Toyda qida fəlakəti: hansı yeməklər qorxuludur, zəhərlənəndə nə edək?

Toyda qida fəlakəti: hansı yeməklər qorxuludur, zəhərlənəndə nə edək?Xəbər verdiyimiz kimi, ötən gün İmişlinin Muradxanlı kəndində toy məclisində kütləvi zəhərlənmə olub. Son məlumatlara görə 59 nəfər xəstəxanaya yerləşdirilib və zəruri tədbirlər görülüb. Ehtimal olunur ki, onlar hansısa qidadan zəhərləniblər.

Bəs görəsən, toylarda verilən hansı qidalar daha çox risk daşıyır? Bu cür məclislərdə nələrə diqqət etmək lazımdır?

Qida eksperti Ağa Salamaov Lent.az-a mövzu ilə bağlı açıqlama verib. Ekspert toy məclislərindəki riskli qidaları və əsas təhlükələri açıqlayıb:

Riskli qidalar və əsas təhlükələr

"Toyxanalarda, ictimai iaşə müəssisələrində, yaxud çadır məclislərində riskli qida məhsularının istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bu qidaların emal olunduğu yer mütləq soyuducularla təchiz olunmalıdır.

Paytaxt salatı və digər riskli yeməklər
Ən çox risk daşıyan salatlardan biri "paytaxt salatı"dır. Onun hazırlandığı mühitdə temperatur 14-15 dərəcədən çox olmamalıdır. Mayonezli salatlar, kabablar (xüsusən toyuq kababı riskli qidalara aiddir), balıq və qırmızı ət məhsullarının hazırlanmasında temperatur dərəcəsi nəzərə alınmalıdır.

Salatların hazırlanması 2 saatdan çox çəkməməlidir. Çox salat hazırlanacaqsa, ən yaxşı halda mərhələli şəkildə 3-5 kiloqram düzəlib, soyuducuya yerləşdirib, yenidən davam edilməlidir.

Kənd məclislərində daha yüksək risk faktoru
Təəssüf ki, ən çox rayon və kənd yerlərində toy məclislərində riskli məhsullar hazırlandıqdan sonra 20 dərəcədən yüksək olan mühitlərdə saxlanılır. Bu istilik qidalarda mikroorqanizmlərin, bakteriyaların çoxalmasına səbəb olur. Riskli qidalarla məsuliyyətsiz davranışın sonu ölümlə nəticələnə bilər".

Ekspert qida təhlükəsizliyi üçün praktik tövsiyələr verib
"Toy edən şəxslərə tövsiyə edirəm ki, mütləq ərazini soyuducularla təchiz etsinlər. Bundan sonra, hazırlanan ətlərin, mayonezli salatların, toyuq kabablarının emal prosesi maksimum tez zamanda olmalı və yekunda soyuducuya yerləşdirilməlidir.

Aşpazların qida təhlükəsizliyi məsuliyyəti
Qril toyuqlar, paytaxt salatı, mimoza, ətli salatlar toyun başlamasına 4-5 saat qalmış süfrəyə düzülür. Mikroorqanizmlər 5 dərəcədən yüksək temperaturda 2 saatdan çox qalanda bakteriya yükü çoxalır və qida zəhərlənməsi qaçınılmaz olur. Ona görə də qida zəncirinin bütün mərhələlərinə, istər aşpazlar, istərsə də yemək hazırlayan digər şəxslər diqqət etməlidirlər. Toya çağırılan aşpazların da qida təhlükəsizliyi biliklərinə bələd olmalıdırlar ki, zəhərlənmələr baş verməsin".

TƏBİB-dən Lent.az sorğusuna bildirildi ki, xəstəxanaya yerləşdirilən şəxslərə qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub.

Bəs görəsən, bu diaqnozun qoyulmasına səbəb olan amillər nələrdir?

Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu Aynur Məmmədova Lent.az-a bu barədə açıqlama verib.

