Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI

Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADILənkəranda ana 3 ildir azyaşlı qızına fiziki və psixoloji zorakılıq edir. Söhbət Əmanətlərin Sığortalanması Fondunun Lənkəran filialında kredit mütəxəssisi vəzifəsində çalışan 35 yaşlı Rzayeva Gülnar Tofiq qızından gedir. Gülnar Rzayeva keçmiş həyat yoldaşı ilə görüşmək istəyən 2019-cu il təvəllüdlü azyaşlı qızına qarşı dəfələrlə fiziki şiddət göstərir, ona qarşı zorakı davranışlar sərgiləyir.

BiG.AZ xəbər verir ki, Bununla bağlı Bizim.Media-ya Gülnar Rzayevanın keçmiş həyat yoldaşı Vüqar Süleyman müraciət edib. Dediyinə görə qadın azyaşlı qızının qoluna isti qaşıq basıb və müxtəlif əşyalarla uşağa dəfələrlə xəsarətlər yetirib. Səbəb isə uşağın atasını istəməsi və onunla görüşməsinə mane olmasıdır. Halbuki cütlük boşanandan sonra məhkəmə qərarı ilə atanın övladları ilə görüşmək hüququ yaranıb. Amma Gülnar Rzayeva əvvəllər uşağı atası ilə görüşdürməyib.

Bununla bağlı 500 manat məbləğində inzibati məsuliyyətə cəlb edilib.Ondan sonra qadına 306-cı maddə ilə cinayət məsuliyyəti daşıyacağı xəbərdarlığı olunub.

Qadın qorxusundan uşağı atası ilə görüşdürməyə məcbur olub.Amma bununla belə azyaşlı qıza zor və işgəncə tətbiq edib ki, könüllü olaraq atası ilə görüşməkdən imtina etsin.

Vüqar Süleyman davamlı işgəncə görən və psixologiyaları pozulan övladlarının Gülnar Rzayevanın yanında qalmasını istəmir. Hərçənd ki, bununla bağlı aidiyyəti qurumlar qarşısında dəfələrlə iddia qaldırıb. Amma müraciətlərinə müsbət reaksiya verilmir:

"Ailəmiz yürümədi və boşandıq. İki qızım var. 6 yaşlı böyük qızıma məni istəməməsi və görüşməməsi üçün illərdir fiziki və psixoloji şiddət göstərir. Hər dəfə qızımla görüşəndə bədənində xəsarət və qançır izləri görürəm. Əvvəllər uşaq anası tərəfindən fiziki şiddətə məruz qaldığını açıq şəkildə dilə gətirirdi. Hətta isti qaşıqla yandırıldığını və oxlovla döyüldüyünü öz dili ilə deyib. Son vaxtlar uşağı o qədər qorxudub və bizə qarşı yönəldib ki, anası tərəfindən döyüldüyünü dilə gətirmir. Çünki doğruları desə, yenə fiziki şiddətə məruz qalacaq. Psixologiyası pozulan uşağın hərəkətləri də qəribə və aqressiv olub".

Şikayətçinin sözlərinə görə ilk dəfə 2022-ci ilin iyulunda qızının qolunda yanıq izləri görüb. Məlum olub ki, isti qaşığı 5 yerdən uşağın qoluna basıb və I dərəcəli termiki yanıq yetirib:

"Bundan başqa, müxtəlif vaxtlarda – 2023 və 2024-cü illərdə dəfələrlə taxta əşya ilə döyərək sifətinə və yanaq nahiyəsinə xəsarətlər yetirib. İndiyədək azyaşlı qızıma əziyyət verir. Digər kiçik qızıma da ehtimal ki, eyni davranışı sərgiləyir. Hər iki övladımın psixoloji durumu korlanıb. Bu azmış kimi uşaqları nəzarətsiz buraxır. Bu yaxınlarda kiçik qızımı avtomobil vurub, amma qadın bizi aldadaraq evdə yıxıldığını deyib. Kiçik qızımın ayağının biri qırılıb, yeriyə bilmir, gipsdədir və uzun müddət müalicəyə ehtiyacı var".

