"Ağ qızıl"ın qara günləri: Dünya bazarlarında pambıq ucuzlaşıb

"Ağ qızıl"ın qara günləri: Dünya bazarlarında pambıq ucuzlaşıbAzərbaycanın pambıq ixracından gəliri azalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında 108.1 milyon ABŞ dolları dəyərində pambıq ixrac edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13.9 faiz azdır. Təkcə iyulda isə Azərbaycan 9.5 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə bir il əvvələ nisbətən səkkiz faiz azdır. Bəs gəlirlərin azalmasına səbəb nədir? Pambıqçılıq artıq əvvəlki qədər maraq doğurmur?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Dünya bazarlarında pambıq ucuzlaşıb"

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimlinin sözlərinə görə, Azərbaycanda pambıqçılıq ənənəvi olaraq inkişaf edir: "Digər sahələrlə müqayisədə bu sahəni bilən şəxslər daha çoxdur. Azərbaycanda son illərdə pambıq sahələri ilə bağlı ciddi bir dəyişiklik yoxdur. Müəyyən rayonlar var ki, orada 100 min hektara qədər ərazi əkilir. Ümumi olaraq ildə 300 min ton məhsul istehsal edilir. Əraziləri genişləndirə bilmirik. Çünki pambıq su sevən bitkidir, torpağın imkanları olmalıdır. Pambıqçılıqda istehsal məhsuldarlıq hesabına artırıla bilər. Suvarma sistemini, toxumları inkişaf etdirməklə, torpağımıza və iqlimimizə uyğun toxumlar yetişdirərək məhsuldarlığı artırmaq olar".

C.İbrahimlinin fikrincə, gəlirin azalmasının səbəbi dünyada pambığın ucuzlaşmasıdır: "Pambığın böyük hissəsini ixrac edirik. Ölkəmizdə emal olunur, mahlıc formasına gətirilir. Daha çox Türkiyəyə satılır. Keçən il pambığın qiyməti son yeddi ilin ən aşağı səviyyəsinə düşüb. Dünya bazarlarında qiymətin düşməsi də ixrac gəlirlərinə təsir edə bilər".

"Sovet dövründəki istehsala çata bilmirik"

İqtisadçı Rauf Qarayev isə pambıqçılıq üzrə rəqəmlərin dəyişkən olduğunu bildirib: "Azərbaycanda pambıqçılıq qədim və inkişaf etmiş sahə olsa da, son illərdə istehsal həcmi dəyişkənlik göstərib. Sovet dönəmində pambıq istehsalı bir milyon ton təşkil etsə də, 2010-cu illərdə azalma müşahidə olunmuşdu. Sonrakı illərdə isə əkin sahələrinin genişlənməsi, məhsuldarlığın artması və istehsalın xeyli yüksəlməsi ilə pambıqçılığın bərpası istiqamətində işlər görülüb. 1981-ci ildə Azərbaycanda pambıq tədarükü bir milyon tona çatmışdı. 2015-ci ildə əkin sahələri azaldı və yalnız 18 min hektar əkilərək 35 min ton məhsul götürüldü. 2016-cı ildə 51 min hektar əkinlə 89 min ton, 2017-ci ildə isə 136 min hektar əkinlə 207 min ton pambıq istehsal olundu. 2019-cu ildə əkin sahələri azalsa da, məhsuldarlıq ciddi şəkildə artdı və 100 min hektar əkindən 294 min ton məhsul götürüldü. 2020-ci il 337 min ton, 2021-ci il 287 min ton, 2022-ci il 322 min ton, 2023-cü il 276 min ton istehsal olub. Göründüyü kimi, rəqəmlər gah azalır, gah da çoxalır".

"Rəqabətdə uduzuruq"

R.Qarayev Azərbaycanın pambıq ixracından da bəhs edib: "Azərbaycandan pambıq əsasən xammal kimi deyil, hazır məhsul olan iplik şəklində ixrac edilir. Pambıq iplik idxal etmək ölkənin hazır məhsul ixracına göstərilən marağını və dəyər zəncirini göstərir. Bu, Azərbaycanın kənd təsərrüfatı ixracının artırılmasına töhfə verir və ölkə iqtisadiyyatı üçün vacibdir. 2025-ci ilin ilk yeddi ayında 17 milyon dollar dəyərində 7 282 ton pambıq iplik ixrac olunub. Onu da qeyd edək ki, Azərbaycan eyni zamanda bəzi ölkələrə xam pambıq - daranmaya məruz qalmayan pambıq lifi ixrac edir. Bu ilin ilk üç ayında Azərbaycan Türkiyəyə 24.8 min ton, Türkmənistana isə 1.3 min ton pambıq lifi satıb. İxrac olunan pambıq lifinin bir kiloqramının orta gömrük dəyəri 1.5 dollar (2.5 manat) olub".

