Tikinti zamanı ağacların qanunsuz kəsilməsinə görə cərimələr və cinayət məsuliyyəti
Hazırda bir çox tikinti şirkətləri iş apardıqları ərazilərdə mövcud ağacların qorunmasına kifayət qədər diqqət yetirmirlər. Yeni binaların, yolların və infrastruktur obyektlərinin tikintisi zamanı ağacların və ya digər yaşıllıqların qanunsuz olaraq kəsilməsi hallarına tez-tez rast gəlinir. Bu isə təkcə şəhər estetikasına ziyan vurmaqla kifayətlənmir, eyni zamanda ekoloji tarazlığı da poza bilir. Belə hallarda sual yaranır: qanunsuz ağac kəsimi baş verdikdə, məsuliyyət kimə və necə tətbiq olunur?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi, götürülməsi və ya məhv edilməsi inzibati məsuliyyət yaradır:
"İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən fiziki şəxslər iki min manat, vəzifəli şəxslər dörd min manat, hüquqi şəxslər isə iyirmi beş min manat cərimə olunur. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkilisinin qanunsuz məhv edilməsi və ya götürülməsinə görə fiziki şəxslər iki min iki yüz manat, vəzifəli şəxslər beş min manat, hüquqi şəxslər isə otuz beş min manat cərimələnir."
Vəkil əlavə edib ki, bu əməl yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunur.
Meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda Cinayət Məcəlləsinin 259-cu maddəsi üzrə cinayət məsuliyyəti yaranır.
Bundan başqa, od və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranmaqla meşələri, meşə fonduna daxil olmayan ağac və kol əkililərini və digər yaşıllıqları məhv etmək və ya zədələmək Cinayət Məcəlləsinin 260-cı maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 653 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüəllimə güzəşt vədi: Həqiqi dəstək, yoxsa görüntü?
"Müəllimlərin və təhsil işçilərinin sosial rifahını yaxşılaşdırmaq adı altında təqdim edilən "Təhsil+" loyallıq kartları ətrafındakı müzakirələr rəsmi vədlərlə real şübhələrin toqquşma nöqtəsinə çevrilib. Bu kartlar kağız üzərində müəllimlərə supermarketlərdən apteklərə, klinikalarda
14:42 67 Bəhreyn İranın 3 raketini və bir neçə dronunu ələ keçirdiyini bildirir
Bəhreynin hava hücumundan müdafiə qüvvələri çərşənbə günü üç raket və "bir sıra" dronları ələ keçirərək məhv edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu barədə İranın bölgəyə hücumlarını pisləyən ölkə ordusu məlumat yayıb. İran ordusunun Baş Komandanlığı bildirib ki, "Bəhreyn Krallığındak
12:00 147 Siniflərdə Şagird Sıxlığı Təhsilin Keyfiyyətinə Necə Təsir Edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda orta məktəblərdə siniflərdə şagird sayının normadan artıq olması son illər təhsil sahəsində ən çox müzakirə olunan problemlərdən birinə çevrilib. Xüsusilə böyük şəhərlərdə və əhalinin sıx yaşadığı ərazilərdə bəzi siniflərdə 28-30, hətta daha çox şagirdin təhsil alması müəllimlərin işin
11:21 158 Ətsiz qidalanma trendi: Fayda və risklər
"Əti rasiondan çıxarmaq mümkündür, lakin onu əvəz etmək üçün tək bir qida məhsulu kifayət etmir. Ət yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur və insan orqanizmi üçün vacib olan bütün əvəzolunmaz amin turşularını ehtiva edir. Ümumilikdə insan orqanizmi 20 növ amin turşusundan istifadə edir ki
15:29 77 Netanyahu: İran rejimi əvvəlki kimi olmayacaq, süquta məhkumdur
İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyəti ilə bağlı sərt açıqlama verib. xəbər verir ki, Netanyahu İran rejiminin zəiflədiyini və əvvəlki vəziyyətinə qayıda bilməyəcəyini iddia edib. "İrandakı terror rejiminin təməlləri çat verib. O, artıq əvvəlki kimi olmayacaq və sizə deyirəm - b
02.06.2026 243 Niyaməddin Musayevdən doğum günü arzusu: "Xalqımın xoşbəxtliyini istəyirəm"
"İstəyirəm xalqım gözəl yaşasın, dövlətimiz güclü olsun". Bunu Qaynarinfo-ya açıqlamasında 86 yaşını qeyd edən Xalq artisti Niyaməddin Musayev deyib. Sənətkar bildirib ki, ömrü boyu ən böyük arzusu xalqının firavan, dövlətinin isə qüdrətli olmasıdır:. "İstəyirəm xalqım gözəl yaşasın, dövlətimi
02.06.2026 301 Sabah 31° isti olacaq
İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
13:01 144 Nyu-Dehlidə binada baş verən yanğın nəticəsində azı 21 nəfər həlak olub
Çərşənbə günü Yeni Dehli məhəlləsindəki bir binada baş verən yanğın nəticəsində ən azı 21 nəfər həlak olub, bir neçə nəfər yaralanıb, polis bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şəhərin cənub hissəsindəki Malviya Nagar məhəlləsindəki binanın birinci mərtəbəsində restoran, yuxar
12:33 148 Sibel Can özündən 11 yaş kiçik iş adamına ərə gedir
Türkiyəli məşhur müğənni Sibel Canın ailə qurmağa hazırlaşdığı ilə bağlı yenidən iddialar ortaya çıxıb. Axşam.az xəbər verir ki, ifaçı özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcək. Cütlüyün toyunun yayda Mayamidə olacağı deyilib. Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir
14:10 154