Vüqar Süleyman keçmiş həyat yoldaşının azyaşlı övladına qarşı zorakı davranışları ilə bağlı Lənkəran rayon polis Şöbəsinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə, rayon prokurorluğuna, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə, İnsan Hüquqları Müvəkkilinə (Ombudsman) müraciətlər edib.

Ötən il başladılan araşdırmadan 8 ay sonra Gülnar Rzayeva azyaşlı övladına qarşı zorakı davranışları ilə bağlı təqsirli bilinərək, barəsində cinayət işi açılıb. Lakin 9 gün sonra eyni müstəntiq öz qərarını heçə sayaraq işə xitam verib.

Baxmayaraq ki, Lənkəran Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin rəyində uşağın qoluna isti metalla (qaşıq) dağ çəkilməsi inkar olunmur.

Vüqar Süleyman deyib ki, ilk dəfə 2022-ci ilin iyul ayında qızına qarşı anası tərəfindən zorakılıq tətbiq edildiyi iddiaları üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsində (ŞRPŞ) araşdırma aparılıb. İki il aparılan araşdırmadan sonra Lənkəran prokurorluğunun 5 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasından imtina edilib. Lənkəran prokurorluğu həmin materialı nəzarət qaydasında yenidən araşdıraraq, qəbul olunmuş qərarın əsassız olduğunu müəyyən edib. 16 sentyabr 2024-cü il tarixli qərarla isə onu ləğv edərək, yenidən və hərtərəfli araşdırılması üçün işi Lənkəran ŞRPŞ-nin istintaq bölməsinə qaytarıb.

Azyaşlı uşağa qarşı isə ana tərəfindən kobud davranış və fiziki şiddət davam edib. Çarəsiz qalan Vüqar Süleyman həyatları təhlükədə olan övladlarını qorumaq üçün yenidən sözügedən instansiyalara üz tutub.

Ən son, yəni 2025-ci il iyulun 1-də Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Əliağa Hüseynovun imzaladığı istintaq qərarına əsasən, Gülnar Rzayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2-4-cü (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə qarşı əzabvermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Qərar üzrə növbəti dəfə istintaq hərəkətlərinə başlanılıb.

Vüqar Süleyman bu dəfə də ümidsiz olduğunu dilə gətirib. O, deyib ki, illərdir şiddətlə bağlı fakt, sübut və ekspertiza rəylərini aidiyyəti qurumlara təqdim etsə də, fayda vermir:

"Yəqin ki, Lənkəran prokurorluğu bu dəfə də cinayət hadisəsi olmadığını deyib, işə xitam verəcək. Bu qadını hansısa əl qoruyur, amma niyə, onu anlamıram. Doğma övladına işgəncə verən qadın bu qədər faktların olduğu işin içindən necə çıxır? Barəsində cinayət işi açılan qadına necə və niyə xitam verilir? Həyatları təhlükədə olan bu uşaqları heçmi düşünən yoxdur?

Ötən dəfə Tovuzda ata azyaşlı övladını vəhşicəsinə döyüb komaya salmışdı. O ata məsuliyyətə cəlb olundu. Uşaqlar anadan alınıb dövlətə verildi. Axı mənim məsələm də buna bənzər hadisədir. Gərək ölüm olsun ki, hərəkətə keçsinlər? Uşaqlar vaxt itirilmədən o anadan alınmalıdır. 3 ildir gözüm görə-görə qızlarıma əzab verir və bu dözülməzdir", - deyə ata fəryad edib.

Qeyd edək ki, ortada foto, video sübutlar, eləcə də ekspertiza rəyi ilə təsdiqlənmiş fiziki zorakılıq halları olduğu, eyni zamanda qadın təqsirləndirilən şəxs kimi tanındığı halda işə təkrar-təkrar niyə xitam verilir? Sanki uşaq deyil, qadın qorunur.

Əgər uşağın himayəsində olduğu şəxs anadırsa, uşaq onun nəzarəti altındadırsa və ana bunu etməyibsə, işi araşdıran qurumlar alternativ versiyanı niyə ortaya qoymurlar? Kim edib? Nə zaman edib? Necə olub ki, ana bunu görməyib və o, niyə bu haqda məlumat verməyib?

