdən - artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 78 yaşlı təqaüdçü Nikolay Boytsovdan alıblar. Qeyd etmək lazımdır ki, Boytsov bundan əvvəl də spirtli içkilərin qeyri-qanuni dövriyyəsinə görə məsuliyyətə cəlb olunub.

Faciənin episentri ilk kütləvi zəhərlənmə hallarının qeydə alındığı Slantsı şəhəri və Qostistı kəndi olub. Regional səhiyyə komitəsinin mütəxəssislərinin rəyinə görə, insanlar metanoldan zəhərlənmə nəticəsində ölüblər ki, zəhərli maye olan metanol zahiri görünüşü və qoxusu baxımından etil spirtindən praktiki olaraq fərqlənmir.

Daha əvvəl Leninqrad vilayətinin prokurorluğu surroqat spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfərin, o cümlədən Boytsovun həbsi barədə məlumat vermişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 432   Tarix: 28 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan: "Biz Azərbaycanla sülhün əldə olunmasına çox yaxınıq"

Ermənistanın naş naziri Nikol Paşinyan İrəvan və Bakı arasındakı sülh danışıqlarını geri dönüşü olmayan proses hesab edir. Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens ilə danışıqlar zamanı bildirib. "Bizim təəssüratlarımız belədir. Bir neçə gü

09.02.2026 337
.

Təcrübəçi adı altında ödənişsiz iş: Hüquqsuz əmək və əmək bazarında sui-istifadə - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Dövlət və özəl müəssisələrdə işə qəbul prosesində "təcrübəçi" anlayışından istifadə uzun müddətdir mövcuddur. Lakin bu anlayışın bəzi hallarda əmək münasibətlərinin rəsmiləşdirilməsindən yayınmaq vasitəsinə çevrildiyi müşahidə olunur. Təcrübə adı altında insanlar əmək müqaviləsi bağlanmadan

09.02.2026 308
.

Pop səhnəsində "Barbie" effekti - Nigar Camaldan iddialı layihə

"Avroviziya" qalibimiz Nigar Camal yeni mahnısı "Barbie"ni təqdim edib. "Yeni Sabah" xəbər verir ki, sözləri "Xətai Əli, Clavis və OGB"-yə, musiqisi isə "Kazım Can"a məxsus olan mahnı müasir pop üslubunda hazırlanıb. Layihə üçün kamera qarşısına keçə

09.02.2026 476
.

Xamenei məhv ediləcəyindən qorxur - təcili tədbirlər görülüb

Əli Xamenei ABŞ-ın hücumu reallaşarsa məhv edilməsi ehtimalını ciddi qəbul edib. İranın ali lideri Əli Xamenei sui-qəsd ehtimalına görə səlahiyyətlərini İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Şurasına həvalə edib. xarici KİV-ə istinadla bildirir ki, daha əvvəl xəbər verildiyi kimi, İranın Əli Xameneini

09.02.2026 396
.

Prezidentdən pensiyalarla bağlı - Sərəncam

Əmək pensiyaları indeksləşdiriləcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylı

09.02.2026 749
.

Avropa Birliyi tək istifadəlik ketçup və mayonez paketlərini qadağan edir - Azərbaycanda da tətbiq oluna bilərmi?

Avropa Birliyi 2026-cı ilin avqustundan etibarən restoran, kafe və otellərdə tək istifadəlik plastik ketçup, mayonez və digər sous paketlərinin verilməsini qadağan edir. Qadağanın əsas məqsədi plastik tullantıların azalması və ekoloji təhlükəsizliyin təmin edilməsidir. Bəs bu qərar Azərbaycanda da tətbi

09.02.2026 317
.

Sabah 45 kənddə qaz kəsiləcək

Sabirabad və Hacıqabul rayonlarının bəzi kənlərində qaz təchizatında fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən magistiral qaz kəmərində təmir-bərpa və digər texniki işlərin görülməs

09.02.2026 413
.

Yol qəzasında 30 nəfər öldü

Nigeriyanın şimalında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 30 nəfər həlak olub. xarici mediaya istinadla bildirir ki, qəza Kano ştatı ərazisində, ehtimala görə, sürücünün ehtiyatsızlığı səbəbindən baş verib. Hadisə nəticəsində çox sayda insan xəsarət alıb, lakin yaralıların dəqiq sayı hələli

09.02.2026 403
.

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. "Qafqazinfo" xəbər verir ki, müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın 6-sı bu vəzifəyə təyin olunub. Bu gün isə artıq kollektivə təqdim edilib. Qeyd edək ki

09.02.2026 737
.

TOP MP3