Azərbaycanda 4 günlük rejim ola bilər: QƏRAR GÖZLƏNİLİR – YENİLİK

Azərbaycanda 4 günlük rejim ola bilər: QƏRAR GÖZLƏNİLİR – YENİLİKBakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükünün azaldılaraq 4 günə endirilməsi müzakirələrə yol açıb. Bildirilir ki, bəzi ölkələrdə həm məktəb, həm də universitetlərdə belə təcrübəyə rast gəlinir. Məsələn, bir sıra Avropa dövlətlərində həftəlik dərs yükü sıxlaşdırılaraq 4 günə qədər azaldılır, ABŞ-ın bir neçə ştatında məktəblərdə eyni sistem sınaqdan keçirilir.

Azərbaycanda belə bir sistemin digər ali və orta təhsil müəssisələrində tətbiqi nə qədər realdır? Dərs günləri azaldıla bilərmi?

BiG.AZ xəbər verir ki, globalinfo.az-a danışan təhsil eksperti İlqar Orucov deyib ki, dörd günlük dərs qrafikinə keçid hazırda Avropa və ABŞ-ın bir sıra universitetlərində uğurla həyata keçirilir:

"Ölkəmizdə isə bu sistem ilk olaraq BDU-da bəzi ixtisaslar üzrə tətbiq olunmağa başlayıb və bu ildən etibarən daha geniş şəkildə tətbiq olunur. Əslində belə yanaşma praktiki baxımdan kifayət qədər uğurludur. Əgər ənənəvi beş günlük sistemdə gündə orta hesabla dörd saat dərs keçirilirdisə, dörd günlük sistemdə bu müddət beş-altı saata qədər artırılır. Yəni ümumi dərs yükü eyni qalır, sadəcə olaraq dərslər daha intensiv şəkildə keçirilir".

Ekspert bu sistemin bir sıra üstünlüklərinin olduğunu vurğulayıb:

"Əvvəla, tələbələrdə akademik stress azalır və onlara daha çox asudə vaxt qalır. Bu, onların praktiki fəaliyyətlərə, layihə əsaslı öyrənməyə və tədqiqat işlərinə yönəlməsinə imkan yaradır. Eyni zamanda bu sistem müəllimlərə də tədqiqat işlərinə daha çox vaxt ayırmağa imkanı verir. Bu da ümumilikdə universitetlərin elmi potensialının artırılması baxımından əhəmiyyətlidir. Avropa universitetlərində bu sistem daha çox texniki ixtisaslar üzrə tətbiq olunur. Çünki həmin sahələrdə tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsi vacibdir. Dörd günlük dərs cədvəli onlara məhz bu bacarıqları qazanmaq üçün əlavə vaxt qazandırır".

İ.Orucov düşünür ki, gələcəkdə bu təcrübənin ölkəmizin digər universitetlərində də tətbiq olunması mümkündür:

"Bakı Dövlət Universiteti artıq bu istiqamətdə ilk addımı atıb. Nəticələr müsbət olarsa, digər ali təhsil müəssisələrinin də bu təcrübəni tətbiq etməsi məqsədəuyğun olar. Təbii ki, bu keçid sadəcə dərs saatlarının artırılmasından ibarət deyil. Eyni zamanda tədris prosesinə yanaşmada da dəyişikliklər tələb olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1168   Tarix: 21 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.