"Yeni bazarlar tapılmalıdır"

İqtisadçının sözlərinə görə, pambıq ixracındakı azalmanı aradan qaldırmaq üçün müxtəlif yollar tapmalıyıq: "Pambıq ixracındakı azalma müvəqqətidir. Pambığın ixracı ilə bağlı rəqabət üstünlüyü üçün yeni bazarlar tapmalıyıq. Türkiyə, İran, Banqladeş, Rusiyaya pambıq satmaqla böyük nəticə əldə edə bilmərik. Yeni bazarlar tapılmalıdır ki, pambıq ixracımızı artıra bilək. Türkiyə vasitəsilə Avropaya pambıq sata bilərik. Bunun üçün keyfiyyəti artırmalıyıq. Bu zaman yüngül sənayemiz də inkişaf edər. Artıq geyimlərimizi də özümüz istehsal edə bilərik. Bu isə bir sıra sahələrin inkişafına gətirib çıxarar. Təəssüf ki, istehsal etdiyimiz pambıqdan alınan məhsullar azdır. O səbəbdən rəqabətdə digər ölkələrə uduzuruq. Məsələn, pambığımızı Türkiyəyə göndərib orada məhsullar istehsal edib digər ölkələrə sata bilərik. Pambıqçılığın stimullaşdırılması üçün subsidiyalar mövcuddur. Həmçinin yeni avadanlıqlar alıb gətirmək lazımdır ki, itkiyə daha çox yol verməyək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 674   Tarix: 21 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

31 yaşlı pişiyin uzunömürlülük sirri - hansı suyu içir?

Tısbağa rəngli pişik ailədə hələ 1995-ci ildə peyda olub. Leslinin mərhum həyat yoldaşı balaca pişiyi üç aylıq olanda alıb. xarici mediaya istinadən xəbər verir ki, ev heyvanları arasında qeyri-adi uzunömürlülük hadisəsi bütün dünyada zooloqların və pişiksevərlərin diqqətini çəkib. Böyük Mançesterd

18:30 157
.

"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı araşdırma başladı - FETÖ ilə əlaqə

Xəbər verdiyimiz kimi Türkiyədə Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının ssenaristlərinə qarşı araşdırma aparılmasına qərar verilib. Türkiyə mediasına istinadla xəbər veri

19:00 169
.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: 5 nəfər öldü, sərnişin qatarına da zərbə endirildi

Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Sentyabrın 16-da Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhəri yaxınlığına endirdiyi dron zərbəsi nəticəsində sərnişin mikroavtobusuna zərbə dəyib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə

15:32 189
.

Rusiyada seçkilər ərəfəsində iqtisadi problemlər dərinləşir

Rusiyada parlament seçkiləri ərəfəsində əhali yüksək inflyasiya, yanacaq qıtlığı, bahalaşma və işçi qüvvəsi çatışmazlığı ilə üzləşir. xəbər verir ki, verilən məlumata görə, iqtisadi çətinliklər xüsusilə biznes sahəsində özünü göstərir. Yaroslavlda sahibkarlar əsas problemlərdən birinin kadr çatışmazlığ

21:15 70
.

Azərbaycanda idxal azalır: Xarici məhsullara tələbat zəifləyib, yoxsa yerli istehsal artır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda idxal göstəricilərində baş verən dəyişiklik diqqət çəkir. İdxalın azalması fonunda əsas sual yaranır: bu tendensiya ölkədə xarici məhsullara tələbatın zəifləməsi ilə bağlıdır, yoxsa daxili istehsalın artması idxala olan ehtiyacı azaldır?. Digər tərəfdən, idxalın strukturunda hansı dəyişiklikləri

14:57 211
.

Yasda qadınlarla yazışan kişi arvadını vəhşicəsinə döydü - Masallıda

Masallıda kişi arvadını döyüb. xəbər verir ki, hadisə Lürən kəndində qeydə alınıb. Marketlərin birində kassir işləyən 41 yaşlı Elbrus Dadaşov (şərti adla) sosial şəbəkələrdə qadınlarla yazışdığı üçün arvadı onu izləməyə başlayıb. Həmkəndlilərin yas mərasimində Elbrus çadırın arxa tərəfində yenə qadınlarl

19:30 176
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

20:15 124
.

Süni intellekt bazarında təhlükə siqnalı - texnologiya şirkətlərinin səhmləri kəskin düşdü

Süni intellektin inkişaf tempinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar texnologiya bazarında ciddi dalğalanmaya səbəb olub. The İndependentın məlumatına görə, AI şirkətlərinin rəhbərlərinin inkişaf tempinin yavaşladılmasına dair açıqlamalarından sonra texnologiya şirkətlərinin səhmlərində kəskin eni

16:50 188
.

ADİL NƏBİYEV: "Yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır"

Şəhər yollarındakı sıxlıq və tıxac artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin problemin səbəbi yalnız avtomobillərin sayının çoxluğu deyil. Bəs tıxacların azalması üçün yalnız yol infrastrukturu kifayətdirmi, yoxsa yol mədəniyyətimizi də dəyişməliyik? Süni intellekt tıxac problemin

17:25 222
.