66 yaşlı nənə gözəllik müsabiqəsinin finalına çıxdı

66 yaşlı nənə gözəllik müsabiqəsinin finalına çıxdı66 yaşlı nənə "Miss Universe Japan" müsabiqəsinin finalına çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, nüfuzlu "Miss Universe Japan" gözəllik müsabiqəsinin finalına üç nəvəsi olan bir nənə çıxıb. Finalistlərdən biri Tokiodan olan 66 yaşlı Dzunko Sakai olub.

O, ölkənin 42 əsas gözəlindən biri seçilib. Sakai 30 ildən çox evdar qadın kimi yaşayıb və üç övlad böyüdüb. 2023-cü ildə "Miss Universe" müsabiqəsində yaş məhdudiyyətlərinin ləğv olunduğunu öyrənib və öz gücünü sınamaq qərarına gəlib. Qadın əvvəlcə digər iştirakçıların ona yuxarıdan aşağı baxacağından və ya soyuq münasibət göstərəcəyindən narahat idi. Lakin Sakainin sözlərinə görə, qızlar onunla həmyaşıd kimi davranıblar və bu, onu çox sevindirib.

Sakai etiraf edib ki, bəzi rəqs hərəkətlərini və çıxış mətnlərini unudub. Bundan əlavə, təşkilatçılar ona müəyyən güzəştlər ediblər: məsələn, ona bikini əvəzinə bağlı çimərlik geyimində çıxış etməyə icazə verilib. Amma corablarla çıxış etməsinə icazə verilməyib. Müsabiqənin qalibi 21 yaşlı Kaori Haşimoto olub. Lakin Sakaiyə həmrəylik və mehribanlığına görə iştirakçıların səsi ilə verilən "Miss Congeniality" ("Ən səmimi və mehriban iştirakçı") mükafatı təqdim edilib. Sakai bildirib ki, yaşlı yaponların da cəmiyyətin bir parçası olduqlarını göstərməkdən məmnundur, çünki onların "həyatın kənarında qaldıqlarını" düşünür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 970   Tarix: 19 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İşçilərin diqqətinə: Əmək müqaviləsi hansı halda dəyişdirilə bilər?

"Əmək müqaviləsinin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfl

14:31 170
.

"Gəncəsər də Qarabağın xristian irsinin ən mühüm abidələrindəndir" - millət vəkili Ülviyyə Həmzəyeva

"Qarabağın tarixi yalnız son əsrlərin hadisələri ilə məhdudlaşmır. Bu torpağın hər qayası, hər qədim yaşayış məskəni, hər məbədi bizi əsrlərin dərinliyinə aparır. Qarabağda bu gün də mövcud olan qədim xristian məbədlərinin mühüm bir hissəsinin tarixini anlamaq üçün isə Qafqaz Albaniyasının zəngi

17:00 194
.

Türkiyədə tekstildə daralmanın mərkəzində sifariş var: PMI 44,1-ə gerilədi

Tekstildə PMI avqustda 44,1-ə geriləyərkən, yeni sifarişlər 40,5-ə düşdü. Enes Dikmen əsas riskin sifarişlərin gələcək görünürlüğündəki zəifləmə olduğunu bildirib. İstanbul Sənaye Palatasının (İSO) 2026-cı ilin avqust ayı üzrə Türkiyə Sektoral PMI məlumatları tekstil sektorunda daralmanın yenidən sürətləndiyin

17:19 113
.

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd

15:06 149
.

Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

14:22 201
.

Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ

Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd

19:15 1
.

Məktəblərdə nəzarət boşluğu: Problem elektron siqaretdən daha böyükdür

"Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. Məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etməsi, qız şagirdin isə dərs zamanı sosial şəbəkədə canlı yayım açması məktəblərdə nizam-intizam və nəzarə

12:15 193
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

15:45 241
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16:13 145
.