Məktəblərdə summativ üçün pul yığılması: "Ya sistem dəyişməlidir, ya da məktəblər təmin edilməlidir" – ekspert
Məktəblərin yeni tədris ilinə başlamasına baxmayaraq, valideynlərin pul yığımı ilə bağlı şikayətləri davam edir. Bu dəfə iddialar summativ qiymətləndirmələr üçün vəsait toplanması ilə bağlıdır. Sosial şəbəkələrdə yayılan məlumatlar göstərir ki, bəzi hallarda bu problem hələ də aktuallığını qorumaqdadır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, məsələni köklü şəkildə həll etmək üçün Elm və Təhsil Nazirliyi qarşısında iki seçim var:
"Ya summativ qiymətləndirmədən imtina edilməlidir, ya da məktəblər bunun üçün lazımi şəkildə təmin olunmalıdır. Alternativ olaraq elektron sistem yaradıla bilər. Müəllimlər mərkəzləşdirilmiş qaydada testləri yerləşdirə, məktəblər isə onları elektron formada tətbiq edə bilər. Çünki Təhsil İnstitutunun rəhbərliyi dəfələrlə bildirib ki, məktəblərə minlərlə kompüter verilib, hər məktəbdə informatika otağı mövcuddur. Nəticə etibarilə bu pul yığmaların qarşısı alınmalıdır."
Ekspertin sözlərinə görə, problemin kökü birbaşa təhsil müəssisələrinin fəaliyyətinə gedib çıxır:
"Məktəb direktorları bəzi kurslarla əməkdaşlıq edərək summativlərin hazırlanması üçün işlər görür. Bu kurslar da Təhsil İnstitutu ilə bağlıdır. Məsələni dərindən təhlil etdikdə görürük ki, bu, həm də təhsil idarəetmə orqanlarının zəif idarəçilik qabiliyyətinin nəticəsidir. Təəssüf ki, təhsil sistemi səriştəsiz şəkildə təşkil olunub və nəzarət sistemi yoxdur. Buna görə də hər məktəbdə idarəetmə fərqli həyata keçirilir."
Elşən Qafarov əlavə edib ki, bəzi direktorlar işi düzgün quraraq testləri müəllimlərin iştirakı ilə hazırlayır və məktəbin avadanlıqları hesabına çap etdirirlər. Amma bir çox hallarda valideynlərdən pul yığılması hələ də geniş yayılıb:
"Əsas məsələ odur ki, Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi bu məsələyə qeyri-adekvat yanaşır. Məktəblərin böyük bir hissəsində lazımi təchizat yoxdur. Burada iki çıxış yolu qalır: ya ümumilikdə sistem dəyişməlidir, ya da məktəblər sabit şəkildə avadanlıqlarla təmin edilməlidir. Əgər nazirlik elektron sistemi yarada bilmirsə, biz ekspertlər bunu təsis edə bilərik. Yetər ki, məktəb və müəllimlərimizin nüfuzuna zərbə vuran summativ pulu yığımı aradan qaldırılsın."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 829 Tarix: 17 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 201 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 154 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 "Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl
15.11.2026 231 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
15.11.2026 243 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 182 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
15.11.2026 205 ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla
15.11.2026 187 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
15.11.2026 207