Ona niyə "Xanı" deyirdilər?..
Sonuncu dəfə "Xanı" ilə Ağdamda, elə Mirəşellidə görüşmüşdük. Ondan əvvəl də müsahibə üçün zəng etmişdim. Dedi, qalsın sonraya, sonrası da olmadı... Ağdamlıların əfsanəvi "Xanı"sı Səyyaf Əhmədov elə Mirəşellidə minaya düşərək həlak oldu.
Ağdamı görməyənlər "Ruhlar şəhəri"ni ondan soruşardı. O, Ağdamı internetdəki məlumatlardan, hazırlanan videolardan və hər kəsdən tamam fərqli anladardı. Canlı ensiklopediya idi Səyyaf Əhmədov.
Birinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən müharibəsinin könüllüsü olan əfsanəvi kəşfiyyatçı vətən uğrunda üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdi. O, həmişə deyirdi ki, mən yaşda olan adamların övladı şəhiddir, mənim danışmağım, sinəmə döyməyim yersizdir.
Bəlkə də buna görə idi müsahibə təklifimə "sonra" cavabı...
Keçmiş neytral ərazidə minaya düşən "Xanı" heç vaxt Ağdama neytral qalmamışdı. Özü də, ürəyinin mərkəzi də Ağdamda, Qarabağda idi gizir Əhmədovun. O, Ağdam işğalda olan müddətdə də ərazilərimizi azad gəzib dolanırdı. O yerlərin sahibi, xanı kimi...
"Xanı" ləqəbinə gəlincə, özü belə nəql edirdi:
"Mənə ona görə "Xanı" adı verilib ki, bir balaca zümzüməm var. Tədbir olanda Raquf Orucov deyirdi ki, "Xanı", bir "Ana" segahı oxu. İnanırsınız, bilmirdim ki, Raquf Orucovun anası şəhid olub".
Dostlarının da dediyi kimi, heç kim onu atasının qoyduğu adla çağırmırdı. Adını özü qazanmışdı baş gizir...
5 aprel 1971-ci ildə Ağdamda anadan olan Səyyaf Əhmədov şəhidlərimizə görə heç vaxt özünə ad günü keçirməzdi və hər fürsətdə də deyərdi:
"Döyüşdə gördüyünüz qəhrəmanlar öz qardaşından əziz olur. Onları unutmaq olmaz. Həyatda mənim üçün ən vacibi vətəndir. Vətəni sevin!"
Üzücü hadisə ilə bağlı Vətən müharibəsində "Xanı" ilə könüllü döyüşmüş, veteran futbolçu Asif Məmmədovla danışıram. Dediyi bir cümlə necə dəyərli bir insanı itirdiyimizi dəhşətli formada təsvir elədi: "Sanki müdafiə nazirimi itirmişəm..."
Kəşfiyyatçı "Xanı" həm də gözəl səsi ilə də bilinirdi. Azad olunandan sonra Ağdama girilən ilk gecədə Cümə məscidinin minarəsinə qalxan Səyyaf Əhmədov Azan əvəzinə, Qarabağ şikəstəsi oxumuşdu. Bu, onun çoxdankı arzusu idi. İllər sonra, elə həmin gecə şikəstədə keçən cümlə reallaşmışdı: Havalansın "Xanı"n səsi...
"Gəzən şəhid" əbədiyyən torpağına qovuşdu...
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1045 Tarix: 24 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşADİL NƏBİYEV: "Yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır"
Şəhər yollarındakı sıxlıq və tıxac artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin problemin səbəbi yalnız avtomobillərin sayının çoxluğu deyil. Bəs tıxacların azalması üçün yalnız yol infrastrukturu kifayətdirmi, yoxsa yol mədəniyyətimizi də dəyişməliyik? Süni intellekt tıxac problemin
17:25 236 Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
Milli Məclisin deputatı Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ü.Quliyev "Şöhrət"
16:29 184 Rusiya-Ukrayna müharibəsində son vəziyyət: 5 nəfər öldü, sərnişin qatarına da zərbə endirildi
Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Sentyabrın 16-da Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhəri yaxınlığına endirdiyi dron zərbəsi nəticəsində sərnişin mikroavtobusuna zərbə dəyib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə
15:32 194 Qızılın bir qramı neçəyədir?
Azərbaycanda 2026-cı il 16 sentyabr tarixinə olan qiymətli metalların qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7318,8570 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 235,31 manat təşkil edir. Digər növ qızılların 1 qramının qiymətinə gəlincə, 75
21:00 143 Xames Rodriqesdən sürpriz QƏRAR: Kameralar qarşısında pis xəbəri verdi
Kolumbiyalı futbol ulduzu Xames Rodriqes 35 yaşında milli komandadan ayrıldığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiya millisində 114 oyun keçirən və 28 qol vuran veteran oyunçu azarkeşlərə emosional bir mesajla vida edib. Ulduz milli komanda karyerası ilə bağlı əlamətdar bi
18:45 165 "Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
20:45 154 Bakıdakı ŞOK qiymətlər - 1,5 milyona mənzil, 7 min manatlıq kirayə ev
Bakıda evlərin və kirayə mənzillərin qiyməti ildən-ilə artır. Bəs görəsən, paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilər harada yerləşir? Orada qiymətlər neçəyədir?. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc -a açıqlamasında bildirib ki, paytaxtın ən bahalı mənzilləri 1 milyo
18:15 188 Kirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb
Gözəllik məqsədilə geniş istifadə olunan kirpik uzatma proseduru ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Alimlər uzun müddət və müntəzəm şəkildə kirpik uzatdıran şəxslərdə göz ətrafında parazitlərin və digər qalıqların toplanması riskinə diqqət çəkiblər. Qaynarinfo xəbər verir ki
23:15 1 Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. BİG.AZ xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
21:12 137