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Vüqar Süleymanın sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciəti əsasında 4 dekabr 2024-cü il tarixində cinayət işi başlanılaraq istintaqı aparılıb. Lakin Gülnar Süleymanın təqsirliliyi sübuta yetmədiyinə görə 9 sentyabr 2025-ci il tarixində cinayət işinin icraatına xitam verilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Təbriz Həsənzadə məsələdən xəbərdar olduqlarını və açıqlama verəcəklərini desə də, sonradan geri dönüş olmayıb. Öz növbəsində icra hakimiyyətinin heç bir şəhər telefonu dəfələrlə etdiyimiz zənglərə cavab verməyib.

Ayrıca məsələ ilə bağlı Baş Prokurorluğa da sorğu göndərilib.

Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADILənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADILənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADILənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADILənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADILənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADILənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADILənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADILənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADILənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1128   Tarix: 18 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təkcə 1 ölkədə yetişir, cəmi 3 gün qalır: Qırmızı limon görənləri təəccübləndirir

İtaliyanın Siciliya bölgəsində yetişən nadir qırmızı limon öz qeyri-adi görünüşü və çox qısa saxlanma müddəti ilə diqqət çəkir. xarici KİV-ə istinadən xəbər verir ki, "Citrus limonimedica pigmentata" adlı bu sitrus meyvəsi qırmızıya çalan qabığı və çəhrayı rəngli iç quruluşu ilə adi sarı limonlarda

02.06.2026 331
.

Trampın qızı 1.4 milyardlıq ada aldı

ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp əri Cared Kuşnerlə birlikdə Adriatik dənizində nəhəng ada layihəsi həyata keçirirlər. xəbər verir ki, bu barədə İvanka Tramp özü danışıb. Məlumata görə, ada 1400 hektar ərazini əhatə edir və elektrik enerjisi yoxdur. Onlar bu layihəni həyata keçirmək üçü

02.06.2026 301
.

İkinci qızı dünyaya gəldi

Tanınmış teleaparıcı Yelena Sidorenkonun qızı dünyaya gəlib. Axşam.az xəbər verir ki, aparıcı bununla bağlı paylaşım edib. O, xəstəxanadan görüntüsünü yayımlayaraq "Qızımız, bu dünyaya xoş gəldin. İnşallah, şanslı olacaqsan" sözlərini yazıb. Qeyd edək ki, aparıcının bir qız övladı da var

15:11 107
.

Yasamalda "Changan" yandı - Video

Paytaxtın Yasamal rayonu ərazisində avtomobildə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən "Changan"

15:30 70
.

Telefonda "bəli" demək niyə təhlükəlidir?

Naməlum nömrələrdən gələn bezdirici zənglər rəqəmsal dövrün ən ciddi problemlərindən birinə çevrilib. Bir çox istifadəçi hər gün onlarla arzuolunmaz zənglə qarşılaşır və bu çağırışların əhəmiyyətli hissəsinin arxasında peşəkar dələduz şəbəkələri və qeyri-qanuni çağrı mərkəzlərinin dayandığı bildirilir

02.06.2026 325
.

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı"nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsi

13:39 114
.

Netanyahu: İran rejimi əvvəlki kimi olmayacaq, süquta məhkumdur

İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyəti ilə bağlı sərt açıqlama verib. xəbər verir ki, Netanyahu İran rejiminin zəiflədiyini və əvvəlki vəziyyətinə qayıda bilməyəcəyini iddia edib. "İrandakı terror rejiminin təməlləri çat verib. O, artıq əvvəlki kimi olmayacaq və sizə deyirəm - b

02.06.2026 243
.

Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub. -a istinadən xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib. Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinat

12:43 198
.

Merkz: Almaniyanı çox yaxşı günlər gözləyir

Almaniya kansleri Fridrix Merkz hesab edir ki, ölkəsi bütün iqtisadi çətinliklərə baxmayaraq, qarşıda çox yaxşı günləri yaşayacaq. xəbər verir ki, bu barədə "Phoenix" telekanalı məlumat verib. "Pessimizmə əsas yoxdur və ölkəmizin gələcəyini qaranlıq rənglərlə təsvir etməyə ehtiyac yoxdur,"

02.06.2026 234
.

TOP MP3