Göz qırpımında kül olan şəhər - Fotolar
Dünya təkcə mövcud olan şəhərlərin deyil, həm də yoxa çıxan məkanların xatirəsini daşıyır.
"Qafqazinfo" xəbər verir ki, dünyanın müxtəlif guşələrində illərlə davam edən arxeoloji qazıntılar, miflər və elmi araşdırmalar bizə bir həqiqəti xatırladır: heç bir sivilizasiya əbədi deyil.
İtirilmiş şəhərlər həm mədəniyyətlərin zənginliyini, həm də zamanın amansız gücünü ortaya qoyur.
Məşhur filosof Platonun əsərlərində təsvir etdiyi Atlantida bəlkə də dünyanın ən məşhur itirilmiş şəhəridir. Əfsanəyə görə, inkişaf etmiş bu mədəniyyət okean dalğaları altında qeyb olub. Min illərdir alimlər onun harada ola biləcəyini araşdırır. Kimisi Atlantik okeanını, kimisi Aralıq dənizini göstərir. Amma bu günədək dəqiq sübut tapılmayıb. Atlantida daha çox insan xəyallarında yaşayan şəhərə çevrilib.
79-cu ildə Vezuvi vulkanının dəhşətli püskürməsi İtaliyanın Pompey şəhərini bir an içində məhv etdi. On illərlə kül və lava altında gizlənən şəhər XIX əsrdə yenidən üzə çıxdı. Qazıntılar zamanı evlər, küçələr, hətta insanlar həyatlarının son anında necə idilərsə, elə də qalmışdı. Pompey bu gün turistlərə "zamanı dayandırılmış bir şəhər" təsiri bağışlayır.
Perunun And dağlarında yerləşən Machu Picchu İnka sivilizasiyasının şah əsəri sayılır. XX əsrin əvvəllərində yenidən kəşf olunan şəhər dağların zirvəsində möcüzəvi bir memarlıq nümunəsidir. Onun dini mərkəz, astronomik müşahidə məkanı, yoxsa kral iqamətgahı olduğu barədə alimlərin fikirləri hələ də bölünür.
İordaniyada yerləşən Petra min illərdir qaya daşlarına oyulmuş heyrətamiz memarlığı ilə məşhurdur. Bir vaxtlar ticarət yollarının kəsişməsində çiçəklənən bu şəhər, su mənbələrinin tükənməsi və dəyişən karvan yolları səbəbilə zamanla boşaldı. Bu gün isə Petra sanki qırmızı qayaların içində gizlənmiş sirli bir nağıl şəhəridir.
Amazon və Meksika meşələrinin dərinliklərində arxeoloqlar hələ də qədim Maya şəhərlərinin qalıqlarını aşkar edirlər. Piramidalar, məbədlər və mürəkkəb yazı sistemi ilə tanınan bu xalqın qəfil yoxa çıxması sirr olaraq qalır. Qıtlıq, müharibə, yoxsa xəstəlik? Səbəb hələ də dəqiq bilinmir.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 908 Tarix: 25 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu
15.11.2026 212 ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 201 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15.11.2026 195 Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini
15.11.2026 187 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
15.11.2026 205 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır
2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is
15.11.2026 211 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 201 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
15.11.2026 193 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 154