"Anti-terror əməliyyatı Azərbaycanın həm qələbəsi, həm də dönüş nöqtəsi oldu" – politoloq
Anti-terror əməliyyatlarının üzərindən iki il keçməsi artıq həmin prosesin həm tarixi, həm də siyasi nəticələrini ayıq başla dəyərləndirməyə imkan verir. Bu əməliyyat, ilk növbədə, Azərbaycanın dövlətçilik tarixində qətiyyətli addım kimi yazıldı. 30 ilə yaxın davam edən işğal siyasətinə məhz bu əməliyyatla son qoyuldu. Azərbaycan göstərdi ki, beynəlxalq hüququn bərpası yalnız kağız üzərində deyil, real güc və siyasi iradə tələb edir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, siyasi baxımdan əməliyyat Azərbaycanın regional lider statusunu daha da möhkəmləndirdi:
"Dövlətimiz sübut etdi ki, münaqişələri sonsuz masa arxası danışıqlarla deyil, ədalətli və prinsipial yanaşma ilə həll etmək mümkündür. Bu həm də Azərbaycanın beynəlxalq arenada daha çox hörmət qazanmasına səbəb oldu. Dünya ölkələri gördü ki, Azərbaycan həm öz ərazisində suverenliyi təmin edir, həm də bölgədə sabitliyin əsas təminatçısına çevrilir".
Politoloq qeyd edib ki, tarixi aspektdən anti-terror əməliyyatı xalqın milli birliyini daha da gücləndirdi:
"Uzun illərin həsrətindən sonra torpaqların tam bərpası milli qürur hissini zirvəyə qaldırdı. Azərbaycan ‘yarımçıq qələbə’ anlayışına son qoyaraq tam hüquqlu suveren dövlət obrazını formalaşdırdı".
Onun sözlərinə görə, beynəlxalq siyasətdə bu əməliyyat Azərbaycanın müstəqil qərar vermək gücünü nümayiş etdirdi. "Heç bir təzyiq və ya vasitəçi ölkənin mövqeyi Azərbaycanın milli maraqlarından üstün tutulmadı. Bu, ölkəmizin gələcəkdə də xarici siyasətində sərbəst kurs yürüdəcəyinin anonsu idi".
Yekunda, politoloqun fikrincə, anti-terror əməliyyatı Azərbaycan tarixində həm qələbə, həm də dönüş nöqtəsi kimi qalacaq:
"O, Azərbaycanın həm siyasi iradəsinin, həm də beynəlxalq çəkisinin göstəricisi oldu".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 715 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523