Məsud Pezeşkian: İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək
İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian BMT Təhlükəsizlik Şurasında İslam Respublikasına qarşı qəbul edilmiş sanksiyanıən bərpası ilə bağlı qərarla bağlı danışarkən bildirib.
"Qərb İranı dayandıra bilməz; onlar Nətənzdə bizə zərbə vururlar, ancaq bilmirlər ki, məhz bu insanlar Nətənzi qurur və daha da yaxşısını tikəcəklər",- o vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp 2025-ci il iyunun 22-də bildirdi ki, ölkəsinin Hərbi Hava Qüvvələri və ABŞ Hərbi Donanması İrandakı bir çox nüvə obyektlərinə, o cümlədən Fordo uran zənginləşdirmə müəssisəsi, Nətənz nüvə obyekti və İsfahandakı qeyri-müəyyən ərazini bombalayıb. Bu hücumda "Northrop B-2 Spirit" gizli bombardmançılarının daşıdığı onlarla 30 min funtluq "GBU-57A/B MOP" bombalarından, həmçinin sualtı qayıqlardan atılan "Tomahawk"lardan istifadə edib.
Qeyd edək ki, sentyabrın 19-da BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların yenidən tətbiqinə dair qətnamə qəbul olunub. ABŞ daxil olmaqla altı ölkə sənədin lehinə, Çin, Rusiya və Pakistan isə əleyhinə səs verib.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli telekanallardan birinə müsahibəsində söyləyib ki, İran AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə Misirin paytaxtı Qahirədə əldə etdiyi razılaşmanı BMT sanksiyaları qüvvəyə minəndən sonra etibarsız sayacaq.
BMT Təhlükəsizlk Şurasının qəbul etdiyi qətnamə isə sentyabrın 27-dən sonra qüvvəyə minə bilər. Bu hadisənin baş verməməsi üçün İslam Respublikası Avropa "üçlüyü"nün (Böyük Britaniya, Almaniya, Fransa) irəli sürdüyü üç şərti (ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətini dayandırmaq, zənginləşdirdiyi uranın saxlanıldığı yer barədə məlumat vermək) qəbul etməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 21 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 201 Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd
15.11.2026 202 Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
15.11.2026 188 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
15.11.2026 182 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
15.11.2026 193 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15.11.2026 369 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 182 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
15.11.2026 175 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
15.11.2026 195