Ürəyi 24 dəqiqəlik dayanan insan elə şeylər danışdı ki...

Ürəyi 24 dəqiqəlik dayanan insan elə şeylər danışdı ki...2023-cü ildə Virciniya ştatının sakini Loren Kanadey nadir hadisə yaşadı və bunu "ikinci həyat şansı" kimi xarakterizə etdi. Qadının ürəyi dayanıb və onun orqanizmi demək olar ki, 25 dəqiqə kliniki cəhətdən ölü vəziyyətdə qalıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, başına gələnləri və həyata qayıtdıqdan sonra nələrlə üzləşdiyini ətraflı danışıb.

Hər şey güclü toniko-klonik tutma ilə başlayıb, bu da nəfəsin dayanmasına səbəb olub. Lorenin əri qışqırığı eşidərək onun yanına qaçıb, nəfəs almadığını və bənzərdiyini görüb. Bundan sonra ürək-ağciyər reanimasiyasına başlayıb və təcili yardım çağırıb.

Xəstəxanada aparılan müayinələr nəticəsində həkimlər miokardit diaqnozu qoyublar. Onların fikrincə, bu, əvvəl keçirdiyi koronavirusun nəticəsi ola bilərdi. Ürək fəaliyyəti yalnız 24 dəqiqədən və dörd dəfə defibrilyator tətbiqindən sonra bərpa edilib. Loren doqquz gün reanimasiya şöbəsində qalıb və sonra beyin zədəsi olmadan evə buraxılıb.

Lakin həyata qayıtmaq heç də asan olmayıb. Loren deyib ki, xəstəxanadan çıxdıqdan sonra səhiyyə və sosial xidmətlər tərəfindən tam dəstəyin olmaması ilə üzləşib. O vurğulayıb ki, dünya, sanki ona qayğı göstərməyə hazır deyildi və bütün məsələləri – dərman qəbulundan tutmuş, fiziki və emosional şokdan sonra bərpaya qədər – özünün həll etməsinə məcbur qalıb.

O həmçinin qeyd edib ki, əlillik sənədlərinin rəsmiləşdirilməsi zamanı ona sosial işçi köməyi göstərilməyib və əsas dəstəyi oxşar hadisə yaşamış digər insanlardan almağa məcbur olub. Loren əlavə edib ki, həyata qayıtdıqdan sonra vəziyyəti hadisədən əvvəlkindən daha ağırdır və o, öz mövcudluğunu fiziki və psixoloji sınaqlarla dolu ikinci həyat kimi qəbul edir.

Qadın vurğulayıb ki, belə bir qayıdış yalnız fiziki çətinliklərlə deyil, həm də yeni reallığa uyğunlaşmaq üçün vaxt və səy tələb edən ciddi emosional yüklə müşayiət olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1009   Tarix: 22 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

15.11.2026 218
.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15.11.2026 178
.

ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı

ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla

15.11.2026 187
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

15.11.2026 270
.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə

15.11.2026 164
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

15.11.2026 152
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

15.11.2026 154
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 169
.

Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı

Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı

15.11.2026 175
.