Xarici tələbələr üçün dövlət hesablı təhsil: Azərbaycan beynəlxalq təhsil mərkəzinə çevrilir

Xarici tələbələr üçün dövlət hesablı təhsil: Azərbaycan beynəlxalq təhsil mərkəzinə çevrilir"Bakıda keçirilən "THE Avrasiya Universitetlərinin Sammiti" həm region, həm də Azərbaycan üçün strateji əhəmiyyət daşıyan təhsil hadisəsi kimi qiymətləndirilə bilər. Təhlil göstərir ki, belə beynəlxalq tədbirlər ölkənin ali təhsil sistemini qlobal şəbəkəyə daha sıx inteqrasiya edir, eyni zamanda Azərbaycanın xarici tələbələr üçün cəlbedici mərkəzə çevrilməsinə imkan yaradır. Sammitdə səsləndirilən əsas məqamlardan biri xarici tələbələrin Azərbaycan dövlətinin hesabına təhsil ala bilməsi ilə bağlı qərar oldu ki, bu, təhsildə beynəlmiləlləşmə kursunun daha aydın istiqamətə yönəldiyini göstərir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununda təhsilin əsas prinsiplərindən biri kimi beynəlxalq əməkdaşlıq və qlobal təhsil məkanına inteqrasiya xüsusi qeyd olunur. Həmçinin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ölkənin ali məktəblərinin beynəlxalq nüfuzunun artırılması, xarici tələbələrin cəlb edilməsi prioritet hədəflər sırasındadır. Bu baxımdan dövlət hesabına xarici tələbələrin oxuma imkanının verilməsi qanunvericilikdə təsbit olunmuş bu prinsiplərin reallaşmasına xidmət edir. Statistik göstəricilərə nəzər yetirdikdə görünür ki, hazırda Azərbaycanda təhsil alan xarici tələbələrin sayı 30 mindən bir qədər çoxdur və onların əksəriyyəti qonşu ölkələrdən gəlir. Sammitdə elan olunan qərar isə bu sayın daha sürətlə artacağına işarə edir:

"Müsbət tərəf ondan ibarətdir ki, bu addım Azərbaycanın "yumşaq güc" imkanlarını gücləndirir. Xarici tələbələrin ölkədə təhsil alması yalnız ali məktəblərin maliyyə dayanıqlılığı üçün deyil, həm də ölkənin beynəlxalq nüfuzu üçün mühüm faktordur. Bu gün Türkiyənin 250 mindən artıq, Rusiyanın isə 350 mindən çox xarici tələbəsi var və onlar dövlətin həm siyasi, həm də iqtisadi maraqlarının təbliğatçısına çevriliblər. Azərbaycan da bu modeldən yararlanaraq diplomatik əlaqələrini və mədəni təsir gücünü artıra bilər. Əlavə olaraq, müxtəlif ölkələrdən gələn gənclər Azərbaycanın təhsil mühitinə çoxmədəniyyətlilik qazandırır, yerli tələbələr üçün yeni sosial və akademik imkanlar yaradır.

Bununla yanaşı, bəzi problemlərin meydana çıxması da qaçılmazdır. İlk növbədə maliyyə davamlılığı məsələsi aktualdır. Dövlət büdcəsi üzərinə əlavə yük götürülür və bu yükün səmərəli idarə olunması vacibdir. Xarici tələbələrin seçimi meyarları şəffaf müəyyənləşdirilməzsə, ictimaiyyət arasında narazılıqlar formalaşa bilər. Digər tərəfdən, yerli tələbələrin ali təhsilə çıxış imkanlarının daralmaması üçün balanslı siyasət həyata keçirilməlidir. Yəni dövlət hesabına ayrılan yerlərin bir hissəsi məhz xarici tələbələr üçün nəzərdə tutulduqda, yerli gənclərin də maraqları qorunmalıdır.

Dünya təcrübəsinə nəzər yetirdikdə görmək olar ki, əksər ölkələrdə bu tip siyasət ya xüsusi təqaüd proqramları vasitəsilə, ya da kvota sistemi ilə həyata keçirilir. Məsələn, Macarıstanın "Stipendium Hungaricum" proqramı çərçivəsində hər il minlərlə xarici tələbə dövlət hesabına oxuyur, eyni zamanda yerli tələbələrin maraqları da qorunur. Almaniyada "DAAD" proqramı analoji funksiyanı yerinə yetirir. Azərbaycanın elan etdiyi təşəbbüs də əgər bu modellər əsasında həyata keçirilərsə, həm davamlı, həm də səmərəli ola bilər.

Hesab edirəm ki, sammitin nəticələri göstərdi ki, Elm və Təhsil Nazirliyi doğru istiqamətdə addım atır. Bu, sadəcə bir forum deyil, Azərbaycanın təhsilinin beynəlxalq imicinin formalaşdırılması baxımından yeni mərhələdir. Nazirliyin bu addımı tərifəlayiqdir, çünki o, təhsili ölkənin strateji inkişaf sahəsi kimi görür və qlobal standartlarla uzlaşdırır. Əgər qarşıda duran çətinliklər – maliyyə idarəçiliyi, şəffaf seçim, tələbələrin adaptasiyası və keyfiyyət təminatı – düzgün həll edilərsə, Azərbaycan regionun nüfuzlu təhsil mərkəzinə çevrilə bilər. Bu da həm ölkə gənclərinə yeni imkanlar yaradacaq, həm də dövlətin beynəlxalq mövqeyini gücləndirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 916   Tarix: 25 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

15.11.2026 212
.

ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd

15.11.2026 201
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15.11.2026 195
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15.11.2026 187
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

15.11.2026 205
.

Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır

2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is

15.11.2026 211
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 201
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

15.11.2026 193
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

15.11.2026 154
.