Qaçmaq bədəninizi necə öldürür? Plastik cərrahdan ŞOK AÇIQLAMA
Məşhur amerikalı plastik cərrah fitness həvəskarlarını şok edərək ən populyar məşq növlərindən biri qaçış haqqında kəskin tənqid səsləndirdi və insanları oynaqlarını, dərilərini və uzunmüddətli sağlamlıqlarını qorumaq istəyirlərsə, ondan imtina etməyə çağırdı.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Nyu-Yorkdan olan plastik cərrah Cerald İmber, sağlamlıqla bağlı açıq məsləhətləri ilə tanınır. O, "Instagram"da izləyicilərinə bildirib ki, "bədənə zərər verdiyi" barədə xəbərdarlıq etməkdən artıq "yorulub".
"Qaçmayın. Bunu deməkdən o qədər yorulmuşam. Məsələ belədir: qaçış möhtəşəmdir. Siz bundan həzz alırsınız, endorfinlər ifraz olunur. Amma dizləriniz yeyilir, topuqlarınız zədələnir, bud oynaqlarınız əziyyət çəkir, dəri sallanır, üzünüz boşalır. Bu, yüksək qiymətdir və buna dəymir. Üstəlik, daimi zərbələr səbəbindən boyunuzun qısalması prosesi sürətlənir. Mənim üçün bu kifayətdir. Niyə sadəcə velosipedə minib qaçışı unutmursunuz".
Məqaləyə görə, video sürətlə viral olub və qaçışçılarla velosipedçilər arasında qızğın mübahisələr yaradıb. Bəziləri onun məsləhətini şişirdilmiş hesab etsə də, digərləri həkimlə razılaşıb.
"Mən 35 ildir qaçıram və düşünürəm ki, bu, gənclik eliksiridir! Sağ ol, qaçış", - bir qadın cavab verib.
Başqa biri əlavə edib: "Mənim 70 yaşım var, 45 ildir qaçıram və heç bir zədə almamışam. Bu il ad günümdə yarımarafon qaçdım. Mənim ürək-damar sağlamlığım 40 yaşlı adam kimidir".
Bununla belə, bəziləri etiraf edib ki, ağrılara görə qaçışı dayandırmalı olublar.
"Yeddi il hər gün qaçdıqdan sonra indi sadəcə gəzintiyə çıxıram. Bununla barışmaq çətin oldu, amma bədənim qaçışdan imtina etdi. Gəzinti oynaqlarıma xeyli yaxşı təsir edir", -bir qadın bildirib.
Digəri əlavə edib: "O, tamamilə haqlıdır, dizləriniz sonra bunun əvəzini çıxacaq. Öz təcrübəmdən deyirəm".
Bu mübahisə bir daha sual doğurub: həqiqətənmi qaçış "gənclik eliksiridir", yoxsa o, bədəni tədricən tükəndirir?
"Sports Medicine Australia"nın məlumatına görə, həm qaçış, həm də velosiped əla kardio məşqlərdir, amma onların əsas fərqi yüklənmədədir.
Qaçış dizlərə, bud oynaqlarına və topuqlara yük verir, bu, zamanla sümükləri möhkəmləndirə bilər, lakin eyni zamanda stres sınıqları, baldır ağrıları və oynaq yeyilməsi kimi zədələnmə riskini artırır. Velosiped sürmək isə aşağı yüklü məşq hesab olunur, oynaqlara daha az ziyan vurur və yaşlı insanlar üçün daha təhlükəsizdir, baxmayaraq ki, sümükləri möhkəmləndirmək baxımından qaçış qədər effektiv olmaya bilər.
Ekspertlər müxtəlif fəaliyyət növlərini birləşdirməyi məsləhət görürlər: velosiped, üzgüçülük və gəzinti kimi aşağı zərbəli məşqləri, güc məşqlərini və vaxtaşırı qaçışı bir arada saxlamaqla sümük sağlamlığını, ürək-damar formasını və oynaqların qorunmasını balanslaşdırmaq mümkündür.
Buna baxmayaraq, doktor İmberin qəti xəbərdarlığı hələ də mübahisələrə səbəb olur: bir çoxları səhər qaçışlarının onları gənc saxlayıb-saxlamadığını, yoxsa əksinə, qocalmanı sürətləndirib-sürətləndirmədiyini düşünür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 955 Tarix: 23 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı
15.11.2026 146 "Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı
ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu
15.11.2026 172 Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
15.11.2026 188 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
15.11.2026 218 Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd
15.11.2026 202 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
15.11.2026 175 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 182 Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
15.11.2026 345 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
15.11.2026 183