Avropada "başqa dünya": Burada günəş aylarla batmır
Avropada günəşin aylarla batmadığı "başqa dünya" adaları var
Norveçin Lofoten adaları getdikcə daha çox turistin diqqətini cəlb edir və "soyuq istirahət" üçün ideal məkan hesab olunur.
Qayanrinfo xəbər verir ki ki, bu barədə "Daily Express" məlumat yayıb.
Məlumata görə, may-avqust ayları arasında Norveçi ziyarət edən turistlər nadir bir təcrübə - "gecəyarısı günəşi"ni yaşaya bilərlər. Bu aylarda günəş heç batmır və ölkəni sutkanın 24 saatı boyu kəşf etmək mümkündür.
Lofoten adaları sərt təbiəti, dünyanın ən füsunkar mənzərələrindən bəzilərini təqdim edən arxipelaqı, cazibədar balıqçı kəndləri və zəngin mədəni irsi ilə fərqlənir.
"Much Better Adventures" şirkətinin səyahət təşkilatçısı və inkişaf meneceri Kris Kirni də yaxınlarda bu adaları ziyarət edib. O bildirib ki, burada düşərgə qurmaq, kanyonda üzmək və yeni məkanları araşdırmaq kimi fəaliyyətlərin hər biri unudulmaz təəssüratlar yaradıb.
"Arktikada keçirdiyim həftə, günəşin heç batmadığı bir vaxtda, həyatımın ən sürreal təcrübəsi oldu. Bu qədər uzun müddət qaranlığı görməmək insana "başqa dünya" hissi yaşadır", deyə Kirni qeyd edib.
O, xüsusən bir xatirəni vurğulayıb: "Lofoten adalarında düşərgə qurduq. Üstümüzdə qartallar uçurdu, ətrafda sakit bir körfəz uzanırdı, buludlar Valberq dağlarının zirvələrini örtmüşdü, uzaqda isə Festvoqtinden dağı görünürdü. Gecəyarısı günəşi bu yay tətilini daha da rahat etdi".
Səyahətçi əlavə edib ki, burada vaxt daha axıcı keçib: "İstəsəniz, gecə saat 2-də belə dağa yürüşə çıxa bilərsiniz. Günlər isə tələsmədən başlayırdı, çünki qısa gündən maksimum istifadə etmək məcburiyyəti yox idi".
Lofoten adalarına ən tez hava yolu ilə çatmaq mümkündür: əvvəlcə Osloya uçmaq, sonra Bude şəhərinə daxili reyslə getmək və ardınca adalara uçuş həyata keçirmək lazımdır.
Adalara dəniz yolu ilə də getmək mümkündür. Norveçin sahilboyu kruiz, bərə və yük daşımaları ilə tanınan "Hurtigruten" şirkəti Bude şəhərindən sonra Stamsunn limanına, daha sonra isə Svolvær şəhərinə çatır. Geri dönüşdə isə eyni marşrut əks istiqamətdə təkrar olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 953 Tarix: 17 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak
09.10.2026 237 Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi
Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki
09.10.2026 130 Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?
Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ
09.10.2026 210 Vahid məktəbli forması: Ənənə, məsuliyyət və məktəb mədəniyyət
Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir. Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. BİG.A
09.10.2026 252 Almaniya Rusiyada şübhəli taun epidemiyası səbəbindən səyahət məhdudiyyətləri tətbiq edə bilər
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Yohann Vadeful Sibirdəki taun əleyhinə institutun bir əməkdaşının ölümündən sonra Rusiyadan tam şəffaflıq tələb edib. Teleqraf xəbər verir ki, Yohann Vadeful "Bild" qəzetinə müsahibəsində bildirib ki, Rusiya beynəlxalq ictimaiyyətin suallarına cava
09.10.2026 164 İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi
İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt
09.10.2026 172 Kiberdələduzlardan qorunmağın yolları: Hansı proqramlar kömək edir?
Müasir rəqəmsal dövrdə ən geniş yayılmış kibertəhlükələrdən biri fişinq (phishing) hücumlarıdır. Kiberdələduzlar bu üsulla istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatlarını ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsusi proqramlar vasitəsil
09.10.2026 205 Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını
09.10.2026 162 Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl
09.10.2026 240