Telefonun batareyasının ömrünü 3 il uzatmağın ÜSULLARI
Litium-ion batareyalar xüsusi qulluq tələb edir və düzgün istifadə onların tutumunu və məhsuldarlığını uzun müddət qorumağa imkan verir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, batareyanın vaxtından əvvəl köhnəlməsinin əsas səbəbi səhv doldurma vərdişləridir. Telefonu tam sıfıra qədər boşaltmaq və 100 faizə qədər doldurmaq batareyanın ömrünü xeyli qısaldır.
Daimi olaraq tam boşalma və tam dolma batareyanın kimyəvi quruluşunu zədələyir. Yüksək və çox aşağı enerji səviyyələri daxili komponentlərə əlavə gərginlik yaradır.
Batareyanın sağlamlığı üçün ideal doldurma diapazonu 20–80 faiz arasıdır. Bu rejim elektrodların və elektrolitin deqradasiyasını minimuma endirir. Telefonu 100 faizə qədər dolduqdan sonra şarjda saxlamayın – bu, batareyanın kimyəvi qocalmasını sürətləndirir. Yalnız orijinal adapter və kabellərdən istifadə edin, çünki keyfiyyətsiz aksesuarlar gərginliyi qeyri-sabit verərək batareyaya zərər verə bilər.
Telefonun tam boşalaraq sönməsinə imkan verməyin. Dərin boşalma batareyada geri dönməz kimyəvi dəyişikliklərə səbəb olur. Həmçinin, cihazı 0°C-dən aşağı və ya 35°C-dən yüksək temperaturda şarj etməkdən çəkinin, çünki bu, batareyanın deqradasiyasını sürətləndirir.
Hər 1-2 ayda bir tam dolma və boşaltma dövrünü həyata keçirmək faydalıdır – bu, batareya səviyyə göstəricisinin düzgün işləməsinə kömək edir.
Telefonunuzda optimallaşdırılmış doldurma funksiyasını aktivləşdirin – müasir süni intellekt sistemləri istifadəçi vərdişlərini öyrənərək şarj prosesini tənzimləyir. Aşağı enerji səviyyəsində enerjiyə qənaət rejimindən istifadə edin bu, batareyanın dərin boşalmasının qarşısını alır və ümumi ömrünü uzadır.
Düzgün şarj vərdişləri ilə batareya 500 dövrədən sonra belə ilkin tutumunun 80 faizini qoruya bilər. Bu isə 3 il və daha çox müddətdə sabit işləmə deməkdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 897 Tarix: 17 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 201 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 154 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 "Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl
15.11.2026 231 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
15.11.2026 243 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 182 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
15.11.2026 205 ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla
15.11.2026 187 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
15.11.2026 207