Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş, BŞTİ araşdırma aparıb...
Səs yazısı yayılan Bakıdakı 308 nömrəli tam orta məktəbin direktoru Təranə Məmmədova ilə bağlı daha bir qalmaqallı məqam üzə çıxıb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Təranə Məmmədova ilə bağlı bir ay əvvəl də Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) şikayət olunub. İdarə araşdırma apardıqdan sonra isə bildirib ki, 308 nömrəli tam orta məktəbin direktoru və müəllimlərin fəaliyyətində qanun pozuntusu aşkar olunmayıb.
Vətəndaş F.Kərimova bildirib ki, övladı E.Kərimov buraxılış imtahanlarında uğurlu nəticə göstərib və universitetə daxil olub, lakin ixtisas seçimi zamanı problemlə üzləşiblər.
"Övladım 308 nömrəli tam orta məktəbi bitirmişdi. İxtisas seçimi zamanı məlum oldu ki, övladımın attestatı təsdiqlənməyib. Əvvəldən də direktor Təranə Məmmədova yuxarı siniflərin valideynlərindən pul alaraq attestata yüksək qiymət yazırdı, mən isə heç bir ödəniş vermədim. O da bundan hiddətlənib mənim övladıma qayıblar yazıb və yekunda attestatın verilməsindən imtina edib. Təsəvvür edirsiz, övladım buraxılış imtahanından keçib, amma direktor bu pisliyi etmək üçün ona qayıblar yazdırıb ki, attestat ala bilməsin.
Məsələ ilə bağlı elə həmin vaxt Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi müraciət etdim. Cavab məktubunda mənə bildirildi ki, direktorun və müəllimlərin fəaliyyətində pozuntu yoxdur. Bir ay keçmədi səs yazısı yayıldı və direktor işdən çıxarıldı. Olan mənim övladıma oldu. övladım buraxılış imtahanından keçsə belə direktorun qanunsuzluğuna görə universitetə daxil ola bilmədi, BŞTİ isə nəyəsə görə mənim şikayətimə obyektiv baxmadı. Necə ola bilərdi ki, direktor əvvəl qanusnsuzluq etməyib, indi birdən-birə pul yığmağa başladı?!"
Qeyd edək ki, BŞTİ tərəfindən yayılan sonuncu məlumatda paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparıldığı və araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi deyilmişdi.
Bir ay əvvəl isə BŞTİ tərəfindən aparılan araşdırmada direktorun fəaliyyətində pozuntular aşkarlanmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 973 Tarix: 23 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonda "bəli" demək niyə təhlükəlidir?
Naməlum nömrələrdən gələn bezdirici zənglər rəqəmsal dövrün ən ciddi problemlərindən birinə çevrilib. Bir çox istifadəçi hər gün onlarla arzuolunmaz zənglə qarşılaşır və bu çağırışların əhəmiyyətli hissəsinin arxasında peşəkar dələduz şəbəkələri və qeyri-qanuni çağrı mərkəzlərinin dayandığı bildirilir
02.06.2026 320 "Azərlotereya" 2025-ci ildə 100.7 milyon vergi ödəyib
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83.3 milyon manat təşki
10:53 136 Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub. -a istinadən xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib. Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinat
12:43 155 Sabah 31° isti olacaq
İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
13:01 115 Alternativ Şuşa yolu istifadəyə verildi - Video
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternati
10:30 248 Güzəştli nəqliyyat kartları: Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünyanın bir çox inkişaf etmiş ölkələrində ictimai nəqliyyat sisteminin əlçatanlığını artırmaq və sərnişinlərin xərclərini optimallaşdırmaq məqsədilə güzəştli həftəlik, aylıq və illik nəqliyyat kartları geniş şəkildə tətbiq olunur. Bu sistem sayəsində vətəndaşlar gündəlik gediş-gəliş xərclərini dah
11:40 144 Nyu-Dehlidə binada baş verən yanğın nəticəsində azı 21 nəfər həlak olub
Çərşənbə günü Yeni Dehli məhəlləsindəki bir binada baş verən yanğın nəticəsində ən azı 21 nəfər həlak olub, bir neçə nəfər yaralanıb, polis bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şəhərin cənub hissəsindəki Malviya Nagar məhəlləsindəki binanın birinci mərtəbəsində restoran, yuxar
12:33 127 Bəhreyn İranın 3 raketini və bir neçə dronunu ələ keçirdiyini bildirir
Bəhreynin hava hücumundan müdafiə qüvvələri çərşənbə günü üç raket və "bir sıra" dronları ələ keçirərək məhv edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu barədə İranın bölgəyə hücumlarını pisləyən ölkə ordusu məlumat yayıb. İran ordusunun Baş Komandanlığı bildirib ki, "Bəhreyn Krallığındak
12:00 132 Altı ölkə su altında qala bilər - Daily Express
"Daily Express" qəzetinin məlumatına görə, dünyanın ən böyük buzlağı olan Thwaites buzlağı (sözdə "Qiyamət buzlağı") Antarktida sahillərindən qoparılarsa, altı ölkə ən çox zərər çəkə bilər . Vətəninfo.az xəbər verir ki, qeyd olunur ki, buzlağın daha da əriməsi ən ciddi şəkildə Böyü
02.06.2026 314