"Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab olunur" - Politoloq
"20 sentyabrın Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunması ölkənin siyasi tarixində həm rəmzi, həm də strateji əhəmiyyət daşıyır. Bu gün təkcə tarixi hadisələrin xatırladılması deyil, eyni zamanda dövlətçiliyin gələcək inkişafı üçün ideoloji dayaq nöqtəsi kimi mühüm rol oynayır".
Bu sözləri politoloq Nəcəf İsmayılov BiG.AZ-a bildirib.
O qeyd edib ki, Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab olunur:
"Azərbaycan xalqı əsrlər boyu müstəqillik və dövlətçilik uğrunda mübarizə aparıb. Tarixin müxtəlif mərhələlərində qarşılaşdığı işğal, məhrumiyyət və siyasi çətinliklər xalqın müstəqil dövlət qurmaq əzmini sarsıda bilməyib. Bu gün isə suverenlik anlayışı təkcə hüquqi və siyasi məfhum deyil, həm də milli kimliyin və təhlükəsizliyin əsas dayağıdır.
Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində əldə etdiyi qələbə və 2023-cü ildə həyata keçirilmiş qısa müddətli antiterror əməliyyatı suverenliyin tam bərpasını təmin edib. Bu, həm də beynəlxalq hüququn prinsiplərinin reallıqda təsdiq olunması deməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın dövlət suverenliyi artıq tam təmin edilmiş bir reallıqdır.
30 ildən çox davam edən işğal dövrü yalnız hərbi və siyasi itkilərlə deyil, həm də iqtisadi və mədəni zərərlərlə müşayiət olunsa da, Azərbaycan xalqı öz hüquqi mövqeyindən geri çəkilməyib. Ermənistanın işğal siyasətinə baxmayaraq, beynəlxalq hüquq bu əraziləri daim Azərbaycanın suveren torpaqları kimi tanıyıb.
Nəticə etibarilə, Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab olunur. Bu gün yalnız keçmişin xatırlanması deyil, həm də gələcək hədəflərə – güclü dövlət, davamlı inkişaf və regional liderlik mövqeyinin möhkəmləndirilməsinə verilən siyasi mesaj kimi qiymətləndirilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 842 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"NATO artıq şərq cinahında hava və raket hücumundan müdafiəni gücləndirdiyini bildirir" - BƏHRUZ QULİYEV
"Rusiya-Ukrayna müharibəsinin Avropa ərazisinə daha geniş şəkildə yayılması ehtimalını artıq yalnız nəzəri ssenari kimi qiymətləndirmək düzgün olmaz. Çünki son hadisələr müharibənin bilavasitə NATO sərhədlərinə yaxınlaşdığını göstərir. Litva hava məkanında PUA-nın vurulması və Baltik dənizində Rusiy
15:05 174 "Bəzən acı da olsa tarixi olduğu kimi, doğru bilmək, istənilən xoş uydurmadan yaxşıdır" - QALİB QASIMOV
Qarabağın qədim tarixi ilə bağlı müzakirələr bu gün də davam edir.Tarixi mənbələrdə bölgənin müəyyən ərazilərinin Qafqaz Albaniyasının tərkibində olduğu göstərilir. Bəs Qarabağ-Albaniya əlaqələri hansı dövrə gedib çıxır və bu ərazilərin tarixi statusu necə olub?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə
14:29 259 Müəllimlik ixtisaslarına qəbul azaldılır: Təhsildə nələr dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sentyabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında müəllimlik ixtisaslarına qəbul planının azaldılmasının növbəti illərdə də davam etdiriləcəyini bildirib. Nazir bu addımın əsas məqsədinin müəllim hazırlığının keyfiyyətini yüksəltmək və təhsi
12:45 228 Ramiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16:16 149 Azərbaycanda idxal azalır: Xarici məhsullara tələbat zəifləyib, yoxsa yerli istehsal artır? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda idxal göstəricilərində baş verən dəyişiklik diqqət çəkir. İdxalın azalması fonunda əsas sual yaranır: bu tendensiya ölkədə xarici məhsullara tələbatın zəifləməsi ilə bağlıdır, yoxsa daxili istehsalın artması idxala olan ehtiyacı azaldır?. Digər tərəfdən, idxalın strukturunda hansı dəyişiklikləri
14:57 197 31 yaşlı pişiyin uzunömürlülük sirri - hansı suyu içir?
Tısbağa rəngli pişik ailədə hələ 1995-ci ildə peyda olub. Leslinin mərhum həyat yoldaşı balaca pişiyi üç aylıq olanda alıb. xarici mediaya istinadən xəbər verir ki, ev heyvanları arasında qeyri-adi uzunömürlülük hadisəsi bütün dünyada zooloqların və pişiksevərlərin diqqətini çəkib. Böyük Mançesterd
18:30 2 Yasda qadınlarla yazışan kişi arvadını vəhşicəsinə döydü - Masallıda
Masallıda kişi arvadını döyüb. xəbər verir ki, hadisə Lürən kəndində qeydə alınıb. Marketlərin birində kassir işləyən 41 yaşlı Elbrus Dadaşov (şərti adla) sosial şəbəkələrdə qadınlarla yazışdığı üçün arvadı onu izləməyə başlayıb. Həmkəndlilərin yas mərasimində Elbrus çadırın arxa tərəfində yenə qadınlarl
19:30 2 AB-də yeni təhlükəsizlik mexanizmi yaradılması təklif olunur
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı dron insidentləri, kiberhücumlar və sabotaj halları kimi hibrid təhdidlərə qarşı yeni Avropa təhlükəsizlik mexanizminin yaradılmasını təklif edib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Ursula fon der Lyaye
16:18 177 Məktəblərdə nəzarət boşluğu: Problem elektron siqaretdən daha böyükdür
"Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. Məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etməsi, qız şagirdin isə dərs zamanı sosial şəbəkədə canlı yayım açması məktəblərdə nizam-intizam və nəzarə
12:15 193