Prezident yeni fond yaratdı (FƏRMAN)

Prezident yeni fond yaratdı (FƏRMAN)Prezident İlham Əliyev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

BiG.AZ xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının və davamlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu (bundan sonra – Fond) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

2.1.1. avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;

2.1.2. nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;

2.2. Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir;

2.3. Fondun vəsaitindən "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq subsidiya ödənilməsi üçün istifadə edilir:

2.3.1. sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;

2.3.2. elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;

2.3.3. Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 2.1.2-ci yarımbəndinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.2.1. bu Fərmanın 2.3-cü bəndində göstərilən inzibati ərazilərdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtlərini;

3.2.2. bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq, daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydasını;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik):

4.1. 2026-cı il yanvarın 1-dən bu Fərmanın 2.3-cü bəndində göstərilən inzibati ərazilərdə müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın təmin edilməsi, sərnişin axınının intensivliyi və ya avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla, Nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra – Agentlik) müəyyən etdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərclərinin kompensasiya olunmasını nəzərdə tutan məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin tətbiqinə başlasın və bu prosesi 2028-ci il yanvarın 1-dək başa çatdırsın;

4.2. Agentlik və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılar arasında bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqaviləyə əsasən daşıyıcılar tərəfindən göstərilən avtomobil nəqliyyatı xidmətinə görə hesablanan dəyərlə həmin xidmət üçün təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında mənfi fərq yarandığı təqdirdə, həmin fərq məbləğində Fondun vəsaiti hesabına daşıyıcılara subsidiya ödənilməsini təmin etsin;

4.3. bu Fərmanın 4.2-ci bəndi nəzərə alınmaqla, avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Bu Fərmanın 2.1.1-ci yarımbəndi 2026-cı il yanvarın 1-dən, 2.1.2-ci yarımbəndi isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1184   Tarix: 19 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonda "bəli" demək niyə təhlükəlidir?

Naməlum nömrələrdən gələn bezdirici zənglər rəqəmsal dövrün ən ciddi problemlərindən birinə çevrilib. Bir çox istifadəçi hər gün onlarla arzuolunmaz zənglə qarşılaşır və bu çağırışların əhəmiyyətli hissəsinin arxasında peşəkar dələduz şəbəkələri və qeyri-qanuni çağrı mərkəzlərinin dayandığı bildirilir

02.06.2026 322
.

Neft qiymətləri üçüncü gündür yüksəlir

Neft qiymətləri çərşənbə günü üçüncü gündür ki, yüksəlir və ABŞ-İran sülh danışıqlarının dayandırılmasından sonra Körfəzdə yeni düşmənçiliklər alovlandığı üçün dollar 160 yen baryerini aşmaq üzrə idi. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Brent markalı xam neftin fyuçersləri 1% artaraq bir bare

12:20 143
.

"Şaxta Babanın evi"ndə 23 minlik "qızıl ovu" başlayır

Finlandiyanın məşhur Laplandiya bölgəsində turistləri bu yay qeyri-adi macəra gözləyir. Təşkilatçılar təxminən 23 min dollar dəyərində qızıl külçəni gizlədərək ziyarətçiləri onu tapmağa çağırırlar. "Qafqazinfo" xəbər verir ki, təbiəti və "Şaxta Babanın evi" kimi tanınan Laplandiyad

11:48 161
.

Güzəştli nəqliyyat kartları: Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünyanın bir çox inkişaf etmiş ölkələrində ictimai nəqliyyat sisteminin əlçatanlığını artırmaq və sərnişinlərin xərclərini optimallaşdırmaq məqsədilə güzəştli həftəlik, aylıq və illik nəqliyyat kartları geniş şəkildə tətbiq olunur. Bu sistem sayəsində vətəndaşlar gündəlik gediş-gəliş xərclərini dah

11:40 154
.

Alternativ Şuşa yolu istifadəyə verildi - Video

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternati

10:30 257
.

"30 ildən artıq dövr ərzində həsrətində olduğumuz o torpaqlara Böyük Qayıdışın təmin olunması çox şərəflidir" - DEPUTAT

Ötən 30 il müddətində məcburi köçkün və qaçqınlarımız Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiə tədbirlərinin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması sayəsində mühüm addımlar atılıb. xəbər verir ki

13:57 102
.

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur. Bu barədə Qaynarinfo-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti

12:03 160
.

Barselonada 700 il sonra İspan kraliçasının meyiti tapıldı

Barselonada qazıntılar zamanı İspan kraliçasının qalıqları tapılıb. xarici mediaya istinadla xəbər verir ki, XIV əsrdə əsası qoyulmuş Santa Maria de Pedralbes Monastery monastırının ərazisində aparılan qazıntılar aparılıb. Tapılan skeletlər arasında Elisenda de Monkadanın qalıqları da olub. Araqon v

02.06.2026 269
.

"Azərlotereya" 2025-ci ildə 100.7 milyon vergi ödəyib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83.3 milyon manat təşki

10:53 143
.

TOP MP3