Beynimizdə dadın necə formalaşmasının sirri açıldı

Beynimizdə dadın necə formalaşmasının sirri açıldıAlimlər ilk dəfə aşkar ediblər ki, qoxu və dad bir-birindən ayrılmazdır. Bu isə dadın necə formalaşdığı ilə bağlı mövcud təsəvvürləri alt-üst edir. İsveçdə Karolinska İnstitutunun tədqiqatçıları funksional MRT (maqnit-rezonans tomoqrafiya) vasitəsilə beynin aktivliyini izləyiblər və 20 sağlam iştirakçıdan beş əsas dadı (şirin, turş, duzlu, acı və umami) sınamalarını xahiş ediblər. Nəticə onları təəccübləndirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, eksperiment beynin ilkin dad qabığında aktivlik göstərib. Mütəxəssislər dad və qoxuların yaratdığı neyron aktivliyini müqayisə etmək üçün çoxölçülü analizdən istifadə ediblər.

Araşdırma nəticəsində məlum olub ki, retronazal qoxular (burun boşluğundan keçən qoxular) dadı yaradan neyron naxışları ilə böyük ölçüdə üst-üstə düşür. Başqa sözlə, təkcə çiyələk qoxusu belə beynin dad qabığında reaksiya yaradır. Deməli, burnumuz dadı qəbul etməyin ayrılmaz hissəsidir.

Məhz qoxu sayəsində biz şərabın dadını "şirin" və ya "ədviyyatlı" kimi xarakterizə edirik.

Bu kəşf izah edir ki, niyə bəzən təkcə qoxu ilə dadı hiss edirik, məsələn, aromatlaşdırılmış suda olduğu kimi. Bundan başqa, nəticələr dad və qoxunun yalnız beynin yüksək mərkəzlərində mükafat siqnal sisteminin işlədiyi orbitofrontal qabıqda qarşılıqlı təsirə girdiyi barədə köhnə təsəvvürü də təkzib edir. Əksinə, beyin qoxunu ilkin mərhələdə dad kimi qəbul edir və ümumi dad kodu yaradır.

Araşdırma maraqlı bir detalı da ortaya çıxarıb: dadla bağlı neyron naxışlar statik deyilmiş. Onlar zamanla dəyişir, bu isə dad xəritələrinin beyində dinamik və elastik olduğunu göstərir. Bu kəşf həm də izah edir ki, niyə COVID-19 pandemiyası zamanı qoxu itirən insanlar dad hissini də itirirdilər. Virus burundakı qoxu reseptorlarının fəaliyyətini zəiflədir, onları qoxu molekullarını düzgün tanımaq imkanından məhrum edirdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16.09.2026 176
.

Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ

Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd

16.09.2026 195
.

400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU

Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edərək H.Rüstəmovanın

16.09.2026 211
.

Yasda qadınlarla yazışan kişi arvadını vəhşicəsinə döydü - Masallıda

Masallıda kişi arvadını döyüb. xəbər verir ki, hadisə Lürən kəndində qeydə alınıb. Marketlərin birində kassir işləyən 41 yaşlı Elbrus Dadaşov (şərti adla) sosial şəbəkələrdə qadınlarla yazışdığı üçün arvadı onu izləməyə başlayıb. Həmkəndlilərin yas mərasimində Elbrus çadırın arxa tərəfində yenə qadınlarl

16.09.2026 259
.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. BİG.AZ xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16.09.2026 166
.

Erkən evlilik: Qanun sərtləşdi, bəs problem niyə hələ də qalır?

Azərbaycanda erkən evliliklərlə mübarizə son illər gücləndirilib. Qanunvericiliyə mühüm dəyişikliklər edilib. Nikah yaşı 18 müəyyənləşdirilib, yetkinlik yaşına çatmayanların evliliyə cəlb edilməsinə görə məsuliyyət sərtləşdirilib, dövlət qurumları və vətəndaş cəmiyyəti preventiv tədbirləri genişləndirib

16.09.2026 165
.

Qardaşının məzarından video paylaşdı - "Qara daş məni sakitləşdirir"

Aparıcı Vüsalə Əlizadə atasının və qardaşının məzarından görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı səhər saatlarında atasını və qardaşını ziyarət etdiyini bildirib. O, məzarların ətrafını təmizlədiyini qeyd edib. Vüsalə paylaşımında hisslərini bu sözlərlə ifadə edib:. "Bilmirəm niyə

16.09.2026 238
.

Qızılın bir qramı neçəyədir?

Azərbaycanda 2026-cı il 16 sentyabr tarixinə olan qiymətli metalların qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7318,8570 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 235,31 manat təşkil edir. Digər növ qızılların 1 qramının qiymətinə gəlincə, 75

16.09.2026 179
.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16.09.2026 281
.