Toylarda ən çox risk daşıyan qidalar
"Risk amili daşıyan bəzi qidaların – salatlar, mayonezli yeməklər, kolbasa və sosislərin xüsusi saxlanma yeri və zamanı olur. Toylarda, məclislərdə isə adətən 1-2 gün öncədən hazırlanıb, kənara qoyulur, yaxud salatlar bir-birinə qarışdırılır. 5-6 saat ərzində yeyilməsi tələb olunan məhsulların gecədən toyun vaxtına qədər hazırlanıb, saxlanılması yolverilməzdir. Lakin toylara gedəndə də görürük ki, qonaqlar gəlməmişdən əvvəl masalarda, turşular, salatlar, kolbasalar düzülür.

59 nəfərin zəhərlənməsi ciddi siqnaldır
59 nəfərin zəhələnməsi ciddi siqnaldır. Görünür ki, orada qidaya yanaşma prosesi pozulub. Düşünürəm ki, zəhərlənmə kolbasa və mayonezli salatlardan qaynaqlanıb. Toy sahibləri bu məsələlərdə diqqətli olmalıdırlar"

Zəhərlənmə simptomları: Nələrə diqqət etməli?
"Bu diaqnoz 1 gündən sonra ürək bulanma, qusma, süstlük, halsızlıq kimi simptomlarla özünü göstərir. Bu əlamətlər olduğu zaman dərhal xəstəxanaya müraciət edilməli, mədələri yuyulmalı və sistemlər qoşulmalıdır. Əgər o an həkimə getməyə imkan yoxdursa, böyük şəxslər su içərək, qusmalı və mütləq imalə olunmalıdırlar. Daha sonra 10 kg çəkiyə 1 tablet aktivləşmiş kömürü əzib, su ilə içmək lazımdır.

Uşaqlarda vəziyyət daha təhlükəlidir
Ağırlaşmalar ən çox yaşlı adamlarda, hamilələrdə və uşaqlarda olur. Azyaşlılara evdə müdaxilə olunmasını tövsiyə etmirəm, çünki onlarda zəhərlənmə daha sürətlə olur. Onların 1 dəfə qusması 40 dəfə qarınlarının ağrımasına bərabərdir. Uşaq 2-3 dəfə qusduqdan sonra qıcola, şoka düşə və kəskin ürək-damar çatışmazlığı yaşaya bilər. Bunun səbəbi isə qusma zamanı bədəndəki mineralların atılımasıdır. Böyüklər su içib, özünü toparlaya bilsə də, uşaqlarda bu vəziyyət ağırlaşmağa, yuxuya meyilliliyə, su mübadiləsinin pozulmasına səbəb olur. Buna görə də uşaq 1 dəfə qusursa, temperatur yüksəkdirsə, ishal olursa, mütləq xəstəxanaya çatdırılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 25 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyi

16.09.2026 1
.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. BİG.AZ xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16.09.2026 137
.

Natiq Cəfərli Azərbaycanda hərbi xidmət sisteminin dəyişdirilməsini təklif etdi

İqtisadçı Natiq Cəfərli Gürcüstanda tətbiq olunan hərbi xidmət sistemi barədə fikirlərini bildirib və Azərbaycanda ordu islahatlarının dərinləşdirilməsinin vacibliyini qeyd edib. -nun xəbərinə görə, Natiq Cəfərli qeyd edib ki, bir neçə il əvvəl Gürcüstanda Türkiyənin iştirakı və məsləhətləri ilə ord

16.09.2026 129
.

ABŞ-İran müharibəsində son vəziyyət: Vaşinqtonda müharibənin dayandırılması ilə bağlı yeni addım

ABŞ-İran müharibəsi davam edərkən, Vaşinqtonda münaqişənin dayandırılması ilə bağlı siyasi təzyiqlər artır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatası sentyabrın 15-də prezident Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin qarşısın

16.09.2026 223
.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16.09.2026 252
.

400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU

Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edərək H.Rüstəmovanın

16.09.2026 208
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16.09.2026 150
.

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə

16.09.2026 183
.

Xames Rodriqesdən sürpriz QƏRAR: Kameralar qarşısında pis xəbəri verdi

Kolumbiyalı futbol ulduzu Xames Rodriqes 35 yaşında milli komandadan ayrıldığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiya millisində 114 oyun keçirən və 28 qol vuran veteran oyunçu azarkeşlərə emosional bir mesajla vida edib. Ulduz milli komanda karyerası ilə bağlı əlamətdar bi

16.09.2026 165
.