Yekaterinburqda azərbaycanlılar əsassız saxlanılıb: generalın imkanları tükəndi

Yekaterinburqda azərbaycanlılar əsassız saxlanılıb: generalın imkanları tükəndiRusiyanın Yekaterinburq şəhərində azərbaycanlılar Şıxlinski və Səfərovlar barəsindəki cinayət işinin istintaqını yarımçıq qoyan müstəntiq iş yerində sərxoş olub və özünü qeyri-adekvat aparıb.

Lent.az Rusiya telegram kanallarına istinadla bildirir ki, mayor Yaroslav Kuzvesovun iş yerindəki içki məclisi və isterikanın səbəbi Sverdlovsk vilayətinin İstintaq Komitəsinin rəisi general-mayor Boqdan Frantişko ilə yaranmış münaqişə olub. Bunu Kuzcvesovun həmkarları açıqlayıblar.

"Frantişko Kuzvesovu yanına çağırdı və ondan istintaqı sürətləndirməyi tələb etdi, çünki artıq Yaroslavı qorumaq imkanı qalmamışdı. Kuzvesov isə lovğalanaraq "hər şey qaydasındadır, mən özüm həll edəcəyəm" dedi. Onda Boqdan Valeryeviç dözə bilmədi və artıq kobud ifadələrdən çəkinmədi. Rəsmi ifadələr yox idi, amma elə danışdı ki, Kuzvesovun həssas ruhi vəziyyəti tab gətirmədi", – deyə mayor Kuzvesovun həmkarları bildirirlər.

Onların sözlərinə görə, Frantişkonun tabeliyində olana reaksiyası tamamilə qanunauyğun idi:

"Onun (Frantişkonun) Sverdlovsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin rəisi general-mayor İqor Nikolaevlə münasibətləri gərgin idi, üstəlik bir də Kuzvesovun bu hərəkəti çıxdı. Rəis (Frantişko) uzun müddət Yaroslavı qoruyurdu, vəziyyəti yumşaltmağa, kömək etməyə çalışırdı, amma Yaroslav bunu qiymətləndirmədi və axırda böyük səhv etdi".

Qeyd edək ki, Yekaterinburq şəhərində azərbaycanlıların əsassız saxlanılmasına dair xəbər vermişdik. Həmin yazıda əks olunub ki, Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların nəyə əsasən saxlanılması ilə bağlı fakt tapa bilmirlər. Fakt tapılmaması ilə bağlı sentyabrın əvvəlində hətta Moskvadan Sverdlovsk vilayətinə yoxlama gəlib və araşdırmalar aparılıb. Həmin yazıda qeyd olunub ki, Yaroslav Kuzvesov azərbaycanlıları şəxsi ambisiyaları naminə saxlatdırdığını etiraf edib və rəhbərliyi aldadıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.