"Tiflisdə azərbaycanlının hədələnməsi dövlət-milli azlıqlar münasibətlərindəki boşluqları gündəmə gətirir" - Politoloq
Gürcüstanın paytaxtı Tiflisdə yerləşən şaurma dükanında silahlı şəxs Bolnisi rayonundan olan azərbaycanlıya hücum edərək ondan gürcü dilində danışmağı tələb edib.Kadrlarda təxribatçı şəxsin zərərçəkənə belə dediyi aydın eşidilir: "Niyə mənimlə gürcü dilində danışa bilmirsən? Səni bu ölkədən qovacağam, vətəninə qayıt".
Görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.
Politoloq Rəcəb Həsənov BiG.AZ-a bildirib ki, Tiflisdə bir azərbaycanlı şəxsin silahla hədələnməsi və "Gürcü dilində danış, yoxsa ölkədən qovulacağam" kimi ifadələrlə qarşılanması, regional çoxmədəniyyətli coğrafyada etnik dözümsüzlük xəttinin yenidən görünməsinə işarə edir. Bu hadisə sadəcə bir kriminal insident deyil, o, həm də siyasi və sosial mesajdır. Belə davranışlar, cəmiyyət daxilində tolerantlıq təminatı zəruriliyini və dövlətin vətəndaşların təhlükəsizliyinə təminat verə biləcəyinə dair suallar yaradır:
"Hər hansı dövlət üçün əsas vəzifə odur ki, vətəndaşların hüquq və təhlükəsizliyini təmin etsin — etnik mənsubiyyətindən asılı olmayaraq. Gürcüstanın səlahiyyətli orqanları bu hadisəyə ciddi münasibət bildirməli, hücum edən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməlidir.
Gürcü dilində danışmağı tələb etmək yalnız dil siyasətindən deyil, simvolik olaraq kimlik əlaqəsinə müdaxilə deməkdir. Bu, "asimilyasiya baskısı"na oxşar bir taktika kimi qəbul oluna bilər. Belə halların davam etməsi, etnik azlıqların kimliklərini gizlətmək məcburiyyətinə düşməsinə gətirib çıxara bilər ki, bu da demokratik dəyərlərə ciddi zərbədir.
Hadisənin sosial mediada geniş yayılması və ictimai qınaq doğurması, həm Gürcüstan daxilində, həm də beynəlxalq aləmdə yaradılan təzyiqi artırır. Bu cür vəziyyətlər Avropa və beynəlxalq insan haqları strukturlarının da diqqətini çəkə bilər. Gürcüstan üçün bu, Avropa İttifaqı ilə əlaqələri, insan haqları standardlarının qorunması baxımından də reputasiya məsələsinə çevrilir.
Azərbaycan və Gürcüstan arasında uzunmüddətli əlaqələr və qarşılıqlı asılılıqlar var. Belə hadisələr bu münasibətlərə kölgə sala bilər. Həmçinin, qonşu ölkələrdə yaşayan azərbaycanlı icmaları üçün belə hadisələr etnik gərginliyi artıran faktorlardır.
Tiflisdə baş verən bu hadisə təkcə bir azərbaycanlının hədələnməsi deyil, dözümsüzlük, kimlik siyasəti və dövlət-milli azlıqlar münasibətlərindəki boşluqları gündəmə gətirir. Gürcüstan hökuməti bu hadisəyə səmimi və ciddi reaksiyə verməli, hüquq-mühafizə orqanları düzgün və ədalətli şəkildə hərəkət etməlidir. Bu sadəcə Gürcüstan üçün deyil, bütün region üçün demokratiyanın, çoxmədəniyyətliliyin və insan hüquqlarının sınanmasıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 676 Tarix: 25 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyi
16.09.2026 1 Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. BİG.AZ xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16.09.2026 137 Natiq Cəfərli Azərbaycanda hərbi xidmət sisteminin dəyişdirilməsini təklif etdi
İqtisadçı Natiq Cəfərli Gürcüstanda tətbiq olunan hərbi xidmət sistemi barədə fikirlərini bildirib və Azərbaycanda ordu islahatlarının dərinləşdirilməsinin vacibliyini qeyd edib. -nun xəbərinə görə, Natiq Cəfərli qeyd edib ki, bir neçə il əvvəl Gürcüstanda Türkiyənin iştirakı və məsləhətləri ilə ord
16.09.2026 129 ABŞ-İran müharibəsində son vəziyyət: Vaşinqtonda müharibənin dayandırılması ilə bağlı yeni addım
ABŞ-İran müharibəsi davam edərkən, Vaşinqtonda münaqişənin dayandırılması ilə bağlı siyasi təzyiqlər artır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatası sentyabrın 15-də prezident Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin qarşısın
16.09.2026 223 Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:
16.09.2026 252 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU
Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edərək H.Rüstəmovanın
16.09.2026 208 "SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16.09.2026 150 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16.09.2026 183 Xames Rodriqesdən sürpriz QƏRAR: Kameralar qarşısında pis xəbəri verdi
Kolumbiyalı futbol ulduzu Xames Rodriqes 35 yaşında milli komandadan ayrıldığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiya millisində 114 oyun keçirən və 28 qol vuran veteran oyunçu azarkeşlərə emosional bir mesajla vida edib. Ulduz milli komanda karyerası ilə bağlı əlamətdar bi
16.09.2026 165