Azərbaycanda Anım Günüdür!

Azərbaycanda Anım Günüdür!Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

BiG.AZ xəbər verir ki, artıq dördüncü ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Ötən illərdə olduğu kimi, bu il də Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Beləliklə, bu gün Azərbaycanda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Bütün bunlara Azərbaycan Ordusunun 2 908 şəhidinin qanı bahasına nail olunub.

2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiter­ror tədbirlərinə başlanılmışdı.

24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

Antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhidlik zirvəzinə yüksəldi.

Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir.

Allah şəhidlərimizə rəhmət eləsin!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 557   Tarix: 27 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günəşdə güclü M sinifli partlayış baş verib

Günəşdə növbəti güclü alışma qeydə alınıb. xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun yaydığı məlumata görə, iyunun 2-si səhər saatlarında M sinfinə aid partlayış baş verib. Məlumatda qeyd olunub ki, hadisə Moskva vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə 08:45-də) qeydə alınıb. M1.2 gücünd

02.06.2026 220
.

Altı ölkə su altında qala bilər - Daily Express

"Daily Express" qəzetinin məlumatına görə, dünyanın ən böyük buzlağı olan Thwaites buzlağı (sözdə "Qiyamət buzlağı") Antarktida sahillərindən qoparılarsa, altı ölkə ən çox zərər çəkə bilər . Vətəninfo.az xəbər verir ki, qeyd olunur ki, buzlağın daha da əriməsi ən ciddi şəkildə Böyü

02.06.2026 305
.

Dörd səhvə görə sobanız daha pis işləyir və xarab olur

Sobadan düzgün istifadə etməmək yalnız yeməkləri korlamır, həm də texnikanın sıradan çıxmasını sürətləndirir. Ən çox rast gəlinən səhvlərdən biri bişirmə zamanı sobanın qapısını tez-tez açmaqdır. Bu isə qızdırıcı elementlərin və rezin izolyasiyaların daha tez aşınmasına səbəb olur. bu 4 səhvi təqdi

02.06.2026 272
.

Polkovnikə cinayət işi açıldı

Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub. "qafqazinfo"ya istinadən xəbər verir ki, o, dələduzluqda ittiham edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, iş üzrə zərərçəkmiş şəx

02.06.2026 295
.

Bəhreyn İranın 3 raketini və bir neçə dronunu ələ keçirdiyini bildirir

Bəhreynin hava hücumundan müdafiə qüvvələri çərşənbə günü üç raket və "bir sıra" dronları ələ keçirərək məhv edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu barədə İranın bölgəyə hücumlarını pisləyən ölkə ordusu məlumat yayıb. İran ordusunun Baş Komandanlığı bildirib ki, "Bəhreyn Krallığındak

12:00 63
.

Ermənistanda siyasi vəziyyət yenidən gərginləşə bilər

Ermənistanda genişmiqyaslı etiraz aksiyalarının baş verməsi təhlükəsindən danışmaq artıq gecdir. Çünki ölkə artıq buna bənzər bir prosesdən keçib. xəbər verir ki, bunu erməni politoloq İvan Mezyuxo -ya müsahibəsində deyib. Politoloq bildirib ki, Nikol Paşinyan məhz icazəsiz etiraz aksiyalarının nəticəsind

11:15 105
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyn

02.06.2026 275
.

Barselonada 700 il sonra İspan kraliçasının meyiti tapıldı

Barselonada qazıntılar zamanı İspan kraliçasının qalıqları tapılıb. xarici mediaya istinadla xəbər verir ki, XIV əsrdə əsası qoyulmuş Santa Maria de Pedralbes Monastery monastırının ərazisində aparılan qazıntılar aparılıb. Tapılan skeletlər arasında Elisenda de Monkadanın qalıqları da olub. Araqon v

02.06.2026 265
.

Ermənistanın ikitərəfli siyasəti dalana dirənib?

Ermənistanın Baş naziri Nikol Paşinyanın hazırkı siyasi kursu siyasi və iqtisadi parçalanma təsiri bağışlayır. xəbər verir ki, bu fikri politoloq Karen İgityan -ya açıqlamasında səsləndirib. Ekspertin sözlərinə görə, Ermənistan bir tərəfdən Avropa İttifaqı və ABŞ ilə müxtəlif sənədlər və bəyannamələ

11:40 97
.

TOP MP3