Bu müəllimlər 6000 manatdan çox maaş alacaqlar
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq "tədqiqatçı müəllim" statusu alan müəllimlər müəyyən olunub.
Valyuta.az xəbər verir ki, bu statusun müəyyənləşdirilməsi zamanı bir sıra elmi meyarlara əsaslandırılıb. Bunlara "Scopus" bazasında indekslənmiş məqalələrin sayı, Q1–Q3 kateqoriyalı jurnallarda nəşrlər, H-indeksi və beynəlxalq həmmüəllifliklə yazılmış məqalələrin sayı daxildir.
Yeni status qazanan müəllimlər 2–3 dəfə artıq əməkhaqqı alacaqlar. Belə ki, tam ştatla çalışan professorların maaşı 4280-6420 manat təşkil edəcək.
"Tədqiqatçı müəllim" statusuna layiq görülən əməkdaşlar:
Aysel Aslanlı – Kimya üzrə fəlsəfə doktoru (Lomonosov MDU). Son 5 ildə Scopus bazasında 26 məqaləsi çap olunub, H-indeksi 12-dir. Məqalələrin 22-si Q1 kateqoriyalı jurnallarda yer alıb. 31 yaşlı tədqiqatçı universitetdə aqro-kimya istiqamətinin inkişafına töhfə verəcək.
Dünya Babanlı – Kimya üzrə elmlər doktoru, dosent. Son 5 ildə 56 məqaləsi Scopus bazasında çap olunub, H-indeksi 14-dür. Strasburq Universitetinin professorları ilə birgə yazılmış beynəlxalq həmmüəlliflikli elmi işləri var.
Araz Əliyev – Riyaziyyat üzrə elmlər doktoru, professor. Son 5 ildə Scopus bazasında 22 məqaləsi, H-indeksi isə 8-dir. ADNSU-nun kafedra müdirlərindən biridir.
Lətafət Qardaşova – Texnika üzrə elmlər doktoru, professor. 21 məqalə və 10 H-indeksə malikdir. Qeyri-səlis məntiq, sistemli analiz və süni intellekt sahəsində doktorantlara rəhbərlik edir.
Vüsalə Cəfərova – Fizika üzrə elmlər doktoru. 23 məqalə və 7 H-indeksə malikdir.
Oleq Hüseynov – Texnika elmləri doktoru. Son 5 ildə 19 məqaləsi var, H-indeksi isə 20-dir.
Sevda Rzayeva – Fizika üzrə fəlsəfə doktoru, dosent. 10 məqaləsi var və H-indeksi 64-dür.
Elnur Oruclu – Kimya üzrə fəlsəfə doktoru. 39 məqalə və 10 H-indeksə sahibdir.
ADNSU rəhbərliyi bildirib ki, bu təşəbbüsün əsas məqsədi universitetdə elmi fəaliyyətin stimullaşdırılması, mövcud elmi məktəblərin qorunması və yenilərinin formalaşdırılmasıdır. 105 illik elmi irsə sahib olan keçmiş "Azİ" bu gün də elmi potensialını inkişaf etdirməkdə davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1128 Tarix: 19 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİşçilərin diqqətinə: Əmək müqaviləsi hansı halda dəyişdirilə bilər?
"Əmək müqaviləsinin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfl
14:31 170 "Gəncəsər də Qarabağın xristian irsinin ən mühüm abidələrindəndir" - millət vəkili Ülviyyə Həmzəyeva
"Qarabağın tarixi yalnız son əsrlərin hadisələri ilə məhdudlaşmır. Bu torpağın hər qayası, hər qədim yaşayış məskəni, hər məbədi bizi əsrlərin dərinliyinə aparır. Qarabağda bu gün də mövcud olan qədim xristian məbədlərinin mühüm bir hissəsinin tarixini anlamaq üçün isə Qafqaz Albaniyasının zəngi
17:00 194 Türkiyədə tekstildə daralmanın mərkəzində sifariş var: PMI 44,1-ə gerilədi
Tekstildə PMI avqustda 44,1-ə geriləyərkən, yeni sifarişlər 40,5-ə düşdü. Enes Dikmen əsas riskin sifarişlərin gələcək görünürlüğündəki zəifləmə olduğunu bildirib. İstanbul Sənaye Palatasının (İSO) 2026-cı ilin avqust ayı üzrə Türkiyə Sektoral PMI məlumatları tekstil sektorunda daralmanın yenidən sürətləndiyin
17:19 113 İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd
15:06 149 Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
14:22 201 Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ
Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd
19:15 1 Məktəblərdə nəzarət boşluğu: Problem elektron siqaretdən daha böyükdür
"Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. Məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etməsi, qız şagirdin isə dərs zamanı sosial şəbəkədə canlı yayım açması məktəblərdə nizam-intizam və nəzarə
12:15 193 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
15:45 241 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16:13 145