Evindəki məcburi köçkün çıxmır deyə, kirayə qalmağa məcburdur - Video

Evindəki məcburi köçkün çıxmır deyə, kirayə qalmağa məcburdur - VideoKirayədə yaşayan Bakı sakini evinin məcburi köçkün tərəfindən zəbt edildiyindən şikayətçidir.

"Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-yə danışan Vüqar Şıxıyev bildirib ki, sözügedən ailə onlara Bakıda mənzil verilmədiyi halda evdən çıxmayacağını deyir.

"Məhkəmə qətnaməm var. Dövlət tərəfindən onlara ev də verilir, amma getmirlər ki, biz Bakıda yaşamaq istəyirik. Mən indi kirayə evdə qalıram. Çıx, mənim kimi kirayə evdə qal, mən də öz evimə yerləşim", - o bildirib.

V.Şıxıyevin iddiasına görə, Qaradağın Lökbatan qəsəbəsində yerləşən evinə 1993-cü ildən məcburi köçkünlər yerləşib. Həmin vaxt valideynləri rayonda olduğu üçün mənzil boş imiş. 3 il sonra isə həmin şəxslər evi indi orada qalan ailəyə verib:

"Ailəm gəldikdə görüb ki, orada qoca kişi ilə qadın var. Onlar deyiblər ki, biz çıxacayıq, sizə xəbər edəcəyik. Daha sonra məcburi köçkünlər öz aralarında alqı-satqı ediblər, evə başqaları yerləşib. Məhkəmə qətnaməsi mənim xeyrimədir, bildirilib ki, onlar evdən çıxmalıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi onlara ev təklif etdi, lakin ailə imtina etdi ki, biz Bakıda yaşamaq istəyirik".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, Cəbrayıldan keçmiş məcburi köçkün Südabə Abbasquliyeva 6 nəfərdən ibarət ailə üzvləri ilə birgə Vüqar Şıxıyevə məxsus evdə müvəqqəti məskunlaşıb. Keçmiş məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili boşaltması haqqında məhkəmə qətnaməsi komitəyə təqdim edilib. Qətnamənin icrası ilə əlaqədar iyunun 17-də Südabə Abbasquliyevaya ailə tərkibinə uyğun olaraq dövlət komitəsinin Biləsuvarda yerləşən qəsəbədə boş mənzil fondundan fərdi yaşayış evi təklif edilib. Lakin ailə həmin mənzilə köçməkdən imtina edib.

Daha ətraflı videomaterialda:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 880   Tarix: 17 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

15:20 142
.

Xames Rodriqesdən sürpriz QƏRAR: Kameralar qarşısında pis xəbəri verdi

Kolumbiyalı futbol ulduzu Xames Rodriqes 35 yaşında milli komandadan ayrıldığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiya millisində 114 oyun keçirən və 28 qol vuran veteran oyunçu azarkeşlərə emosional bir mesajla vida edib. Ulduz milli komanda karyerası ilə bağlı əlamətdar bi

18:45 2
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

12:04 163
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

14:43 216
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

17:11 114
.

Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans

Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia

11:50 178
.

Qiymətləndirmə nə üçün vacibdir? - Əmlakın real dəyərini bilmək niyə önəmlidir

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasına imkan verən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

12:26 154
.

İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. Azərtac-a istinadən xəbər verir ki, müraciətdə qeyd olunur:. "Hörmətli konfrans iştirakçıları!

12:34 146
.

Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir

Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd

16:27 195
.