Qayınananıza deməməli olduğunuz şeylər

Qayınananıza deməməli olduğunuz şeylərGəlin və qayınana münasibətləri çox vaxt xüsusi həssaslıq tələb edir. Bir ehtiyatsız söz ailədə uzunmüddətli gərginlik yarada bilər. Psixoloqlar qarşıdurmadan qaçmaq və ailədə harmoniyanı qorumaq üçün bəzi ifadələrdən çəkinməyi tövsiyə edirlər.

Lent.az xarici mediaya istinadla həmin ifadələri təqdim edir.

1. Müqayisələrdən uzaq durun

Qayınananızın ev idarəçiliyi, yemək bişirmə və ya uşaq tərbiyəsi üsullarını öz ananızla müqayisə etməyin. "Mənim anam həmişə belə edirdi" kimi sözlər qayınananın təcrübəsini kiçik görmək kimi qəbul edilə bilər və şəxsi inciklik yaradar.

2. Onun oğlunu tənqid etməyin
Hətta xırda şikayətlər belə ananın qulağında övladına hücum kimi səslənir. Ailə mübahisələri və maliyyə problemlərini qayınana ilə müzakirə etmək münasibətlərinizi riskə ata bilər.

3. Tələbkar olmayın
Qayınananız sizə ev almaqda və ya nəvələrə baxmaqda borclu deyil. "Siz məcbursunuz" kimi ifadələr ciddi narazılıq yarada bilər.

4. Keçmiş sevgililərdən danışmayın
"Keçmiş sevgilim belə edirdi" kimi sözlər münasibətinizdə gərginlik yarada bilər və qayınana bu məlumatı böyüdərək həyat yoldaşınıza çatdıra bilər.

5. Düşünülmüş məsləhətlər verin
Sağlamlıq, xarici görünüş və ya həyat tərzi ilə bağlı arzuolunmaz məsləhətlər verməyin. Hətta yaxşı niyyətlə deyilmiş "Bu gün yorğun görünürsünüz" kimi sözlər incitmək potensialına malikdir.

6. Ailə adət-ənənələrinə hörmət edin
"Bizdə belə deyil" kimi ifadələr qayınananın illərlə formalaşdırdığı qaydaları rədd etmək kimi səslənir. Elastik olun və ənənələrə hörmət göstərin.

7. Sərhədləri düzgün qurun
Psixoloqlar bildirir ki, qayınana çox vaxt böyümüş oğlunu hələ də uşaq kimi görür. Bu səbəbdən, o, müdaxilə edə və gəlinin avtoritetini sarsıda bilər. Bu hallarda münaqişəyə girmədən məsələni həyat yoldaşınızla müzakirə etmək, ailə münasibətlərində sərhədləri müəyyənləşdirmək ən düzgün yoldur.

Ailə qarşılıqlı hörmət və nəzakət üzərində qurulur. Düşünülmüş sözlər, səbir və anlayış həm gəlin, həm də qayınana üçün münasibətləri daha sağlam və sakit saxlamağa kömək edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 999   Tarix: 17 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

15.11.2026 270
.

ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı

ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla

15.11.2026 187
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

15.11.2026 187
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15.11.2026 195
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

15.11.2026 176
.

Prezidentin 1 həftəsi... - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:

15.11.2026 135
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

15.11.2026 218
.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə

15.11.2026 164
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

15.11.2026 152
.