Məktəblərdə kimya və fizika laboratoriyalarının olmaması təhsilin keyfiyyətinə mənfi təsir edir

Məktəblərdə kimya və fizika laboratoriyalarının olmaması təhsilin keyfiyyətinə mənfi təsir edir"Məktəblərdə kimya və fizika dərsləri üçün təcrübə otaqlarının yaradılması və onların effektiv istifadəsi təhsilin keyfiyyətini artırmaq üçün vacib elementlərdən biridir. Təcrübələr şagirdlərin nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, tədqiqat və problem həll etmə bacarıqlarını da inkişaf etdirir. Ancaq mövcud vəziyyət göstərir ki, məktəblərdə bu sahədə ciddi çatışmazlıqlar var və bu, təhsilin səviyyəsinə mənfi təsir göstərir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspertin sözlərinə görə, bir çox məktəbdə laboratoriyalar ümumiyyətlə yoxdur, mövcud olanlar isə ya köhnədir, ya da lazımi avadanlıq və materiallarla təmin olunmayıb:

"Bəzi hallarda laboratoriyalar mövcud olsa da, müəllimlər onlardan istifadə etmir. Çünki ya avadanlıqdan istifadə bacarığına malik deyillər, ya da təhlükəsizlik standartları təmin olunmadığından təcrübə keçirməkdən çəkinirlər. Nəticədə şagirdlər yalnız nəzəri biliklərlə məhdudlaşır, bu isə onların elmi maraqlarını azaldır və fənlərə qarşı maraqsızlıq yaradır".

Kamran Əsədov əlavə edib ki, laboratoriyaların təhlükəsizlik standartlarına uyğun olmaması da ciddi problemdir. Bir çox məktəbdə ventilyasiya sistemləri, yanğınsöndürmə vasitələri, qoruyucu ləvazimatlar və ilkin tibbi yardım avadanlıqları ya yoxdur, ya da yararsız vəziyyətdədir. Bu səbəbdən bəzi məktəblərdə laboratoriyalar olsa belə, istifadə edilmir.

Ekspert problemin həlli üçün bir sıra təkliflər irəli sürüb:

Məktəblərdə müasir laboratoriyalar yaradılmalı və mövcud olanlar modernləşdirilməlidir.

Dövlət büdcəsindən bu sahəyə mütəmadi vəsait ayrılmalı, avadanlıqlar yenilənməlidir.

Müəllimlər üçün xüsusi təlimlər təşkil olunmalı, təhlükəsizlik qaydaları öyrədilməlidir.

Laboratoriyalarda müasir təhlükəsizlik standartları tətbiq edilməli və bu prosesə ciddi nəzarət olunmalıdır.

STEM təhsilin təşviqi üçün layihələr həyata keçirilməli, böyük şəhər və rayonlarda ümumi istifadə üçün laboratoriya mərkəzləri yaradılmalıdır.

"Təcrübələrin keçirilməsi şagirdlərin düşünmə tərzini formalaşdırır, problemləri həll etmək bacarıqlarını inkişaf etdirir və elmi maraqlarını gücləndirir. Bu sahəyə diqqət artırılmasa, gələcəyin alimləri, mühəndisləri və ixtiraçılarını itirə bilərik", – deyə Kamran Əsədov bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 23 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

15:59 189
.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

17:24 242
.

Arıqlayanda duzlu xiyar yemək olar? - Çəkiyə təsiri

Duzlu və marinad edilmiş xiyarların kalorisi azdır. Buna görə ilk baxışdan onlar arıqlamaq istəyənlər üçün ideal məhsul kimi görünür. Lakin tərkibində çoxlu duz olması və bəzi digər xüsusiyyətlərinə görə bu məhsullardan həddindən artıq istifadə etmək məsləhət deyil. xarici mediaya istinadən xəbər veri

19:45 145
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

20:15 142
.

Süni intellekt bazarında təhlükə siqnalı - texnologiya şirkətlərinin səhmləri kəskin düşdü

Süni intellektin inkişaf tempinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar texnologiya bazarında ciddi dalğalanmaya səbəb olub. The İndependentın məlumatına görə, AI şirkətlərinin rəhbərlərinin inkişaf tempinin yavaşladılmasına dair açıqlamalarından sonra texnologiya şirkətlərinin səhmlərində kəskin eni

16:50 193
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16:13 175
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16:16 195
.

Qardaşının məzarından video paylaşdı - "Qara daş məni sakitləşdirir"

Aparıcı Vüsalə Əlizadə atasının və qardaşının məzarından görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı səhər saatlarında atasını və qardaşını ziyarət etdiyini bildirib. O, məzarların ətrafını təmizlədiyini qeyd edib. Vüsalə paylaşımında hisslərini bu sözlərlə ifadə edib:. "Bilmirəm niyə

16:53 213
.

Xames Rodriqesdən sürpriz QƏRAR: Kameralar qarşısında pis xəbəri verdi

Kolumbiyalı futbol ulduzu Xames Rodriqes 35 yaşında milli komandadan ayrıldığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiya millisində 114 oyun keçirən və 28 qol vuran veteran oyunçu azarkeşlərə emosional bir mesajla vida edib. Ulduz milli komanda karyerası ilə bağlı əlamətdar bi

18:45 159
.