"Yaxşı pul olacaq" demişdi, dostunun 100 minini batırdı
Dostundan aldığı 100 min manatdan çox pulu onlayn investisiyada batıran şəxs məhkəmə zalında həbs edilib.
BiG.AZ qafqazinfo.az-a istinadən xəbər verir ki, 34 yaşlı Ramin Şamilliyə verilmiş ittiham yetərli sübutlarla təsdiqini tapmış hesab edilib.
İttihamda yazılıb ki, Ramin orta məktəbdə birgə oxuduğu Aqşin Şadlinskidən onlayn yolla investisiya şirkətlərinə yatırım etmək üçün 106 min 500 manat alıb. O, Aqşini inandırıb ki, bu yatırım nəticəsində yaxşı pul əldə edəcəklər və nəticədə hər ikisi də qazanacaq.
Bu əməlinə görə mühakimə edilən Ramin ifadəsində deyib ki, Aqşini valyuta bazarına yatırım etməyə məcbur etməyib, əksinə, özü könüllü razı olub. İlk vaxtlarda da ona 40 min manat qazandırıb. Lakin sonradan şirkətlərdən bəziləri bağlanıb, bəzilərinin də serverlərində problem yaranıb. Nəticədə 106 min manat batıb.
O, əməlində cinayət tərkibi olmadığını düşündüyündən özünü təqsirli bilməyib. Əlavə olaraq deyib ki, bu məsələ ilə bağlı daha əvvəl də araşdırma aparılıb, amma cinayət işinin başlanmasından imtina edilib. İkinci araşdırmadan sonra isə eyni epizodlar üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Zərərçəkmiş Şadlinski isə dostunun onun inamından istifadə etdiyini, hələ də pulunu qaytarmadığı üçün şikayətçi olduğunu bildirib.
Raminin Aqşinə yazdığı "sənin pulunu nə vaxtsa verəcəyəm", "pulunu verəcəyəm, onsuz da cəhənnəmin ortasındayam", "özümü və evdəkiləri də qurtarmağa çalışıram" məzmunlu SMS-ləri də sübut kimi qeydə alınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Şamilli külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. Bütün istintaq müddətində azadlıqda olan müttəhim məhkəmə zalında qandallanaraq təcridxanaya göndərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 656 Tarix: 27 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16.09.2026 201 Türkiyədə tekstildə daralmanın mərkəzində sifariş var: PMI 44,1-ə gerilədi
Tekstildə PMI avqustda 44,1-ə geriləyərkən, yeni sifarişlər 40,5-ə düşdü. Enes Dikmen əsas riskin sifarişlərin gələcək görünürlüğündəki zəifləmə olduğunu bildirib. İstanbul Sənaye Palatasının (İSO) 2026-cı ilin avqust ayı üzrə Türkiyə Sektoral PMI məlumatları tekstil sektorunda daralmanın yenidən sürətləndiyin
16.09.2026 186 "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı araşdırma başladı - FETÖ ilə əlaqə
Xəbər verdiyimiz kimi Türkiyədə Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının ssenaristlərinə qarşı araşdırma aparılmasına qərar verilib. Türkiyə mediasına istinadla xəbər veri
16.09.2026 212 Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər
Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv
16.09.2026 121 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU
Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edərək H.Rüstəmovanın
16.09.2026 211 Prezidentin çıxışında Qafqaz Albaniyası mesajı: Azərbaycanın tarixi və müasir kimliyi
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Mövz
16.09.2026 203 "Gəncəsər də Qarabağın xristian irsinin ən mühüm abidələrindəndir" - millət vəkili Ülviyyə Həmzəyeva
"Qarabağın tarixi yalnız son əsrlərin hadisələri ilə məhdudlaşmır. Bu torpağın hər qayası, hər qədim yaşayış məskəni, hər məbədi bizi əsrlərin dərinliyinə aparır. Qarabağda bu gün də mövcud olan qədim xristian məbədlərinin mühüm bir hissəsinin tarixini anlamaq üçün isə Qafqaz Albaniyasının zəngi
16.09.2026 316 "SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16.09.2026 164 Rusiya-Ukrayna müharibəsində son vəziyyət: 5 nəfər öldü, sərnişin qatarına da zərbə endirildi
Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Sentyabrın 16-da Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhəri yaxınlığına endirdiyi dron zərbəsi nəticəsində sərnişin mikroavtobusuna zərbə dəyib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə
16.09.2026 196