Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənətHeydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə

Bu payız Bakıda ilk dəfə möhtəşəm bir mədəniyyət hadisəsi baş tutacaq — Baku International Arts Festival (BIAF). 31 oktyabr – 16 noyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı müasir rəqs, teatr və ölməz klassikanı özündə birləşdirən beynəlxalq səhnə mərkəzinə çevriləcək.

Festival zamanı üç həftəsonunda qonaqları 10-dən artıq unikal tədbir gözləyir. Bu tədbirlərdə Azərbaycan, Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Çin, ABŞ, Fransa və Özbəkistandan 100-dən çox sənətçi iştirak edəcək.

Bakının ən nüfuzlu səhnələrində tanınmış rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onların arasında Robert Lepaj, Şaron Eyal, Yan Lipin, Giyom Kotey, Rimas Tuminas, "Gesher" teatrı, Daniele Finzi Pasca və başqaları yer alır.

Festival dünya miqyasında tanınmış incəsənət tədbirlərinin ən yaxşı ənənələrindən ilhamlanaraq hər il keçiriləcək mədəniyyət layihəsi kimi nəzərdə tutulub. Məqsəd — Bakını yeni bədii dialoq, yaradıcılıq və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirməkdir.

Festivalın əsas məkanları: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı.

Bakı — Xəzərin mədəniyyət paytaxtı, Şərqlə Qərbin qovuşduğu məkandır. Bir zamanlar Böyük İpək yolunun mühüm qovşağı olan şəhər, bu gün də xalqları birləşdirir və zəngin irsi ilə ilhamlandırır. BIAF 2025 bu birliyin yeni simvoluna çevrilərək dünya incəsənətini Azərbaycan mədəniyyəti ilə bir araya gətirəcək.

Festival yalnız konsertlər və tamaşalar silsiləsi deyil. Bu, yeni kəşflərə yol açan səyahət, incəsənət sevərlərə və mədəniyyət yoluna yenicə qədəm qoyanlara unudulmaz təcrübədir.

Biletləri əldə etmək, eləcə də proqram və festival barədə əlavə məlumat almaq üçün BİAF rəsmi saytına daxil olun: www.biaf.az

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənətBaku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənətBaku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənətBaku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 24 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi. Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasi

12:13 159
.

Siniflərdə Şagird Sıxlığı Təhsilin Keyfiyyətinə Necə Təsir Edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə siniflərdə şagird sayının normadan artıq olması son illər təhsil sahəsində ən çox müzakirə olunan problemlərdən birinə çevrilib. Xüsusilə böyük şəhərlərdə və əhalinin sıx yaşadığı ərazilərdə bəzi siniflərdə 28-30, hətta daha çox şagirdin təhsil alması müəllimlərin işin

11:21 144
.

Telefonda "bəli" demək niyə təhlükəlidir?

Naməlum nömrələrdən gələn bezdirici zənglər rəqəmsal dövrün ən ciddi problemlərindən birinə çevrilib. Bir çox istifadəçi hər gün onlarla arzuolunmaz zənglə qarşılaşır və bu çağırışların əhəmiyyətli hissəsinin arxasında peşəkar dələduz şəbəkələri və qeyri-qanuni çağrı mərkəzlərinin dayandığı bildirilir

02.06.2026 318
.

Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…

Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Səxavət Məmmədovun 60 yaşlı atası Adıgözəl Məmmədovun 31 yaşlı gəlini Gülüzar Məmmədovanı qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Məmmədovların qonşuları -a hadisənin tamah məqsədilə törədildiyin

02.06.2026 654
.

Qızıl və gümüş yenidən bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,89% artaraq 4,546.6 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ili

02.06.2026 239
.

Sabah 31° isti olacaq

İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

13:01 93
.

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Tanınmış vəkil Pərviz Məmmədovla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında maraqlı məhkəmə çəkişməsi baş tutub. "Qafqazinfo" xəbər verir ki, vəkilin şikayətçi olduğu işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Pərviz Məmmədov Bakı şəhərinin BülBül prospektində avtomobilini saxlayara

02.06.2026 374
.

İlk dəfə nəvəsinin fotosunu paylaşdı

Əməkdar artist Mətanət İsgəndərli ilk dəfə qızı Ülkərin övladının fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, müğənni bir neçə gün əvvəl keçirilən konsertində çəkilən şəkli izləyiciləri ilə bölüşüb. M.İsgəndərli paylaşımına "Qızım Ülkər, nəvəm Tuana. Ürəyimin iki gözəl parçası. Sizi çox sevirəm"

11:08 208
.

Niyaməddin Musayevdən doğum günü arzusu: "Xalqımın xoşbəxtliyini istəyirəm"

"İstəyirəm xalqım gözəl yaşasın, dövlətimiz güclü olsun". Bunu Qaynarinfo-ya açıqlamasında 86 yaşını qeyd edən Xalq artisti Niyaməddin Musayev deyib. Sənətkar bildirib ki, ömrü boyu ən böyük arzusu xalqının firavan, dövlətinin isə qüdrətli olmasıdır:. "İstəyirəm xalqım gözəl yaşasın, dövlətimi

02.06.2026 291
.

TOP MP3