Bakıda ən ucuz mənzillər bu rayonlarda satılır

Bakıda ən ucuz mənzillər bu rayonlarda satılırMənzil bazarının dəyərinə görə paytaxtın bahalı rayonları Nəsimi və Səbail rayonlarıdır. Orta qiymətə mənzillər də daha çox Nizami və Xətai rayonunda təklif olunur. Ucuz mənzillərə gəldikdə isə minimal qiymətlərə Qaradağ, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında rast gəlinir.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, bu gün Bakda mənzilin 1 kvadratmetrinin orta qiyməti 2500 manatdır: "Əgər əvvəllər bu rəqəm 1500 manat civarında idisə, bu gün artıq orta rəqəm 2500 manat ətrafındadır".

Ekspert həmçinin vurğulayıb ki, Bakıda mənzillərin qiyməti ilin əvvəli ilə müqayisədə 10%-dən artıq artıb: "Bəzi seqmentlərdə hətta 15%-dir. Ən çox tələbat yeni tikililərdə 100 kvadratmetrə qədər olan mənzillərədir. 100 kvadratmetrə qədər olan mənzillərdə təxminən 15%-ə qədər qiymət artımı var. Amma, ümumilikdə götürsək, məsələn, 200-300 kvadratmetr olan mənzillərdə bu qiymət 10%-ə qədərdir. Çünki yeni tikililərdə bir amil var ki, böyük kvadratlıq sahələr nisbətən daha ucuzdur".

"Məsələn, binada sahəsi 100 kvadratmetrə qədər olan mənzildə 1 kvadratmetri 2500 manata satılırsa, ondan çox sahəyə malik olanlar 2200 və 2300-ə təklif olunur. Mərtəbəsindən asılı olaraq da bu qiymətlər dəyişə bilir. Yeni tikililərdə ən uyğun, ən baha olan mərtəbələr 8 və 12-ci mərtəbələrdir. Ondan aşağı və ondan yuxarı mərtəbələr isə daha ucuz təklif olunur", - ekspert əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3018   Tarix: 16 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı"nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsi

13:39 125
.

Altı ölkə su altında qala bilər - Daily Express

"Daily Express" qəzetinin məlumatına görə, dünyanın ən böyük buzlağı olan Thwaites buzlağı (sözdə "Qiyamət buzlağı") Antarktida sahillərindən qoparılarsa, altı ölkə ən çox zərər çəkə bilər . Vətəninfo.az xəbər verir ki, qeyd olunur ki, buzlağın daha da əriməsi ən ciddi şəkildə Böyü

02.06.2026 323
.

Nyu-Dehlidə binada baş verən yanğın nəticəsində azı 21 nəfər həlak olub

Çərşənbə günü Yeni Dehli məhəlləsindəki bir binada baş verən yanğın nəticəsində ən azı 21 nəfər həlak olub, bir neçə nəfər yaralanıb, polis bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şəhərin cənub hissəsindəki Malviya Nagar məhəlləsindəki binanın birinci mərtəbəsində restoran, yuxar

12:33 158
.

Sabah 31° isti olacaq

İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

13:01 154
.

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur. Bu barədə Qaynarinfo-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti

12:03 174
.

Avropa, yoxsa Avrasiya? Ermənistanda referendum təşəbbüsü gündəmdə

Avrasiya İqtisadi Birliyinin (AİB) liderləri tərəfindən təklif edilən Avropa və Avrasiya inteqrasiyası arasında seçimlə bağlı Ermənistanda referendum keçirilməsi təşəbbüsü təşkilatın özünə zərər vura bilər. xəbər verir ki, bu fikri Ermənistan Tətbiqi Siyasət Tədqiqatları İnstitutunun (APRI) elmi işçis

11:25 140
.

Ətsiz qidalanma trendi: Fayda və risklər

"Əti rasiondan çıxarmaq mümkündür, lakin onu əvəz etmək üçün tək bir qida məhsulu kifayət etmir. Ət yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur və insan orqanizmi üçün vacib olan bütün əvəzolunmaz amin turşularını ehtiva edir. Ümumilikdə insan orqanizmi 20 növ amin turşusundan istifadə edir ki

15:29 120
.

Sibel Can özündən 11 yaş kiçik iş adamına ərə gedir

Türkiyəli məşhur müğənni Sibel Canın ailə qurmağa hazırlaşdığı ilə bağlı yenidən iddialar ortaya çıxıb. Axşam.az xəbər verir ki, ifaçı özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcək. Cütlüyün toyunun yayda Mayamidə olacağı deyilib. Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir

14:10 174
.

Netanyahu: İran rejimi əvvəlki kimi olmayacaq, süquta məhkumdur

İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyəti ilə bağlı sərt açıqlama verib. xəbər verir ki, Netanyahu İran rejiminin zəiflədiyini və əvvəlki vəziyyətinə qayıda bilməyəcəyini iddia edib. "İrandakı terror rejiminin təməlləri çat verib. O, artıq əvvəlki kimi olmayacaq və sizə deyirəm - b

02.06.2026 243
.

TOP MP3