Trampdan Kralın gəlininə: Unudulmaz gözəllik
Birləşmiş Krallıqda Vindzor Şatosunda keçirilən möhtəşəm dövlət ziyafətində ABŞ-ın prezidenti Donald Tramp kral Çarlzı "çox, çox xüsusi bir insan" adlandırdı və Keyt Middltona təriflər yağdırdı.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Vindzor Şatosundakı bu möhtəşəm ziyafət həm dəbdəbəsi, həm də diplomatik əhəmiyyəti ilə gecəyə damğa vurdu. Gecənin ən diqqətçəkən məqamlarından biri ABŞ preidenti Donald Trampın Britaniya krallıq ailəsi haqqında dediyi xoş sözlər oldu. Tramp, kral Çarlz üçün "çox, çox xüsusi bir adam" ifadəsini işlədərkən, şahzadə Uilyamı da "gələcəyin qeyri-adi lideri" kimi təsvir etdi. Kraliça Kamilla mavi tonlarda seçdiyi zərif libası və sapfir daşlı tacı ilə gecənin ən zərif simaları arasında yer aldı. Trampın həyat yoldaşı Melaniya isə sarı rəngdə çiyin dekolteli libası ilə diqqət çəkdi.
GECƏNİN DİQQƏTÇƏKƏN MƏQAMLARI
Kraliça Kamilla sapfir və almaz tacı ilə diqqət mərkəzində idi; Melaniya Tramp isə çiyin dekolteli sarı libası ilə zərif görünüşünü nümayiş etdirdi. Donald Tramp, Keyt Middlton haqqında "unudulmaz gözəllikdə", "parlaq", "möhtəşəm" kimi komplimentlər söylədi.
KEYT MİDDLTON KİMDİR?
Tam adı Ketrin Elizabet Middlton olan şahzadə Keyt, 9 yanvar 1982-ci ildə İngiltərənin Redinq şəhərində dünyaya gəlib. 2011-ci ildə möhtəşəm bir mərasimlə Şahzadə Uilyamla evlənərək Kembric Düşesi titulunu alıb. Cütlüyün üç övladı var: Şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Luis.
Keyt Middlton zərif geyim üslubu, xalqa yaxın davranışları və xeyriyyəçilik fəaliyyəti ilə Böyük Britaniyada ən sevilən krallıq ailəsi üzvlərindən biri hesab olunur. O, moda dünyasında da ikon sayılır və qatıldığı hər tədbirdə şıklığı ilə ön plana çıxmağı bacarır.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1572 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
15.11.2026 187 Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
15.11.2026 189 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 149 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
15.11.2026 193 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15.11.2026 369 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
15.11.2026 218 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15.11.2026 396 Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı
15.11.2026 146 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır
2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is
15.11.2026 211