Gülanə Əliyevanın rəhbəri olduğu 250 saylı məktəbdə niyə pul yığılır?
Bakının Nizami rayonunda yerləşən 250 nömrəli məktəbdə direktor tərəfindən pul yığılması valideynlərin narazılığına səbəb olub.
Oxu.Az-a daxil olan müraciətdə iddia olunub ki, valideyn qrupunda pul yığılması tələb edilir.
"Mənim övladım 8-ci sinifdə oxuyur. Dərslərin başladığı iki-üç gündür, artıq valideyn qrupunda pul yığmağa start verilib", – deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq 250 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, 8-ci siniflərdə pul yığılması ilə bağlı valideynlərin və müəllimlərin iştirakı ilə məktəbdaxili araşdırma aparılıb.
"Araşdırma zamanı məlum olub ki, 8c sinfində məktəb rəhbərliyinin xəbəri olmadan bir qrup valideyn tərəfindən öz təşəbbüsləri ilə vəsait toplanılıb. Lakin bəzi valideynlər narazı olduqları üçün təşəbbüs baş tutmayıb", – deyə məlumatda bildirilib.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) isə məsələ ilə bağlı Oxu.Az-a bildirilib ki, paytaxtdakı 250 nömrəli tam orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı qurum tərəfindən araşdırma aparılacaq.
"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", – deyə məlumatda vurğulanır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 940 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMerkz: Almaniyanı çox yaxşı günlər gözləyir
Almaniya kansleri Fridrix Merkz hesab edir ki, ölkəsi bütün iqtisadi çətinliklərə baxmayaraq, qarşıda çox yaxşı günləri yaşayacaq. xəbər verir ki, bu barədə "Phoenix" telekanalı məlumat verib. "Pessimizmə əsas yoxdur və ölkəmizin gələcəyini qaranlıq rənglərlə təsvir etməyə ehtiyac yoxdur,"
02.06.2026 234 "Azərlotereya" 2025-ci ildə 100.7 milyon vergi ödəyib
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83.3 milyon manat təşki
10:53 144 Tarixi birləşmə planına MOSKVA ƏNGƏLİ - Rusiyanın hədəfindəki növbəti iki ölkə BƏLLİ OLDU
Son zamanlar Moldovada Rumıniya ilə birləşmək istəyi yenidən aktuallaşıb. Ölkənin Prezidenti Mariya Sandu və xarici işlər nazirinin timsalında Kişinyov növbəti dəfə Rumıniya ilə birləşmənin vacibliyini önə çəkib. Bu da onu göstərir ki, Kişinyov həmin məsələdə qətidir. Amma burada hələ də bir proble
02.06.2026 278 ABŞ Azərbaycana yeni səfir göndərir: Vaşinqtonun mesajı nədir?
ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb. Məsələ ilə bağlı sənəd artıq senata göndərilib. ABŞ-Azərbaycan münasibətlərinin ən maraqlı və bir qədər də mübahisəli tərəfi məhz səfir təyinatıdır. İlk öncə onu deyim ki
15:35 153 Siniflərdə Şagird Sıxlığı Təhsilin Keyfiyyətinə Necə Təsir Edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda orta məktəblərdə siniflərdə şagird sayının normadan artıq olması son illər təhsil sahəsində ən çox müzakirə olunan problemlərdən birinə çevrilib. Xüsusilə böyük şəhərlərdə və əhalinin sıx yaşadığı ərazilərdə bəzi siniflərdə 28-30, hətta daha çox şagirdin təhsil alması müəllimlərin işin
11:21 156 Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır
Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur. Bu barədə Qaynarinfo-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti
12:03 162 Qızıl və gümüş yenidən bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,89% artaraq 4,546.6 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ili
02.06.2026 242 Təkcə 1 ölkədə yetişir, cəmi 3 gün qalır: Qırmızı limon görənləri təəccübləndirir
İtaliyanın Siciliya bölgəsində yetişən nadir qırmızı limon öz qeyri-adi görünüşü və çox qısa saxlanma müddəti ilə diqqət çəkir. xarici KİV-ə istinadən xəbər verir ki, "Citrus limonimedica pigmentata" adlı bu sitrus meyvəsi qırmızıya çalan qabığı və çəhrayı rəngli iç quruluşu ilə adi sarı limonlarda
02.06.2026 331 Alternativ Şuşa yolu istifadəyə verildi - Video
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternati
10:30 259