Xırdalan məktəbində foto alveri – Hər şagirddən 12 manat…

Xırdalan məktəbində foto alveri – Hər şagirddən 12 manat…Yeni tədris ili iki gündür başlayıb, amma artıq bir sıra məktəblərdə narazılıqlar özünü göstərir.

Bakupost.az redaksiyasına valideynlərdən daxil olan ilk şikayət Xırdalan şəhərində yerləşən 7 saylı tam orta məktəbdəndir.
Valideynlər onlara məcburi şəkil satılmasından narazıdırlar. Belə ki, Bilik Günü ilə bağlı tədbirdə şagirdlərin şəkilləri çəkilib və məktəbin direktor əvəzi Yeganə Paşayeva sinif rəhbərləri vasitəsilə valideynlərə bildirib ki, hər biri dörd şəkil almalıdır.

"Hər valideyn üçün bu, 12 manat təşkil edir. Məktəbdə 1-ci siniflərin sayı yeddidir. Bu siniflərdə ümumilikdə 200-dən çox şagird təhsil alır. Əgər hər bir şagird bu ödənişi etməli olarsa, bu, 2400 AZN deməkdir. Hansı ki, 1 fotonun çap olunması cəmi 30-40 qəpikdir", – deyə valideyn şikayətlənib.

Onun sözlərinə görə, digər valideynlər də bu vəziyyətdən narazı qalıb, bəziləri məktəbə gedərək etirazını bildirib. Onlar qeyd edirlər ki, şəkilləri almağa maddi imkanları yoxdur. Bir valideynin sözlərinə görə, uşağın məktəb ləvazimatları xərclərini çətinliklə qarşılayıb, indi də şəkil almağa məcbur edilir və buna imkanı yoxdur.

Valideynlərin sözlərinə görə, direktor əvəzi fotoqrafın guya Regional Təhsil İdarəsi ilə müqaviləsi olduğunu və oradan göndərildiyini bildirib. Məsələnin əsl təşəbbüskarının kim olduğu isə valideynlər üçün aydın deyil. Eyni zamanda, bəzi müəllimlərin də bu vəziyyətdən narazı olduqları bildirilir.

Məsələ ilə bağlı məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Yeganə Paşayeva ilə əlaqə saxladıq. O, valideynlərin şəkil almağa məcbur edildiyi barədə iddiaları inkar etdi:
Xırdalan məktəbində foto alveri – Hər şagirddən 12 manat…"Belə bir hal olmayıb. Valideynlər özləri şəkil çəkdirib, kimsə alıb və ya almayıb. Əgər sübut varsa, gətirsinlər, kimsə bunu edibsə, mən də onun barəsində lazımi qaydada tədbir görüm. Sadəcə kənardan fotoqraf gəlmişdi, biz də icazə vermədik ki, regional idarədən icazə almalısınız. Hansı valideynin problemi varsa, gəlsin, necə lazımdırsa, kömək edək".

Qeyd edək ki, Yeganə Paşayeva artıq üçüncü ildir 7 saylı məktəbdə direktor vəzifəsini müvəqqəti icra edir.

Mövzu ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1570   Tarix: 16 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

15:20 142
.

Xames Rodriqesdən sürpriz QƏRAR: Kameralar qarşısında pis xəbəri verdi

Kolumbiyalı futbol ulduzu Xames Rodriqes 35 yaşında milli komandadan ayrıldığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiya millisində 114 oyun keçirən və 28 qol vuran veteran oyunçu azarkeşlərə emosional bir mesajla vida edib. Ulduz milli komanda karyerası ilə bağlı əlamətdar bi

18:45 2
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

12:04 163
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

14:43 216
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

17:11 114
.

Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans

Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia

11:50 178
.

Qiymətləndirmə nə üçün vacibdir? - Əmlakın real dəyərini bilmək niyə önəmlidir

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasına imkan verən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

12:26 154
.

İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. Azərtac-a istinadən xəbər verir ki, müraciətdə qeyd olunur:. "Hörmətli konfrans iştirakçıları!

12:34 146
.

Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir

Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd

16:27 195
.