Ay niyə hər il Yerdən uzaqlaşır? - Alimlər əsas səbəbləri açıqlandı

Ay niyə hər il Yerdən uzaqlaşır? - Alimlər əsas səbəbləri açıqlandıAlimlərin araşdırmalarına görə, Yer kürəsinin daimi peyki olan Ay tədricən, lakin nəzərəçarpacaq dərəcədə planetimizdən uzaqlaşır. "The Conversation" nəşrində dərc olunan elmi məqaləyə istinadən, Ay Yerdən ildə orta hesabla 3,8 santimetr məsafədə aralanır.

Qayanrinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" məlumat yayıb.

Mütəxəssislər qeyd edirlər ki, məsafənin dəyişikliyi lazer şüaları vasitəsilə dəqiq ölçülüb. Astronavtların Ay səthində quraşdırdığı güzgülərdən əks olunan işığın Yerə qayıtma vaxtı hesablanaraq, məsafənin dəqiq dəyişimi müəyyənləşdirilib.

Tədqiqatda bildirilir ki, Ay ilə Yer arasındakı məsafə sabit deyil. Onun orbiti mükəmməl dairəvi deyil, ellips formasındadır. Bu səbəbdən Ayın Yerdən məsafəsi hər ay təxminən 20 min kilometr dəyişir. Orta hesabla Ay 385 min kilometr uzaqlıqda yerləşsə də, bu fərqlər səbəbindən bəzi tam Aylar göydə daha iri görünür. Bu hadisə "Superay" adlanır.

Alimlər Ayın uzaqlaşmasının əsas səbəbi kimi cazibə qüvvəsinin yaratdığı okean gelgitlərini göstərirlər. Yerin fırlanması nəticəsində dəniz və okean suları Ayla tam üst-üstə düşmür, bir qədər irəlidə qalır. Bu cazibə uyğunsuzluğu Ayı öz orbitində azacıq irəliyə çəkir və nəticədə onun Yerdən uzaqlaşması baş verir.

Mütəxəssislər bildirirlər ki, bu prosesin Yer və Ayın cazibə tarazlığına ciddi təsiri yalnız milyard illər sonra hiss olunacaq. O vaxta qədər Yerin fırlanması yavaşlayaraq Ayla sinxronlaşacaq və Ayın uzaqlaşması dayanacaq.

Lakin alimlər qeyd edirlər ki, bu mərhələyə çatmamış Günəş öz inkişafının yeni fazasına qədəm qoyacaq. Təxminən bir milyard ildən sonra Günəşin parıltısı artaraq okeanların buxarlanmasına səbəb olacaq, daha sonra isə Günəş qırmızı nəhəng mərhələsinə daxil olaraq həm Yeri, həm də Ayı udacaq.

Beləliklə, Ayın Yerdən uzaqlaşması yaxın gələcək üçün heç bir təhlükə yaratmır. Bu dəyişikliklər o qədər uzun zaman kəsiyində baş verir ki, insanlığın mövcudluğu ilə müqayisədə əhəmiyyətsiz hesab olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 20 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

15.11.2026 187
.

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır

Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın

15.11.2026 189
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

15.11.2026 149
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

15.11.2026 193
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

15.11.2026 369
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

15.11.2026 218
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

15.11.2026 396
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 146
.

Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır

2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is

15.11.2026 211
.